Məhkəmə qərarları › İş №3(004)-4737/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4737/2025

17.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4737/2025 17.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Mirzəyev Çingiz Rövşən oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi X3 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin vəzifəli şəxsi X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 18 iyun 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin vəzifəli şəxsi X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 18 iyun 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, işçi X1 03 iyul 2024-cü ildə "xxxx" QSC ilə bağladığı əmək müqaviləsinə 02 aprel 2025-ci il tarixdə, X5 ilə bağlanmış 17 iyun 2023cü il tarixli əmək müqaviləsinə isə 03 iyun 2024-cü il tarixdə xitam verilməsinə baxmayaraq cari tarixdən son haqq-hesab ödənişi edilmədiyi əsas gətirilərək barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən 26 may 2025-ci il tarixli MN ******* və 27 may 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokollar əsasında 18 iyun 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək barəsində inzibati xəta haqqında is üzrə icraat aparılan vəzifəli səxs kimi Azərbaycan Respublikasi İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanin törədilməsində təqsirli bilinmiş, inzibati tənbeh tətbiq edilərək 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Həmin qərarın surəti ona 21 iyun 2025-ci il tarixdə göndərilmiş və o qərarı 30 iyun 2025-ci il tarixdə almışdır. İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən əmək qanunvericiliyinin pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bildiyindən qərarın əsassız və qanunsuz olmasını hesab edərək ləğv edilməsini və bu barədə məlumatın elektron informasiya sisteminə yerləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X8 şikayətin əsassız olduğunu bildirərək qeyd etmişdir ki, müfəttişliyin 18 iyun 2025-ci il tarixli, MN ******* saylı qərarı tamamilə qanuni və əsaslıdır. Ona görə də şikayətin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmış barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin vəzifəli şəxsi X4 tərəfindən məhkəməyə ünvanlanan vəsatətdə şikayətə onun yaşadığı yer üzrə baxılmasını, onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini və qərarın ləğv edilərək şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, proses iştirakçısını dinləyərək belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 18 iyun 2025-ci tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X1 03 iyul 2024-cü ildə "xxxx" QSC ilə bağladığı əmək müqaviləsinə 02 aprel 2025-ci il tarixdə, X5 ilə bağlanmış 17 iyun 2023-cü il tarixli əmək müqaviləsinə isə 03 iyun 2024-cü il tarixdə xitam verilməsinə baxmayaraq son haqq-hesabı ödənişi ödənilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin məcəllənin 172.4-cü maddəsinə əsasən, işçi işdən çıxarkən ona düşən bütün ödənişlər tam məbləğdə işdən çıxdığı gün verilir. Yuxarıda qeyd edilən əmək qanunvericiliyinin normalarından göründüyü kimi həmin normalar dispozitiv xarakterə malik olmamaqla, imperativ xarakter daşıyır, yəni qanun və Konstitusiya məhkəməsinin qərarı işçilərin hüquqlarının müdafiəsi baxımından birmənalı şəkildə işçinin işdən kənarlaşdırılmasının qaydasını müəyyən edir, ona riayət edilməsini işəgötürənin üzərinə vəzifə kimi qoyur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən əmək qanunvericiliyinin pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsininn 154.1-ci maddəsinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənişlərin məcmusudur. Həmin Məcəllənin 172.1-ci maddəsinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Həmin Məcəllənin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin əmək qanunvericiliyinə uyğun olaraq ödənilməməsinə və ya tam ödənilməməsinə görə - vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən inzibati tənbeh verilə bilməsi üçün nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İş materiallarından görünür ki, işçi X5 ilə bağlanmış 17 iyun 2023-cü il tarixli əmək müqaviləsinə 03 iyun 2024-cü il tarixdə xitam verilmiş və onunla son haqq-hesab aparılmadığı üçün inzibati xəta törədilsə də inzibati tənbeh verilə bilməsi üçün nəzərdə tutulan bir illik müddət keçmişdir, lakin X1 03 iyul 2024cü ildə "xxxx" QSC ilə bağladığı əmək müqaviləsinə 02 aprel 2025-ci il tarixdə xitam verildiyindən, onunla son haqq-hesab aparılmadığından inzibati xəta törədilmiş və inzibati tənbeh verilməsi ilə bağlı bir illik müddət keçməmişdir. Həmçinin törədilmiş hər bir inzibati xətaya görə ayrılıqda inzibati xəta haqqında protokol tərtib edilsə də, inzibati tənbeh verilməsi üçün bir qərarın qəbul edilməsi inzibati xətalar qanunvericiliyin tələblərinə uyğundur. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Odur ki, Azərbaycan Respublikası əmək və inzibati qanunvericiliyinin təməl prinsipləri və müvafiq tələbləri "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin vəzifəli şəxsi X4 tərəfindən kobudcasına pozulmuşdur. Beləliklə məhkəmə hesab edir ki, "xxxx" qapalı səhmdar Cəmiyyətinin vəzifəli şəxsi X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapdığından şikayətin dəlilləri əsassızdır və inzibati xəta haqqında iş üzrə qəbul edilmiş 18 iyun 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş "xxxx" qapalı səhmdar Cəmiyyətinin vəzifəli şəxsi X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinın Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 18 iyun 2025-ci il tarixli, MN ******* saylı qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar