Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-4742/2025 14.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Mirzəyev Çingiz Rövşən oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 vəkil “Ruslan Vəliyev və Partnyorları” Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, Bakı şəhəri Yasamal RPİ-nin 27-ci Polis Şöbəsi tərəfindən daxil olmuş X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PŞ-nin sahə inspektoru, polis baş leytenantı X4 tərəfindən X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair MN seriyalı ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bakı şəhəri Yasamal RPİ-nin 27-ci Polis Şöbəsi tərəfindən X2 barəsində tərtib edilmiş protokol və toplanmış material baxılması üçün Yasamal Rayon məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala əsasən X2 xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 1 ünvanında idarə etdiyi “Toyota Landcruiser” minik markalı, **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə "xxxx" MTK-ya məxsus şlaqbauma qəsdən zərbə endirərək zədələmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 vəkil “Ruslan Vəliyev və Partnyorları” Vəkil Bürosunun vəkili X6 bildirmişdir ki, X2 tərəfindən Bakı şəhəri Yasamal RPİ-nin “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından Bakı şəhəri Yasamal rayon prokurorluğuna şikayət ünvanlanmışdır. Buna görə də həmin şikayətin nəticəsi bilinmədiyinə görə hazırki iş üzrə materialın istintaqa geri qaytarılmasını xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 məhkəməyə yazılı vəsatətlə müraciət edərək materialın geri qaytarılmasını xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, Yasamal Polis İdarəsində aparılan istintaq barədə ona məlumat verilməmiş, iş üzrə keçirilmiş (və ya keçirilməyi nəzərdə tutulmuş) istintaq hərəkətləri barədə məlumatlandırılmamışdır. Hazırki icraatınızda olan işin əsasını təşkil edən “cinayət işinin başlanılmasının rədd edilməsi” qərardan ümumiyyətlə məlumatsız olmuşdur. Həmin qərarla tanış deyil. Ondan gizlədildiyinə görə də əmindir ki, həmin qərar üzrə həqiqəti əks etdirməyən, lakin onun ziyanına olan hallar müəyyən edilmişdir. Məhz bu səbəblərə görə bu gün “Yasamal Rayon Polis İdarəsinin qəbul etdiyi cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar”dan Yasamal Rayon Prokurorluğuna şikayət etmişdir. Həmin qərarın ləğv edilməsində israrlıdır. Qərar qanunsuz və əsassız qəbul edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs məhkəmə iclasında iştirak etməmiş, bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verərək iclasın təxirə salınması barədə vəsatət verməmişdir. Buna görə də məhkəmə işə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə hüquqi qiymət verərək hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş material geri qaytarılmalıdır. Belə ki, hazırda iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta haqqında iş üzrə icraatın başlanılmasına səbəb olan “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərardan razı olmadığı üçün həmin qərarı mübahisələndirdiyini bildirmiş və buna görə də hazırki iş üzrə materialın baxılmamış saxlanılaraq geri qaytarılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta haqqında işə mahiyyəti üzrə baxıla bilmədiyindən inzibati xəta haqqında protokol və ona əlavə edilmiş material geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən bu Məcəllənin 232-1-ci maddəsində nəzərdə tutulmuş xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 103.2-ci maddəsinə görə inzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol (prokurorun qərarı) tərtib edildikdən dərhal sonra baxılması üçün hakimə göndərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 62-ci maddəsinə əsasən inzibati xəta nəticəsində mənəvi, fiziki və ya maddi zərər dəymiş şəxs zərər çəkmiş şəxs sayılır. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək, hüquqi yardımdan istifadə etmək, iş üzrə qəbul edilmiş qərardan şikayət vermək hüququ vardır. Həmin Məcəllənin 62.4-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə zərər çəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xəta haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Məhkəmə hesab edir ki, hazırki halda iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraatın başlanılmasına səbəb olan “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərardan şikayət verildiyindən və buna görə də işə mahiyyəti üzrə baxmaq mümkün olmadığından İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq iş materiallarına əlavə edilmiş inzibati xəta haqqında protokol ona əlavə edilmiş sənədlərlə birlikdə onu tərtib etmiş orqana geri qaytarılmalıdır inzibati qaydada tutulmuş şəxs həbsdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material Bakı şəhəri Yasamal RPİ-nin 27-ci Polis Şöbəsinə geri qaytarılsın. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-4742/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-4742/2025
14.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver