Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-475/2024 23.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X2 iclas katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin baş direktoru Nümayəndə iştirakı ilə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC -nin Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 08 dekabr 2023-cü il tarixli 00800-00952/23 (EP 0143451) nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Xəzər Rayon Məhkəməsinin 3(003)-3137/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə Şəxs MMC -nin Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında material baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, hüquqi şəxs Şəxs MMC tərəfindən xx.xx.2023-cü il tarixli ********** sorğu nömrəli gömrük bəyannaməsi üzrə ümumi dəyəri 3300 ABŞ dolları, yəni həmin bəyannamənin 22-ci və 45ci qrafasına əsasən 5610 manat təşkil edən mallar konsiqnasiya ixrac gömrük proseduru altında X3 Gömrük İdarəsində rəsmiləşdirilmişdir. Azərbaycan Respublikasında xarici ticarətin daha da liberallaşdırılması haqqında 1997-ci il tarixli, 609 nömrəli Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında idxalixrac əməliyyatlarının tənzimlənməsi Qaydalarının 12.2-ci bəndinə görə, hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, tərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Şəxs MMC tərəfindən isə ixrac edilən malların müqabilində məcburi qaydada qaytarılmalı olan qeyd edilən xarici valyuta vəsaitlərin bir hissəsi qanunvericilikdə nəzərdə tutulan müddət ərzində hüquqi şəxsin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankdakı hesabına köçürülməmişdir. Belə ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Vahid X1 (VAİS) baxış keçirilmiş və məlum olmuşdur ki, "xxxx" MMC (VÖEN:**********) tərəfindən Hava Nəqliyyatında Baş Gömrük İdarəsində rəsmiləşdirilmiş xx.xx.2023-cü il tarixli **********65 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ixrac edilmiş mallar müqabilində hər hansı məbləğdə vəsait daxil olmamışdır və qalıq borc olaraq xarici valyuta vəsaitinin ümumi 3300 AB$ dolları təşkil edir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin, inzibati xəta haqqında protokol tərtib etmiş qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və tərəfindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə protokol tərtib etmiş qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin baş direktoru Nümayəndə izahatında göstərmişdi ki, Cəmiyyətin fəaliyyəti əsasən kompressor hissələrinin emalı və satışından ibarətdir. Şəxs MMC ilə Qazaxıstan Respublikasında fəaliyyət göstərən "xxxx" şirkəti arasında bağlanmış xx.xx.2023-cü il tarixli 16/01 nömrəli saylı müqaviləyə əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həmin şirkətin ünvanına 3300 ABŞ dolları dəyərində kompressor hissələri məhsulu göndərilmişdir. Qeyd olunan yüklərin ixracı konsiqnasiya əməliyyatları əsasında aparılmışdır. Kompressor hissələrinin 1 ədədi qarşı tərəflə 1100 ABŞ dolları olmaqla razılaşdırılmışdır. Həmin mallara görə pul vəsaitlərinin Cəmiyyətin hesabına köçürülməsi təmin edilmişdir. Belə ki, "xxxx" MMC-yə 3300 ABŞ dollar məbləğində mal satılmış və həmin malın dəyəri alıcı şirkət tərəfindən tam şəkildə qanunla müəyyən edilmiş vaxtda Cəmiyyətin hesabına ödənilmişdir. Bununla bağlı bank hesabına köçürülmənin edilməsini təsdiq edən arayış da mövcuddur. Odur ki, Nümayəndə oğlu izahatında göstərilənlər nəzərə alınmaqla Cəmiyyət barəsində iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçısını dinləyib, inzibati xətalar haqqında iş üzrə icraat materiallarını tədqiq edib hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsinin tərkib əlamətləri olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi gömrük qaydaları əleyhinə olan inzibati xətalar kateqoriyasına daxil olmaqla, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati məsuliyyətə səbəb olur və həmin xətaya görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə tənbeh tədbiri nəzərdə tutulmuşdur. Həmin maddənin Qeyd hissəsinə görə isə “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 12.1-ci bəndinə görə hüquqi və fiziki şəxslər tərəfindən malların (işlərin, xidmətlərin) konsiqnasiya yolu ilə ixracı gömrük orqanlarında bəyan edilməklə aparılır. Konsiqnasiya yolu ilə ixrac əməliyyatları xarici şəxslərlə bağlanmış müqaviləyə əsasən ixrac olunmuş malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin müəyyən edilmiş müddət ərzində ixracatçıya ödənilməsini nəzərdə tutur. Həmin Qaydaların 12.2-ci bəndinə görə hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Həmin Qaydaların 12.3-cü bəndinə görə isə ixrac olunan malların (işlərin, xidmətlərin) müqabilində əldə olunmuş vəsaitin Azərbaycan Respublikasına köçürülməsinə və gətirilməsinə, müvafiq olaraq, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (bundan sonra – Palata) və Dövlət Gömrük Komitəsi nəzarət edir. Bu məqsədlə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi bütün ixracatçılar tərəfindən gömrük bəyannamələri və ixrac müqavilələri də daxil olmaqla, ixrac olunan mallar barədə aidiyyəti məlumatların elektron gömrük xidməti vasitəsilə Palataya ötürülməsini təmin edir. Qüvvədə olan gömrük qanunvericiliyinə əsasən isə bəyаnеtmə - dеdikdə, gömrük rəsmiləşdirilməsi icrааtı və gömrük nəzаrətinin həyаtа kеçirilməsi məqsədilə mаl və nəqliyyаt vаsitələri bаrədə səhih məlumаtlаrın müəyyən еdilmiş (şifаhi, yаzılı, digər) fоrmаdа gömrük оrqаnlаrınа еlаn еdilməsi bаşа düşülür. Bəyanetmə malların və nəqliyyat vasitələrinin yerləşdirilməsi nəzərdə tutulan gömrük proseduru haqqında, habelə gömrük məqsədləri üçün lazım olan digər məlumatların müəyyən olunmuş formada (şifahi, kağız üzərində yazılı, elektron) gömrük orqanlarına verilməsi ilə həyata keçirilir. Hazırki iş materiallarından görünür ki, Şəxs MMC ilə "xxxx" arasında xx.xx.2023-cü il tarixli 16/01 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilə şərtlərinə görə xx.xx.2023-cü il tarixədək Qazaxıstan Respublikasında yerləşən "xxxx" şirkətinə partiyalar üzrə 3300 ABŞ dolları dəyərində kompressor hissələri satılması nəzərdə tutulmuşdur. Eləcə də müqavilənin 3.2-ci bəndinə görə tərəflər arasında razılaşmaya əsasən çatdırılan mallar standartlara uyğun olmalı, 6.1-cı bəndə görə alıcı malın dəyərinin müqavilə imzalanan gündən 10 gün ərzində 50%-i, mal alıcıya təhvil verildiyi gündən 20 gün ərzində isə 50%-ni satıcıya ödəməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 01**********65 saylı gömrük bəyannaməsindən görünür ki, xx.xx.2023-cü il tarixli 16/01 nömrəli müqavilə və 000İCZV231230010 və 000İCZV230400024 nömrəli invoyslara əsasən 3300 ABŞ dolları məbləğində kompressor hissələri Şəxs MMC tərəfindən "xxxx"-nin ünvanına bəyan edilməklə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin baş direktoru tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" ASC-nin 19 fevral 2024-cü il tarixli 9382 nömrəli arayışından görünür ki, 01**********65 saylı gömrük bəyannaməsi Şəxs MMC-nin AZ50AİİB401400D**********107 saylı hesablaşma hesabına “LLP SAPA-ALLİANCE” şirkəti tərəfindən 16/01 saylı xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən xx.xx.2023-cü il tarixdə 1650 ABŞ dolları və xx.xx.2023-cü il tarixdə 1650 ABŞ dolları olmaqla, cəmi 3300 ABŞ dolları vəsait daxil olmuşdur. Məhkəmə qeyd olunan sübutları nəzərdən keçirib hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin baş direktoru tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" ASC-nin 19 fevral 2024-cü il tarixli 9382 nömrəli arayışındandan göründüyü kimi, 01**********65 saylı gömrük bəyannaməsi Şəxs MMC-nin AZ50AİİB401400D**********107 saylı hesablaşma hesabına “LLP SAPA-ALLİANCE” şirkəti tərəfindən 16/01 saylı xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən xx.xx.2023-cü il tarixdə 1650 ABŞ dolları və xx.xx.2023-cü il tarixdə 1650 ABŞ dolları olmaqla, cəmi 3300 ABŞ dolları vəsait daxil olmuş, yəni Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərinin olmadığı müəyyən edildi. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən, Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Şəxs MMC -nin əməlində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsinin tərkib əlamətləri olmadığından onun barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş 08 dekabr 2023-cü il tarixli EP seriyalı ******* nömrəli protokol əsasında başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1, 43, 48-51, 53, 55, 105, 114.1.4, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş 08 dekabr 2023-cü il tarixli 00800-00952/23 (EP 0143451) nömrəli inzibati xəta haqqında protokol əsasında başlanılmış iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-475/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-475/2024
23.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver