Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4712/2023 04.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X4 iclas katibliyi ilə, X1 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikası DİN Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İXP ******* saylı, xx.xx.2023-cü il tarixli protokol əsasında qəbul edilən TP ******* saylı, xx.xx.2023-cü il tarixli qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixində Bakı şəhər DYPİ Müşayiət-Eskort bölüyü YPX baş inspektor polis kapitanı X10 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətdiyi iddia edilərək onun barəsində İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, 40 (qırx) manat məbləğində inzibati cərimə olunmağı barədə xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərar qəbul edilmişdir. Hesab edir ki, sözügedən qərar tamamilə əsassız olduğu üçün ləğv edilməlidir və bununla bağlı aşağıdakı xüsusatları bildirir. O, xx.xx.2023-cü il tarixində idarəetməsində olan “HYUNDA İX35” minik markalı, 90SC935 dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 1-N.Nərimanov küçəsi ünvanında hərəkətdə olan zaman polis onu saxlamış və bildirmişdir ki, o, yol nişanının tələbinə riayət etməmişdir və bununla da AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Halbuki, həmin ərazidə yol nişanı olmamışdır. O, həmin polis əməkdaşına bildirmişdir ki, “sizin qeyd etdiyiniz ərazidə yol nişanı yoxdur. Belə olan halda mən hansı nişanın tələbini pozmuşam?!”, hətta polisdən yol nişanını ona göstərməsini xahiş etsə də, o nişanı ona göstərə bilməmişdir. Lakin, onun haqlı etirazlarına baxmayaraq polis əməkdaşı əsassız olaraq onun barəsində İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmişdir. Həmin tarixdə, yəni xx.xx.2023-cü il tarixində onun 40 (qırx) manat inzibati cərimə olunmağı barədə TP ******* nömrəli qərar qəbul edilmişdir. Lakin, həmin Qərar ona təqdim olunmadığı üçün Yasamal Rayon Polis idarəsinə müraciət edərək həmin Qərarın ona təqdim edilməsini xahiş etmişdir. Yasamal Rayon Polis İdarəsi tərəfindən 06 sentyabr 2023-cü il tarixində həmin Qərarın və protokolun surəti ona təqdim edilmişdir. Yasamal RPİ-nin xx.xx.2023-cü il tarixli cavab məktubunda onun “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 61-ci maddəsinin tələbinə zidd olaraq yol nişanlarının tələblərinə riayət etməməyi qeyd edilsə də, konkret olaraq hansı tələbə riayət etmədiyi qeyd edilməyib. Ümumiyətlə, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 61-ci maddəsində sürücülər üçün yol nişanlarının tələblərinə riayət edilməsinə dair edən hər hansı qayda nəzərdə tutulmayıb. İndiki halda, o, yol nişanlarının tələblərinə riayət etmişdir və inzibati xəta hadisəsi baş verməyib. Həmçinin, məhkəmənin diqqətinə onu da çatdırmaq istəyir ki, onun 40 (qırx) manat inzibati cərimə olunmağı barədə xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərar AR İXM-də nəzərdə tutulmuş formal tələblərə əməl edilmədən tərtib edilmişdir. Belə ki, həmin Qərarda onun şəxsiyyət vəsiqəsinin FİN nömrəsi qeyd edilməyib. Odur ki, barəsində əsassız və qanunsuz olaraq qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv ediməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şikayətçi və qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onların iştrakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Şikayətçi məhkəməyə ərizə ünvanlayaraq şikayətinə xx.xx.2023-cü il tarixdəki məhkəmə iclasında onun iştirakı olmadan baxmağı xahiş etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İXP ******* saylı, xx.xx.2023-cü il tarixli protokol əsasında qəbul edilən TP ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən X7 xx.xx.2023-cü il tarixdə saat 10:55 radələrində “HYUNDAİ İX-35 minik” markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yasamal rayonu, X.R.Ulutürk küçəsi ilə M.Nərimanov küçəsinin kəsişməsində “yol nişanlarının tələblərinə riayət edilməməsinə görə” İXM-in 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat cərimə edilmişdir. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Şikayətdə göstərilən dəlillər isə inzibati məsuliyyəti istisna edən və ya inzibati məsuliyyəti aradan qaldıran hal kimi qiymətləndirilə bilmir. Halbu ki, iş materiallarında olan yuxarıda qeyd edilən inzibati xəta haqqında iş üzrə protokoldan görünür ki, şikayətçinin həmin inzibati xətanı törətməsi təsdiq edilir. X2 Yasamal Rayon Polis İdarəsinə ünvanladığı müraciətə cavab olaraq, polis idarəsinin xx.xx.2023-cü il tarixli məktubunda da qeyd edilmişdir ki, tərəflərindən aparılmış araşdırma zamanı keçirilərkən xx.xx.2023-ci il tarixində, vətəndaş X5 idarə etdiyi “HYUNDAİ” markalı 90SC935 dövlət qeydiyyat nişanlı avtomobili X.R.Ulutürk küçəsi- N.Nərimanov küçəsi ünvanında ”Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 61-ci maddəsinin tələbinə zidd olaraq yol nişanlarının tələblərinə riayət edilməməsi qaydasını pozduğuna görə barəsində Azərbaycan Respublikasinın İXM-nin 327.1-ci -addəsinin tələbinə uyğun olaraq inzibati tənbeh vermə haqqında İXP5611708 saylı protokolun qəbul edildiyi müəyyən edilmişdir. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da protokolla da müəyyən edilir ki, şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İXM-in yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protokolla şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası DİN Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İXP ******* saylı, xx.xx.2023-cü il tarixli protokol əsasında qəbul edilən TP ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında qərardan verdiyi şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-4712/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4712/2023
04.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver