Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-477/2025 27.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, X8 oğlunun katibliyi İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin səlahiyyətli nümayəndəsi X2 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsi Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə MN ******* nömrəli 24 yanvar 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, İcbari Sığorta Bürosu tərəfindən ötürülmüş məlumata əsasən xx.xx.2025-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinin tələbləri pozularaq ünvan 1 ünvanında fəaliyyət göstərən Şəxs MMC tərəfindən işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəliyi nəticəsində peşə əmək qabiliyyətinin itrilməsi hallarından icbari sığortalanması təmin edilməməsi aşkar edilmişdir. Bununla da səlahiyyətli orqan tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi X3 tərtib edilmiş protokolu müdafiə edərək Şəxs MMC barəsində müvafiq tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin səlahiyyətli nümayəndəsi X4 tərtib edilən protokola etiraz edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması ilə bağlı xx.xx.2025-ci il tarixdə MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. xx.xx.2023-cü il tarixdə "xxxx" ASC ilə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi müddətsiz bağlanmışdır. "xxxx" MMC barəsində isə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göründüyü kimi, "xxxx" MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən, cəmiyyət artıq istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi bağlamışdır Bu halda hesab edir ki, "xxxx" MMC-nin əməlində inzibati xəta tərkibi mövcud deyil və iş üzrə icraata xitam verilməlidir "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq risklərin icbari qaydada sığorta etdirilməsi vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmaması, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsinin tərkibini yaradır Beləliklə, "xxxx" MMC barəsində xx.xx.2025-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərkən qanunvericiliyin yuxarıda göstərilən müddəaları kobud şəkildə pozulduğundan, hesab edirəm ki, hazırkı iş üzrə "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcud deyil. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, həmin şəxs təqsirsiz hesab edilir Bundan əlavə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir Onun təqsirli olması barəsində yaranan şübhələr isə həmin şəxsin xeyrinə həll edilməlidir Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 127-4.1-ci maddəsinə əsasən, bu Məcəllənin 191.2-ci, 192.1-ci, 192.3-cü, 194-cü, 195.2-ci, 469.2-ci, 540.1-ci və 540.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edildikdə, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində hüquqi şəxslər, o cümlədən onların vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında elektron protokol tərtib edilir, fiziki və vəzifəli şəxslər (hüquqi şəxs barəsində elektron protokol tərtib edilmədiyi halda) barəsində isə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq səlahiyyətli əməkdaşının gücləndirilmiş elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin protokol və ya qərar real vaxt rejimində elektron qaydada müvafiq məlumatlar əlavə edilməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən "xxxx" MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol elektron qaydada deyil, əl ilə tərtib edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, hesab edir ki, məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 127-4.1-ci maddəsini tətbiq edərək, iş üzrə icraata xitam verməlidir "xxxx" MMC-nin direktoru səhhətinə görə əmək funksiyasını yerinə yetirə bilmədiyi müddətdə inzibati tənbeh haqqında protokol tərtib edilərkən, şirkətin rəhbərliyi bu barədə əvvəlcədən məlumatlandırılmamış və izahat verilməsi üçün heç bir imkan yaradılmamışdır Qanunvericiliyin tələblərinə əsasən, inzibati xəta ilə bağlı protokol tərtib edilərkən şəxsə bildiriş göndərilməli, onun izahat vermək və müdafiə hüququ təmin edilməlidir Lakin "xxxx" MMC barəsində aparılan araşdırma birtərəfli qaydada, tam, obyektiv və hərtərəfli araşdırılmadan həyata keçirilmişdir Şirkət və onun rəhbərliyi yoxlamaya dəvət edilmədən və rəsmi qaydada məlumatlandırılmadan inzibati tənbehə məruz qalmışdır Bu səbəbdən qəbul edilmiş inzibati tənbeh haqqında protokol qanunsuz və əsassızdır. Beləliklə, yuxarıda qeyd olunan faktları müqayisəli şəkildə araşdıraraq belə qənaətə gəlirəm ki, "xxxx" MMC barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli protokol, qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyindən, inzibati xəta törədən şəxsin təqsirini təsdiq edən sübut növü kimi qiymətləndirilə bilməz Odur ki, məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş edirəm Barəsində aparılmış yoxlama zamanı "xxxx" MMC-nin direktoru vəzifəli şəxs kimi əvvəlcədən heç bir rəsmi bildiriş göndərilməmiş, aparılmış yoxlamaya dəvət edilməmiş, izahatı alınmamış, hüquq və vəzifələri izah edilməmiş və barəsində əsassız olaraq inzibati protokol tərtib edilmişdir İnzibati icraat aparılarkən "xxxx" MMC-nin İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan hüquqları pozulmuşdur Belə ki, inzibati araşdırma ilə bağlı məktub göndərildiyi iddia olunsa da, həmin məktub şirkətə çatmamışdır Sonradan, iş məhkəmə icraatında olduğu zaman, protokol yalnız poçt vasitəsilə rəsmi olaraq şirkətə göndərilmişdir Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən işin halları tam və obyektiv araşdırılmadığından, sübutlar düzgün qiymətləndirilmədiyindən və inzibati xəta faktına düzgün hüquqi qiymət verilmədiyindən, əldə edilən nəticələr işin faktiki hallarına uyğun deyildir Buna görə də, qəbul edilmiş protokol əsassız və qanunsuzdur. Beləliklə də, "xxxx" MMC əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi qanunla müəyyən olunmuş qaydada yetərincə sübut olunmur. Göstərilənlərə əsasən, barələrində tərtib olunmuş protokol üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş MN ******* nömrəli 24 yanvar 2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, İcbari Sığorta Bürosu tərəfindən ötürülmüş məlumata əsasən xx.xx.2025-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinin tələbləri pozularaq ünvan 1 ünvanında fəaliyyət göstərən Şəxs MMC tərəfindən işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəliyi nəticəsində peşə əmək qabiliyyətinin itrilməsi hallarından icbari sığortalanması təmin edilməməsi aşkar edilmişdir. İş materiallarında olan "xxxx"xxxx"xxxx" ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli **********3713 nömrəli “istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsindən” görünür ki, həmin müqavilə müddətsiz bağlanmışdır. (müqavilənin 6.1-ci bəndi). Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, işəgötürən qismində barəsində inzibati protokol tərtib edilən Şəxs MMC tərəfindən "xxxx" ASC ilə xx.xx.2023-cü il tarixli **********3713 nömrəli “istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi” bağlanmışdır. Həmin müqavilənin 6.1-ci bəndindən görünür ki, sığorta müqaviləsi müddətsiz bağlanmışdır. Azərbaycan Respublikası İXM-in 469.2-ci maddəsindən göründüyü kimi həmin maddə üzrə inzibati məsuliyyətə yalnız o şəxs cəlb edilə bilər ki, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanuna əsasən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş olsun. Digər tərəfdən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanununun 3-cü maddəsində qeyd edilir ki, hüquqi şəxslə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq bağlanılmış əmək müqaviləsi əsasında əmək funksiyalarını yerinə yetirən şəxslər bu Qanunun əsasında bağlanılan icbari sığorta müqaviləsi üzrə icbari sığorta olunmalıdırlar. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati protokol tərtib edilmiş Şəxs MMC tərəfindən icbari sığorta müqaviləsi bağlandığından həmin əsasa görə məsuliyyətə cəlb edilə bilməz. Belə ki, iş materiallarından da görünür ki, Şəxs MMC "xxxx" ASC ilə xx.xx.2023-cü il tarixli **********3713 nömrəli “istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi” bağlanmışdır və həmin müqavilə müddətsiz bağlanmışdır. Bununla da təqdim edilmiş sübutlarla hüquqi şəxsin inzibati məsuliyyəti istisna edilir. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 469.2-ci maddəsi ilə tərtib edilmiş MN ******* nömrəli 24 yanvar 2025-ci il tarixli inzibati xəta haqqında protokol elektron qaydada deyil, əl ilə tərtib olunmuşdur. Halbuki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 127-4.1-ci maddəsinə əsasən, bu Məcəllənin 191.2-ci, 192.1-ci, 192.3-cü, 194-cü, 195.2-ci, 469.2-ci, 540.1-ci və 540.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edildikdə, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində hüquqi şəxslər, o cümlədən onların vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında elektron protokol tərtib edilir, fiziki və vəzifəli şəxslər (hüquqi şəxs barəsində elektron protokol tərtib edilmədiyi halda) barəsində isə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq səlahiyyətli əməkdaşının gücləndirilmiş elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin protokol və ya qərar real vaxt rejimində elektron qaydada müvafiq məlumatlar əlavə edilməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, hazırda işə baxan məhkəmə sözügedən maddi hüquq normasını yəni, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 127-4.1-ci maddəsini tətbiq edib iş üzrə icraata xitam verilməsi ilə əlaqədar qərar qəbul etməlidir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXMin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən inzibati xəta haqqında işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-477/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-477/2025
27.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver