Məhkəmə qərarları › İş №3(004)-4760/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4760/2022

30.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4760/2022 30.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Əlizadə Şamil Akif oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Yasamal RPİ-nin 27-ci polis bölməsinin sahə inspektoru X4, Zərərçəkmiş şəxs X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 2001-ci ildə Gədəbəy rayonunun, Heriknaz kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Gədəbəy rayonunun, Heriknaz kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 27-ci polis bölməsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsinin polis sahə inspektoru X7 tərəfindən Şəxs barəsində İXM-in 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs xx.xx.2022-ci il tarixdə Zərgərpalan küçəsi 100 ünvanının qarşısında X5 məxsus “İnfiniti” markalı avtomobilə maddi ziyan vurmuşdur. Nəticədə Şəxs İXM-in 232-1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Protokol tərtib etmiş Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 27-ci polis bölməsinin sahə inspektoru X7 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, ünvan 1 ünvanında yaşayan X6 xx.xx.2022-ci il tarixdə Yasamal RPİ-nin 27-ci PB-nə ərizə ilə müraciət edib xx.xx.2022-ci il tarixdə ona məxsus olan “İnfiniti” markalı **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobilinə “Volt” şirkətinin kuriyeri velosipedlə ziyan vurmuşdur. O, həmin şəxsin tapılıb cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Aparılmış araşdırma zamanı həmin şəxsin Şəxs olduğu müəyyən edilmişdir. Yekun olaraq o Şəxs barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. Şəxs məhkəməyə verdiyi izahatında göstərdi ki, o, təxminən 6 aydır “Volt” şirkətində kuryer vəzifəsində çalışır. xx.xx.2022-ci il tarixdə ünvan 3 ünvanına sifaişi çatdırmaq üçün getmiş orada özünə məxsus velosipedi “İnfiniti” markalı **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında saxlayaraq mənzilə qalxmışdır. Geri qayıtdıqda velosipedin aşaraq həmin avtomili zədələdiyini aşkarlamışdır. Bu zaman avtomobilin sahibini taparaq ona hadisə barədə məlumat vermiş, üzrxahlıq edərək dəymiş maddi ziyanı qarşılaycağını lakin hazırda buna maddi imkanının olmadığını bildirərək oradan getmişdir. X2 dəymiş ziyan onun tərəfindən tam şəkildə ödənilmişdir. Ümumiyyətlə baş vermiş hadisə onun tərəfindən qəsdən törədilməmiş yalnız ehtiyatsızlıq səbəbindən baş vermişdir. Göstərilənləri nəzərə alaraq barəsində olan inziabti xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs X6 bildirmişdir ki, ünvan 1 ünvanında yaşayan X6 xx.xx.2022-ci il tarixdə Yasamal RPİ-nin 27-ci PB-nə ərizə ilə müraciət edib bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə özünə məxsus olan “İnfiniti” markalı **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobilinə “Volt” şirkətinin kuriyeri velosipedlə 400 manat məbləğində maddi ziyan vurmuşdur. Hazırda ona dəymiş ziyan tam şəkildə ödənilmişdir və Şəxs tərəfindən həmin əməlin qəsdən törədildiyini düşünür. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində olan inziabti xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 18 iyul 2022-ci il tarixli qərardan görünür ki, X5 məxsus “İnfiniti” markalı **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobilinə qəsdən ziyanın vurulması nəticəsində ona 300- 400 manat maddi ziyan dəymiş və mövcud qanunvericiliyə görə qəsdən xeyli maddi ziyan vurma yəni 5000 manatdan yuxarı olduğu halda Azərbaycan Respublikası CM-nin 186-cı maddəsinin tərkib əlamətlərini yaratmadığından material üzərə cinayət işinin başlanması rədd edilməlidir.X1 məxsus “İnfiniti” markalı **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobilə qəsdən ziyan vuran şəxs müəyyən edildikdən sonra Azərbaycan Respublikasının İXM-nin 232.1-ci maddəsində əsasən barəsində inzibati tədbir görülməlidir. İXM-in 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, az miqdarda ziyan vurduqda - inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Həmin maddənin qeydinə əsasən Bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Məhkəmə qeyd edir ki, təhqiqatçının və protokol tərtib etmiş şəxsin müəyyən etdiyi və protokolda göstərdiyi hərəkətlər İXM-in 232-1-ci maddəsinin tərkibini yaratmır. Çünki İXM-nin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, az miqdarda ziyan vurmaq inzibati xəta kimi müəyyən edilmişdir. Lakin Şəxs törətdiyi əməldə maddənin məcburi şərti olan qəsd olmadığından onun törətdiyi əməl kimi göstərilmiş və şəxsə qarşı tərtib edilmiş protokolda göstərilmiş əməldə inzibati xəta tərkibi yoxdur. Bununla da protokolda göstərilən əməldə İXM-nin 232-1-ci maddəsində müəyyən edilmiş inzibati xəta tərkibi mövcud deyildir. İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 12-ci maddəsində sadalanmış bütün əlamətlərin mövcudluğu inzibati xəta hesab edilsə də, hazırkı vəziyyətdə şəxs tərəfindən İXM-lə qorunun ictimai münasibətlərə qəsd edilməsi əlaməti yoxdur. Protokolda göstərilən əməldə təqsirlilik yoxdur. Azərbaycan Respublikası İXM-nin inzibati məsuliyyətin əsaslarını müəyyən edən 3cü maddəsində göstərilir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 5-ci maddəsində isə təsbit edilmişdir ki, insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. İnzibati xətalar haqqında işlər üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən insan ləyaqətini alçaldan qərarların verilməsinə və hərəkətin edilməsinə yol verilmir. Göründüyü kimi, insan və vətəndaş hüquq və azadlıqlarını ali dəyər kimi qiymətləndirib insan və vətəndaş hüquqlarını və azadlıqlarını, şəxslərin iqtisadi maraqlarını, idarəçilik qaydalarını qorumağı, qanunçuluğu möhkəmləndirməyi və inzibati xətaların qarşısını almağı vəzifə kimi müəyyən edən İXM-yə görə, yalnız Məcəllədə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb oluna bilər. Həmin Məcəllənin 8-ci maddəsində isə göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.1.1 və 53.1.2-ci maddələrinə əsasən, inzibati xəta hadisəsi olmadıqda və ya inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, İXM-nin 232-1-ci maddəsi ilə Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə onun əməlində həmin maddənin tərkib əlamətləri sübuta yetirilmədiyi üçün iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 27-ci polis bölməsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar