Məhkəmə qərarları › İş №3(004)-4739/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4739/2025

21.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4739/2025 21.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Mirzəyev Çingiz Rövşən oğlunun katibliyi, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyata Agentliyinin nümayəndəsi X4 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X8 və X1 Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyata Agentliyinin xx.xx.2025-ci il tarixli, AYN1327353 saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: X8 və X3 Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyata Agentliyinin xx.xx.2025-ci il tarixli, AYN1327353 saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət ilə məhkəməyə müraciət edərək, həmin qərarın ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, KİA SORENTO markalı **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobil X1 mülkiyyətindədir, X8 həmin avtomobili 3 günlük rayona getmək məqsədi ilə idarə etməsi üçün xx.xx.2025-ci il tarixdə Fərmayıl Vəliyevdən notarial qaydada etibarnamə almış və avtomobili 28-31 mart 2025-ci il tarixində idarə etmiş, daha sonra mülkiyyətçiyə geri qaytarmışdır. Buna baxmayaraq xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyata Agentliyi tərəfindən Rəsul Hüseynli barəsində AYN1327353 saylı inzibati xəta haqqında qərar qəbul edilmiş, həmin qərar əsasında o, 60 manat cərimə edilmişdir. Qərarın qəbul edilməsinin səbəbi bu olmuşdur ki, guya o, avtomobili Bakı şəhəri Məmməd Əfəndiyev küçəsindəki 18117 nömrəli məntəqəsində əlillər üçün nəzərədə tutulan parklanma yerində saxlamışdır. Əslində həmin vaxtı avtomobili Fərmayıl Vəliyev idarə etmişdir. Fərmayıl Vəliyev 2-ci qrup əlildir və hesab edir ki, avtomobili əlillər üçün müəyyən ediliş parklanma yerində saxlamaqda tam haqlıdır. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X8 və X3 məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Qərarından şikayət verilən orqanın nümayəndəsi şikayətə etiraz edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 19:17-də X8 idarə etdiyi KİA SORENTO markalı **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri Məmməd Əfəndiyev küçəsindəki 18117 nömrəli məntəqəsində əlillər üçün nəzərədə tutulan parklanma yerində saxlamış, nəticədə İXM-in 346-1.3-cü maddəsi üzrə təqsirli bilinərək barəsində xx.xx.2025-ci il tarixli, AYN1327353 saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Avtomobilin həqiqətdə Fərmayıl Vəliyev tərəfindən idarə olunmasından, həmçinin Fərmayıl Vəliyevin 2ci qrup əlil olmasından təmsil etdiyi orqanın məlumatı olmamışdır. Belə ki, həmin vaxtı çəkilmiş fotoşəkillərdən də müəyyn edildiyi kimi sözügedən avtomobilin üzərində “əlilliyi olan şəxs” tanınma nişanı olmamışdır. Ona görə də şikayətin təmin olunmamasını və mübahisələndirilən inzibati qərar dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyata Agentliyinin xx.xx.2025-ci il tarixli, AYN1327353 saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, KİA SORENTO markalı **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2025-ci il tarixdə saat 19:17-də Bakı şəhəri Məmməd Əfəndiyev küçəsindəki 18117 nömrəli məntəqəsində əlillər üçün nəzərədə tutulan parklanma yerində saxlanıldığına görə X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346-1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 60 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, KİA SORENTO markalı **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X2r. İşdə olan elektron məhkəmə portalından çıxarışdan görünür ki, X3 Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 2-ci qrup əlildir. xx.xx.2025-ci il tarixli nəqliyyat vasitəsinin istifadə edilməsinə dair etibarnamədən görünür ki, X3 mülkiyyətində olan KİA SORENTO markalı **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməsi üçün X7 etibar etmişdir və bu barədə reyestrdə 7E-4632 nömrə ilə qeydiyyat aparılmışdır. “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 53-cü maddəsinin X hissəsinin 3-cü cümləsinə görə əlilliyi olan şəxslər üçün ayrılan parklanma yerlərində yalnız “əlilliyi olan şəxs” tanınma nişanı ilə nişanlanmış nəqliyyat vasitələri dura bilərlər. Həmin Qanunun 72-ci maddəsinin 5-ci bəndinə görə “Əlilliyi olan şəxs” — orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər üçün xüsusi avadanlıqlar quraşdırılmış, onlar tərəfindən idarə olunan və qeydiyyat şəhadətnaməsində bu barədə müvafiq qeyd olan nəqliyyat vasitələrinin qabaq və arxasında — tərəfləri 150 mm ölçülü, daxilində 7.17 simvolunun qara boya ilə təsviri olan sarı rəngli kvadrat şəklində tanınma nişanları quraşdırılır. “Əlilliyi olan şəxslərin hüquqları” haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə görə əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq başa düşülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346-1.3-cü maddəsinə əsasən, əlilliyi olan şəxslərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində digər nəqliyyat vasitələrinin parklanmasına görə altmış manat məbləğində cərimə edilir. İlk əvvəl xx.xx.2025-ci il tarixdə saat 19:17-də KİA SORENTO markalı **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarəçiliyinin kimdə olması ilə bağlı məhkəmə bildirir ki, avtomobilin mülkiyyətçisi X2r, o, xx.xx.2025-ci il tarixdə etibarnamə əsasında avtomobili X5 idarə etməsi ilə bağlı iradə ifadəsini ortaya qoymuşdur. Baxmayaraq ki, inzibati protokol X8 barəsində tərtib edilmiş, lakin inzibati orqan həqiqətdə avtomibilin həmin vaxtı həqiqətən də X5 istifadəsində olmasını təsdiq edən bir mötəbər sübut təqdim etməmişdir. Əksinə, şikayət verən şəxslər özləri bildirmişlər ki, avtomobil 3 günlük müddətə X5 istifadəsində olmuş, sonradan avtomobil mülkiyyətçinin özündə olmuşdur. Məhkəmə hesab edir ki, avtomobilin mülkiyyətçisi X3 olduğundan və nə qədər ki, o, özü etiraf edərək avtomobilin onun istifadəsində olduğunu bəyan edirsə və bunun əksini də təsdiq edə biləcək bir mötəbər sübut yoxdursa, onda danılmazdır ki, həqiqətən də xx.xx.2023-cü il tarixdə avtomobili X3 idarə etmişdir. Artıq belə olduğu halda X5 barəsində inzibati qərarın qəbul edilməsi qanunsuz olmuşdur, ona görə ki, törədilmiş xəta ilə bağlı onun bir əlaqəsi olmamış, yəni o, bu xətanın subyekti deyildir. Məhkəmə onu da nəzərə alır ki, tək subyekt olmadığı əsası ilə mübahisələndirilən qərarın ləğvi ona gətirib çıxara bilər ki, artıq subyektin X1 olduğunu nəzərə alaraq onun barəsində inzibati qərarın qəbul edilməsi ehtimalı qaçılmazdır, nəticədə bununla bağlı yenidən məhkəməyə müraciət olunması və suni şəkildə məhkəmədə iş yükünün artırılması ilə nəticələnəcəkdir. Məhkəmə X3 barəsində də inzibati qərarla bağlı razılaşmır ona görə ki, işdən göründüyü kimi o, 2-ci qrup əlildir. Həqiqətən də əlilliyi olan şəxslər üçün ayrılan parklanma yerlərində yalnız “əlilliyi olan şəxs” tanınma nişanı ilə nişanlanmış nəqliyyat vasitələri dura bilər, əks təqdirdə həmin şəxsi 60 manat məbləğində cərimə gözləyir. Qanunvericiliyin bu yanaşmasında güddüyü məqsəd ondan ibarətdir ki, əlil olmayan bir şəxsin həmin yerdə avtomobili dayandırması bir başa əlil olan şəxslərin hüquqlarının pozulması ilə nəticələnəcəkdir. Burada əsas məqsəd əlil olan şəxslərin həyat şəraitində asanlıq yaratmaq, onların əlavə əziyyət çəkmədən rahat formada onlar üçün ayrılmış yerdə avtomobili saxlayaraq getmək istədikləri məkana əlçatımlılığı asanlaşdırmaqdır. Cavabdeh orqan istinad edir ki, KİA SORENTO markalı **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində “əlilliyi olan şəxs” tanınma nişanı olmadığından onlar bilə bilməzdilər ki, avtomobili idarə edən şəxs əlildir, ya sağlam bir şəxs. Məhkəmə başa düşür ki, bəli qanunvericilik necə ki, əlil olan şəxslərin həyat səviyyəsinin yaxılaşdırılması üçün əlavə imkanlar tanımaqla yanaşı, həmçinin əlavə bir öhdəlik qoymuşdur ki, bu tip şəxslər avtomobili idarə edən zaman avtomobil üzərində “əlilliyi olan şəxs” tanınma nişanı yerləşdirməli, həmçinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat aparılmalıdır. Lakin bu qeyd olunanları X1 yerinə yetirməməsi o anlama gələ bilməz ki, o, əlil olsa da, onlar üçün ayrılmış xüsusi imkanlardan istifadə edə bilməz. Sadəcə bu vəziyyət, yəni avtomobil üzərində müəyyən nişanın olmaması ona gətirib çıxaracaqdır ki, bəli cavabdeh orqan avtomobilin idarəçiliyinin kim olmasından məlumatı olmadığına görə həmin şəxs barəsində müvafiq qərar qəbul ediləcək, nəticədə X3 əlavə çətinliyə məruz qalacaqdır. Daha yaxşı olardı ki, X3 bu kimi əlavə yüklənməyə məruz qalmaması üçün, avtomobilinə müvafiq tanınma nişanı yerləşdirsin və həmçinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyatını elətdirsin. Əks halda onun məsuliyyətə cəlb edilməsi qaçılmazdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması əsasdır. Məhkəmə hesab edir ki, hazırki halda şikayətçi öz təqsirsizliyini sübut etməyə borclu deyildir, əksinə inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqan şəxsin təqsirli olmasını əks etdirən mötəbər sübutları məhkəməyə təqdim etməyə borclu olduğu halda, bunu etməmişdir. Beləliklə, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi mötəbər sübutlarla müşayiət olunmadığından sözügedən qərar ləğv edilməli, şikayət isə əsaslı hesab edilərək təmin edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X8 barəsində tərtib edilmiş Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyata Agentliyinin xx.xx.2025-ci il tarixli, AYN1327353 saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar