Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4732/2023 18.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X7 oğlunun katibliyi, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X3, Qərarından şikayət verilmiş Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin X10 Şöbəsinin nümayəndələri X2 və X1 iştirakları ilə, X3 Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin X10 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər Yasamal Rayon Polis İdarəsi X10 Şöbəsi tərəfindən 26 avqust 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli protokol əsasında tərtib edilmiş 28 avqust 2023-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində mülkiyyətində və idarəçiliyində olan **-ES-*** qeydiyyat nişanlı avtomaşını Nəsimi rayonu, Salamzadə küçəsinin maşın tunelinə yaxın hərəkətdə olan zaman səhər saat 10:00 radələrində Yasamal YPX-nın Qurban adlı əməkdaşı onu avtomobili ilə saxlamışdır. O, avtomaşınını saxlayarkən dərhal avtomaşının cərimə meydançasına qoyulmasını tələb etmişdir. Səbəbini soruşduqda, ona bildirilmişdir ki, guya avtoşanınında konstruksiya dəyişikliyi olubdur. Heç bir mübahisə etmədən avtomobilini Yasamal RPİ-nin yaxınlığındakı cərimə meydançasına yerləşdirmişdir. Bundan sonra YPX əməkdaşından onun iddiası əsasında qanunun tələbini guya pozmuş olduğuna görə, bu barədə ona inzibati xəta haqqında protokolunu verməsini dəfələrlə tələb etsə də, o qərəzli olaraq tərtib etməmiş və bu barədə ona heç bir məlumat verməmişdir. Həmin gün dəfələrlə DİN-nin 102,902 qaynar xətlərinə şikayət etmiş olsa belə, onun şikayəti araşdırılmadı və nəticədə o mülkiyyətində olan avtomobilinin istifadəsindən qanunsuz olaraq məhrum olmuşdur. O, avtomobilini heç bir qayda qanunu pozmadan idarə etməməyinə baxmayaraq, 3 gün sonra yenidən Yasamal DYPŞ-nin inzibati otağına gedərək protokolu tələb etsə də ona təqdim edilməmişdir. Bundan sonra onlarla birlikdə mülkiyyətində olan avtomobilini YPX əməkdaşları ilə birlikdə müayinə olunması üçün AR DİN-nin BDYP-nin Texniki baxış yerinə aparmışlar. Bundan sonra avtomobili orada müayinə olundu, heç bir gücləndirilmiş səs gücləndiricisi olmadığı, heç bir əlavə avadanlıq quraşdırılmadığı, yalnız xırda korroziya uğradığına görə qaynaq işi aparılmış və biraz artıq qaz ixrac olunduğu müəyyən olunmuşdur. Beləliklə xx.xx.2023-cü il tarixində onun şəxsi telefonuna SMS radar vasitəsi ilə xx.xx.2023-cü tarixində, o bu işdən narazı qaldığı halda ona protokol tərtib olunmadan və verilmədən, birbaşa İXP qərar çıxardaraq inzibati məsuliyyətə cəlb etmişlər. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X5 bildirmişdir ki, xx.xx.2023-cü il tarixində mülkiyyətində və idarəçiliyində olan **-ES-*** qeydiyyat nişanlı avtomobili ilə Nəsimi rayonu, Salamzadə küçəsinin maşın tunelinə yaxın hərəkətdə olan zaman səhər saat 10:00 radələrində Yasamal YPX-nın Qurban adlı əməkdaşı onu avtomobili ilə saxlamışdır. O, avtomobilini saxlayarkən dərhal avtomaşının cərimə meydançasına qoyulmasını tələb etmişdir. Səbəbini soruşduqda, ona bildirilmişdir ki, guya avtoşanınında konstruksiya dəyişikliyi olubdur. Heç bir mübahisə etmədən avtomobilini Yasamal RPİ-nin yaxınlığındakı cərimə meydançasına yerləşdirmişdir. Bundan sonra YPX əməkdaşından onun iddiası əsasında qanunun tələbini guya pozmuş olduğuna görə, bu barədə ona inzibati xəta haqqında protokolunu verməsini dəfələrlə tələb etsə də, o qərəzli olaraq tərtib etməmiş və bu barədə ona heç bir məlumat verməmişdir. Həmin gün dəfələrlə DİN-nin 102,902 qaynar xətlərinə şikayət etmiş olsa belə, onun şikayəti araşdırılmadı və nəticədə o mülkiyyətində olan avtomobilinin istifadəsindən qanunsuz olaraq məhrum olmuşdur. O, avtomobilini heç bir qayda qanunu pozmadan idarə etməməyinə baxmayaraq, 3 gün sonra yenidən Yasamal DYPŞ-nin inzibati otağına gedərək protokolu tələb etsə də yalnız bundan sonra təqdim etmişlər. Protokolu imzalamayacağı təqdirdə avtomobilini cərimə meydançasından çıxara bilməyəcəyini dedikləri üçün protokolla razı olmasa da məcbur olub onu imzalamışdır. Bundan sonra onlarla birlikdə mülkiyyətində olan avtomobilini YPX əməkdaşları ilə birlikdə müayinə olunması üçün AR DİN-nin BDYP-nin Texniki baxış yerinə aparmışlar. Bundan sonra avtomobili orada müayinə olunmuş, heç bir gücləndirilmiş səs gücləndiricisi olmadığı, heç bir əlavə avadanlıq quraşdırılmadığı, yalnız xırda korroziya uğradığına görə qaynaq işi aparılmış və biraz artıq qaz ixrac olunduğu müəyyən olunmuşdur. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin X10 Şöbəsinin nümayəndəsi X2 bildirmişdir ki, X3 xx.xx.2023-cü il tarixində mülkiyyətində və idarəçiliyində olan **-ES-*** qeydiyyat nişanlı avtomobili ilə Nəsimi rayonu ərazisindən Yasamal rayonu ərazisinə keçərkən nəqliyyat vasitəsinin saxlanılmasının səbəbi hərəkətdə olan zaman onu döngə işarəsini yandırmamağı olmuşdur. Saxladıqdan sonra ele güman etmişlər ki, avtomobilinə əlavə avadanlıq quraşdırılmışdır. Avtomobilə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, avtomobilin səs boğucusunda qaynaq edilmişdir. Bundan sonra CO2-nin havaya həddindən artıq buraxılıb buraxılmaması müəyyən olunması məqsədilə ekspertiza təyin olunmuş və ekspert müəyyən etmişdir ki, avtomobildən havaya buraxılmış CO2-nin miqdarı normadan artıqdır və buna uyğun olaraq vətəndaşa müvafiq protokol tərtib edilmişdir. Həmçinin müayinə zamanı müəyyən edilmişdir ki, şikayətçiyə məxsus nəqliyyat vasitəsində səs boğucu sisteminə səs artırma məqsədi ilə arxa qazana müdaxilə olunub, qaynaq işləri görülüb. Vətəndaş da öz imzası ilə protokolu təsdiq etmişdir və bununla da onun tərəfindən İXM-nin 342.2.2 və 342.5-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi öz təsdiqini tapır. Bundan əlavə inspektor qeyd etmişdir ki, İXM-nin tələblərinə görə nəqliyyat vasitəsində normativ tələblər pozulmaqla avadanlıq quraşdırıldıqda və ya dəyişdirildikdə DYP inspektoru sürücünü nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırma səlahiyyətinə malikdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin X10 Şöbəsinin nümayəndəsi X1 qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin X10 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 xx.xx.2023-cü il tarixdə saat 09:35-də Yasamal rayonu ərazisində “BMW 528İ minik” markalı, **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən mühərriki nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı, işıq cihazlarından istifadə qaydalarını pozmağa görə, nəqliyyat vasitələrinin sürücüləri tərəfindən normativ tələblər pozulmaqla avadanlığın quraşdırılması, nəqliyyat vasitələrinin sürücüləri tərəfindən normativ tələblər pozulmaqla avadanlığın quraşdırılması, nəqliyyat vasitələrinin sürücüləri tərəfindən normativ tələblər pozulmaqla avadanlığın dəyişdirilməsi əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 342.5-ci, 329.3-cü, 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 150 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli İXP seriyalı İnzibati Xəta haqqında Protokoldan görünür ki, X5 Azərbaycan Respublikası İXM-nin 342.5-ci, 329.3-cü, 342.2.2ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan Texniki baxış üzrə nəticə protokolundan görünür ki, “BMW 528İ minik” markalı, **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən müəyyən olunmuşdur ki, avtomobildən havaya buraxılmış CO2-nin miqdarı normadan artıqdır, səs boğucu sisteminə səsartırma məqsədi ilə arxa qazana müdaxilə olunub, qaynaq işləri görülüb. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1-ci maddəsinə əsasən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. 134.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma haqqında qərarda bu Məcəllənin 115-ci maddəsində qeyd edilən məlumatlar göstərilir. 329.3. İşıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görəotuz manat məbləğində cərimə edilir. 342.2.2. normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir. 342.5. Xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə əlli manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X5 xx.xx.2023-cü il tarixdə nəqliyyat vasitəsinin istismarı qaydalarını pozmaması barədə nə polis əməkdaşlarına, nə də ki məhkəməyə heç bir sübut təqdim etmədiyi üçün onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci, 329.3-cü, 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapmışdır. Həmçinin məhkəmə təqdim edilən Ağcabədi avtoservis və ticarət MMC tərəfindən verilmiş rəyi mötəbər sübut kimi qəbul etmir. Belə ki, iş materiallarında olan Daxili İşlər Nazirliyinin X4 nəqliyyat vasitəsinin müayinəsi üzrə nəticə protokolundan görünür ki, “BMW 528İ minik” markalı, **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən müəyyən olunmuşdur ki, avtomobildən havaya buraxılmış CO2-nin miqdarı normadan artıqdır, həmçinin nəqliyyat vasitəsində səs boğucu sisteminə səsartırma məqsədi ilə arxa qazana müdaxilə olunub, qaynaq işləri görülüb. Məhkəmə iclasında iştirak edən Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin X10 Şöbəsinin nümayəndələri sürücü tərəfindən törədilən inzibati xətanın mahiyyətini ətraflı izah etmişlər. Beləliklə, məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də qərarın ləğv edilməsi üçün, həmçinin inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: X3 Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin X10 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №3(004)-4732/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4732/2023
18.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver