Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4732/2022 30.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, X2 qanuni nümayəndəsi X3 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 Bakı şəhər Yasamal RPİ-nin 26-ci PB-nin xx.xx.2021-ci il tarixli, EPQ ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: X2 qanuni nümayəndəsi X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Kamran Cəfərov barəsində tərtib olunmuş, xx.xx.2021-ci il tarixli MN1027277 nömrəli inzibati xəta haqqında protokol və onun əsasında qəbul olunmuş MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı, xx.xx.2021-ci il tarixli EXP1099251 nömrəli inzibati xəta haqqında protokol və onun əsasında qəbul olunmuş EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı, xx.xx.2021-ci il tarixli EXP ******* nömrəli inzibati xəta haqqında protokol və onun əsasında qəbul olunmuş EPQ1146435 nömrəli inzibati tənbeh vermə haqqında qərar, xx.xx.2021-ci il il tarixli EXP ******* nömrəli inzibati xəta haqqında protokol və onun əsasında qəbul olunmuş EPQ ******* nömrəli inzibati tənbeh qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, oğlu Türkiyədə ali məktəbə qəbul olmuş və onun ali təhsil alması üçün sənədlərini tərcümə təsdiq edərkən ASAN Xidmət Mərkəzində onlara məlum olmuşdur ki, 18 yaşına çatmamış oğlunun barəsində maskaya görə dörd ədəd inzibati xəta haqqında protokol yazılmışdır. X1 barəsində hansı tarixdə, hansı məbləğdə və hansı əsasla cərimə olunmağı nə onun özünə nə də onlara məlum olmamış və buna dair hər hansı protokol və inzibati tənbeh olunmasına dair qərar nə oğluna təqdim olunmuş nə də onların ünvana göndərilmişdir. Elə bu səbəbdən rəsmi olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə müraciət etməli olmuşdur. Daxili İşlər Nazirliyi Bakı şəhər Yasamal Rayon Polis İdarəsinin ünvanladığı 03 sentyabr 2022-ci il tarixli cavab məktubu ilə inzibati xəta haqqında protokolların və eyni zamanda inzibati tənbeh etmə haqqında qərarların sürətləri məktuba əlavə edilmişdir. Təqdim olunan inzibati xəta haqqında protokol və inzibati tənbeh haqqında qərarlarla tanış olduqdan sonra məlum oldu ki, oğlu X5 barəsində xx.xx.2021-ci il tarixdə İXM-nin 211.2-cü maddəsi ilə MN1027277 nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə 100 manat məbləğində, xx.xx.2021-ci il tarixdə İXM-nin 211.3-cü maddəsi ilə EXP1099251 nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq , EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə 200 manat məbləğində, xx.xx.2021-ci il tarixdə İXM-nin 211,3-cü maddəsi ilə EXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq, EPQ ******* nömrəli inzibati tənbeh İnzibati xəta haqqında protokollara nəzər yetirsək görmək olar ki, protokollarda formal olaraq tarix, saat və məkan və İXM-nin maddəsi göstərilmişdir. Həmin protokollarda inzibati xətanın törədildiyi ünvanlar dəqiq göstərilməmiş, Kamran Cəfərovun inzibati xətanın məhz hansı formada törətdiyi, onun izahatı və s kimi məsələlər göstərilməyib. Polis əməkdaşları tərəfindən ayrı-ayrı vaxtlarda və məkanlarda oğlu barəsində tərtib olunmuş inzibati xəta haqqında protokollar və onların əsasında qəbul olunmuş qərarlar qərəzli, hər hansı hüquqa və qanuna əsaslanmayan olmuşdur. Məhkəmə iclasında iştirak edən şikayətçi X2 qanuni nümayəndəsi Məmməd Cəfərov şikayətin təmin edilərək oğlunun tibbi maska taxmadığına görə tətbiq edilmiş cərimənin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş qərarından şikayət verilmiş orqan məhkəmə iclasına gəlməmiş və ya nümayəndəsini göndərməmiş və bunun səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər Yasamal RPİ-nin 26-cı PB-nin xx.xx.2021ci il tarixli, EPQ ******* saylı qərarından görünür ki, X5 xx.xx.2021-ci il tarixli (saat 13:08), EXP ******* saylı inzibati xəta haqqında protokola əsasən, epidemiya əleyhinə rejimin sanitariya-gigiyena və karantin rejimləri pozulmasına görə Azərbaycan Respublikası İXMnin 211.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-ci maddəsinə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər səkkiz yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Eyni Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Kamran Cəfərov barəsində tərtib olunmuş, xx.xx.2021-ci il tarixli MN1027277 nömrəli inzibati xəta haqqında protokol və onun əsasında qəbul olunmuş MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarını, xx.xx.2021-ci il tarixli EXP1099251 nömrəli inzibati xəta haqqında protokol və onun əsasında qəbul olunmuş EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarını, xx.xx.2021-ci il il tarixli EXP ******* nömrəli inzibati xəta haqqında protokol və onun əsasında qəbul olunmuş EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv ləğv edilməsini xahiş etə də, həmin qərarlar iş materiallarına əlavə edilmədiyindən, məhkəmə mübahisələndirilən inzibati xəta haqqında iş üzrə həmin qərarların mövcudluğunu müəyyən edə bilməmişdir. Bakı şəhər Yasamal RPİ-nin 26-ci PB-nin xx.xx.2021-ci il tarixli, EPQ ******* saylı qərarı ilə isə X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması qanunla müəyyən olunmuş qaydada sübut olunmur. Ona görə də, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsi ilə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə olunmasına dair Bakı şəhər Yasamal RPİ-nin 26-ci PB-nin xx.xx.2021-ci il tarixli, EPQ ******* saylı qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsi ilə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə olunmasına dair Bakı şəhər Yasamal RPİ-nin 26-ci PB-nin xx.xx.2022-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-4732/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4732/2022
30.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver