Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4752/2024 24.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin nümayəndəsi Nümayəndə1 və Nümayəndə2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi və vəkili X3 iştirakı ilə, Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 241 olan "xxxx" MMC (VÖEN: **********) "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 375.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 375.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti tərəfindən tərtib edilmiş 05 sentyabr 2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" MMC-yə məxsus sifarişlərin idarə olunması sisteminin fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrində qeydiyyatdan keçirilməməsi nəticədə "xxxx" MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 375.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin nümayəndəsi Nümayəndə1 inzibati xəta haqqında protokolu müdafiə edərək "xxxx" MMC barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin nümayəndəsi Nümayəndə2 inzibati xəta haqqında protokolu müdafiə edərək "xxxx" MMC barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi və vəkili X5 inzibati xəta haqqında protokola etiraz etməyərək barələrində Azərbaycan Respublikası İnzibati Xətalara Məcəlləsinin 375.0.1-ci maddəsinin sanksiyasında nəzərədə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tədbirinin aşağı həddinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 375.0.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarına əlavə edilmiş ”Limak Az” MMC-yə ünvanlanmış 04 sentyabr 2024-cü il tarixli məktubdan görünür ki, vətəndaş X6 tərəfindən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə Şəxs MMC tərəfindən vətəndaşa məxsus fərdi məlumatların silinməsindən imtina edilməsinə dair şikayət ünvanlanmışdır. Belə ki, adıçəkilən vətəndaş Şəxs MMC-yə məxsus www.limak.az internet informasiya ehtiyatında yaratdığı şəxsi kabinetinin silinməsini tələb etməsinə baxmayaraq, müvafiq MMC tərəfindən hazırki tarixədək vətəndaşın sorğusunun icrasından imtina edilmişdir. Bununla yanaşı, tərəfimizdən vətəndaş şikayəti ilə bağlı araşdırma aparıldığı zaman Şəxsnə məxsus informasiya sisteminin adıçəkilən Qanunun 15.1-ci maddəsinin tələblərinə uyğun olaraq, dövlət qeydiyyatından keçirilmədiyi müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq, vətəndaş X1 təmin etmeyiniz və ya Şəxs MMC tərəfindən şəxsi kabinetin silinməsindən imtinanın səbəbi ve saxlanma zərurətinə dair məlumatları “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun 10.6-cı maddəsinə müvafiq olaraq 7 (yeddi) iş günü ərzində Xidmətə təqdim etməkləri xahiş olunmuşdur. Bununla yanaşı, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 375.0.1-ci maddesi (ferdi məlumatların informasiya sisteminin qeydiyyatına alınmaması) üzrə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Şəxs hüquqi nümayəndəsi işin halları ilə tanış olması, müvafiq izahatın verilməsi və göstərilən maddə üzrə inzibati xəta haqqında protokolun tərtibində iştirak etməsi üçün 05 sentyabr 2024-cü il tarixdə saat 10:00-da Xidmətin inzibati binasına dəvət olunur. Azərbaycan Respublikasının “Fərdi məlumatlar haqqında” 11 may 2010-cu il tarixli 998-İİQ nömrəli Qanununun 7.1.5-ci maddəsinə əsasən subyekt informasiya sistemində özü barəsində toplanılmış və işlənilən fərdi məlumatların dəqiqləşdirilməsini və qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla, məhv edilməsini tələb etmək, habelə həmin məlumatların müəyyən olunmuş qaydada arxivə verilməsi barədə müraciət etmək hüququna malikdir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada fərdi məlumatların məcburi şəkildə toplanılması və işlənilməsi halları istisna olmaqla, hər hansı şəxs barəsində fərdi məlumatların toplanılmasına və işlənilməsinə yalnız subyekt tərəfindən verilmiş yazılı, o cümlədən gücləndirilmiş elektron imzalı elektron sənəd formasında razılıq və ya özünün yazılı təqdim etdiyi məlumatlar esasında yol verilir. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən fərdi məlumatların toplanılması və işlənilməsi məqsədlərinə nail olunduqda və onların saxlanılması zərurəti aradan qalxdıqda həmin məlumatlar təxirə salınmadan məhv edilməlidir. Həmin Qanunun 15.2-ci maddesine esasen bu Qanunun 3.2-ci maddəsində nezerde tutulmuş hallar istisna olmaqla, ferdi melumatların informasiya sistemini dövlet qeydiyyatından keçirmeden fərdi məlumatların toplanılmasına və işlənilməsinə yol verilmir. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 5 mart tarixli 833 nömrəli Fərmanı ile tesdiq edilmiş “Azerbaycan Respublikasının Reqemsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında X2 fəaliyyəti haqqında” Əsasnamənin 1.1-ci yarımbəndinə əsasən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (bundan sonra – Xidmet) fərdi məlumatların qanunsuz toplanılması, işlenilmesi, mühafizəsinin temin edilməməsi halları ilə bağlı tədbirlər görən icra hakimiyyəti orqanıdır. Hemin Əsasnamənin 3.1.20-10-cu yarımbəndinə əsasən Xidmətinin fərdi məlumatların qanunsuz toplanılması, işlenilmesi, mühafizəsinin təmin edilməməsi neticesinde hüquqları pozulmuş subyektlərin şikayətlərinə baxmaq, onları araşdırmaq və qanunun tələblərini pozmuş şəxslərin məsuliyyətə cəlb edilməsi üçün aidiyyəti dövlət orqanları ile birlikdə tədbirlər görmək, həmçinin 2.1.8-ci yarımbəndinə əsasən fərdi melumatların toplanılması, işlənilməsi və mühafizəsi ilə məşğul olan hüquqi və fiziki şexslerden “Ferdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması hallarının aradan qaldırılmasını tələb etmək səlahiyyətləri mövcuddur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 375.0.1-ci maddəsinə əsasən, Fərdi məlumatlar haqqında qanunvericiliyin pozulmasına, yəni: “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən informasiya sistemində fərdi məlumatların toplanılmasına və ya işlənilməsinə görə-üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında "xxxx" MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, "xxxx" MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 375.0.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 375.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC (VÖEN: **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 375.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-4752/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4752/2024
24.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver