Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4736/2025 17.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Mirzəyev Çingiz Rövşən oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin nümayəndəsi X5, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs nümayəndəsi X6 iştirakları ilə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 30 iyun 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb kimi X1 əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə (xx.xx.2024 – xx.xx.2024) xitam verilmiş, həmçinin müvafiq əmrin ləğv edilməsi barədə icrası məcburi göstəriş icra edilməmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin nümayəndəsi X9 tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə edərək, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs barəsində qanunamüvafiq tədbirlər görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs nümayəndəsi X10 tərtib edilmiş inzibati xəta haqqında protokola etiraz edərək bildirmişdir ki, SOCAR-ın "Neftqazelmitədqiqatlayihə” institutunun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsinin rəisi X7 inzibati tənbeh qaydasında cərimə olunması haqqında 30 iyun 2025-ci il tarixli MN ******* nömrəli Qərardadı və 30 iyun 2025-ci il tarixli MN ******* nömrəli İnzibati xəta haqqında Protokol aşağıda göstərilən səbəblərə görə ləğv olunmalıdır. Nəzərinizə çatdırmaq istəyirik ki, SOCAR-in "Neftqazelmitədqiqatlayihə” institutunun sabiq əməkdaşı X2 M.Hüseynov adına 3 saylı şəhər poliklinikasından verilmiş ******* saylı əmək qabiliyyətinin olmaması vərəqəsi (əvəz edici), notariusda təsdiq edilmiş sənəd əsasında deyil, 2025-ci il ilin yanvar ayında tərcümə mərkəzi tərəfindən rəsmiləşdirilmiş sənəd əsasında verilmişdir. X1 SOCAR-ın "Neftqazelmitədqiqatlayihə” İnstitutuna qarşı əmrin ləğvi, işə bərpa, məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi və digər tələblərə dair iddia ərizəsində xəstəlik vərəqəsi mübahisələndirilmişdir, lakin məhkəmə tərəfindən bu hal mötəbər sübut kimi qəbul edilməmişdir və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e- 2(004)-1276/2025 nömrəli Qətnaməsi ilə iddia təmin edilməmişdir (Qətnamə əlavə olunur, bənd 34, 35, 36, 37, 38 ). Azərbaycan Respublikası icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin idarə heyətinin xx.xx.2021-ci il tarixli, 15 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi Ərazi Bölmələrini idarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində Həkim Məsləhət Komissiyası haqqında Əsasnamənin 3.1.4-cü bəndinə əsasən qanunvericiliklə müəyyən olunmuş qaydada vətəndaşların xarici ölkədə ezamiyyətdə və məzuniyyətdə olduğu dövrdə xarici ölkələrdə təcili təxirəsalınmaz müalicə barədə əsaslı sənəd təqdim etdikdə əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı sənədlərin şübhə doğurmadığı halda xəstəlik vərəqələri ilə əvəz etmək Həkim Məsləhət Komissiyasının vəzifəsidir. Nəticə etibarilə, bu barədə normativ tənzimləmə ondan ibarətdir ki, vətəndaş xarici ölkədə ezamiyyətdə, məzuniyyətdə olduğu dövrdə təcili təxirəsalınmaz müalicə barədə əsaslı sənəd təqdim etdikdə və bu sənədlər şübhə doğurmadıqda əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı əvəzedici sənəd verilə bilər. R.Həsənzadənin ödənişli məzuniyyəti 21,10.2024-cü il tarixində sona çatdığından, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı əvəzedici sənəd verildiyi tarixdə o, nə ezamiyyətdə nə də məzuniyyətdə olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 30 iyun 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X1 əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə (xx.xx.2024 – xx.xx.2024) xitam verilmiş, həmçinin müvafiq əmrin ləğv edilməsi barədə icrası məcburi göstəriş icra edilməmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(004)-1276/2025 nömrəli qətnaməsindən görünür ki, X1 SOCAR-ın "Neftqazelmitədqiqatlayihə” İnstitutuna qarşı əmrin ləğvi, işə bərpa, məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi və digər tələblərə dair iddia ərizəsi təmin edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər; 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. 18.3-cü maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 109.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 53 və 104.1 -ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. 150.5-ci maddəsinə əsasən bu Məcəllənin 150.1 -ci maddəsində nəzərdə tutulmuş müddətdə inzibati cərimə ödənilmədikdə, onun ödənilməsi məqsədi ilə inzibati cərimə tətbiq etmə haqqında qərarın surəti həmin qərarı qəbul etmiş səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən:150.5.1. fiziki şəxslər barəsində - onun əməkhaqqından, təqaüdündən, pensiyasından və ya digər gəlirlərindən tutulması üçün inzibati məsuliyyətə cəlb edilmiş şəxsin işlədiyi və ya oxuduğu, yaxud əməkhaqqı aldığı müəssisəyə, idarəyə, təşkilata və ya pensiya təyin edən orqana; 150.5.2. hüquqi şəxslər barəsində - hüquqi şəxsin pul vəsaitlərindən və ya gəlirlərindən tutulması üçün banka və ya digər kredit təşkilatlarına göndərilir. Bank və ya digər kredit təşkilatı qərarı onun daxil olduğu vaxtdan 7 gün müddətində icra edir. Həmin müddət ərzində hüquqi şəxsin hesabında pul vəsaiti olmadıqda, bank və ya digər kredit təşkilatı inzibati cərimənin tətbiq edilməsi haqqında qərarı, onun icra edilməməsinin səbəbini göstərməklə, qərarı qəbul etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə) dərhal qaytarmalıdır. 539.1-1-ci maddəsinə əsasən əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə – vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X1 əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə (xx.xx.2024 – xx.xx.2024) xitam verilmiş, həmçinin müvafiq əmrin ləğv edilməsi barədə icrası məcburi göstəriş icra edilməsi təsbit edilməmiş, əksinə analoji işlə bağlı X3 iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və iddiası təmin edilməmişdir. Bununla da Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə sübuta yetirilməmişdir. Beləliklə, işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb məhkəmə belə qənaətə gəlir ki, əməldə inzibati xəta tərkibi olmadığından Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 53, 114-115, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-4736/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4736/2025
17.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver