Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4779/2025 22.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Mirzəyev Çingiz Rövşən oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin vəkili De Fendo Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, Şəxs QSC-nın Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı Şəxs QSC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə EP ******* nömrəli 30 iyun 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs QSC 124349.51 ABŞ dolları məbləğində vəsaiti bank vasitəsilə 23 may 2023-cü il tarixdə avans olaraq ölkə xaricinə köçürmüş və 2 il müddət keçsə də, 106823.46 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 24 may 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin vəkili Vəkil bildirmişdir ki, elektron sistemə əlavə edilmiş 21 iyul 2025-ci il tarixli, BŞ-XO-21.7.2025-002 məktubdan göründüyü kimi 2823.46 ABŞ dolları köçürmə üçün açıq qalmışdır. Həmçinin Bakı Baş Gömrük İdarəsinə ünvanlanmış məktubdan görünür ki, xx.xx.2023-cü il tarixli **********8127 və **********246 sorğu nömrəli gömrük bəyənnamələrində texniki səhvlik nəticəsində 20-ci qrafada ödəniş şərti 110 (malın dəyərinin bir hissəsi əvvəlcədən ödənilir, digər hissəsi isə daha sonra) olaraq qeyd edilmiş və gömrük orqanına müraciət edilərək ödəniş şərtinin 100-ə dəyişdirilməsi xahiş edilmişdir. Qeyd edək ki, gömrük bəyənnamələrinin tərtib olunduğu vaxt malların dəyəri müddət keçmədən tam şəkildə ödənilmişdir. Göründüyü kimi hüquqi şəxsin əməlində inzibati xəta tərkibi mövcud deyildir. 17526.05 ABŞ dolları məbləğ xx.xx.2024-cü ildə hüquqi şəxsin barəsində protokol tərtib edilməzdən əvvəl ödənilmişdir. Odur ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verməyinizi və barələrində tərtib olunmuş protokolun ləğv edilməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə protokolu tərtib etmiş orqana lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və məhkəmə iclasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Buna görə də məhkəmə işə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını tədqiq edib, qanunvericiliyin aşağıda qeyd olunan tələblərinə əsaslanaraq hesab edir ki, inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır; 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İş materiallarında olan EP ******* nömrəli 30 iyun 2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs QSC 124349.51 ABŞ dolları məbləğində vəsaiti bank vasitəsilə 23 may 2023-cü il tarixdə avans olaraq ölkə xaricinə köçürmüş və 2 il müddət keçsə də, 106823.46 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 24 may 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. İş materiallarında olan Bakı Baş Gömrük İdarəsinə ünvanlanmış məktubdan görünür ki, xx.xx.2023-cü il tarixli **********8127 və **********246 sorğu nömrəli gömrük bəyənnamələrində texniki səhvlik nəticəsində 20-ci qrafada ödəniş şərti 110 (malın dəyərinin bir hissəsi əvvəlcədən ödənilir, digər hissəsi isə daha sonra) olaraq qeyd edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin 21 iyul 2025-ci il tarixli, BŞ-XO-21.7.2025-002 məktubdan görünür ki, Şəxs QSC tərəfindən “X2 Apatit” şirkətinin hesabına qabaqcadan avans yolu ilə köçürülmüş 124349.51 ABŞ dollar məbləğin, 29000 ABŞ dolları **********8127 və 75000 ABŞ dolları isə **********2246 sorğu nömrəli YGB ilə bağlanmışdır. Bundan başqa 100WKSV231430012 referans nömrəli köçürmə üzrə xx.xx.2024-cü il tarixində 17526.05 məbləğ X2 Apatit şirkəti tərəfindən Sara Qrup QSC-yə geri qaytarılmışdır. Köçürmə üzrə açıq qalan məbləğ 2823.46 USD təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “Sara Qrup" ASC (VÖEN: **********) tərəfindən 17526.05 ABŞ dollar məbləğ xx.xx.2024-cü ildə hüquqi şəxsin barəsində protokol tərtib edilməzdən əvvəl geri ödənilmişdir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. 28 fevral 2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Mərkəzi X1 20 fevral 2020-ci il tarixli, 06/1 nömrəli Qərarına əsasən “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə rezident və qeyri-rezidentlərinin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndi dəyişikliklər edilməklə, aşağıdakı redaksiyada verilmişdir: “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Göründüyü kimi İXM-in 430.4-cü maddəsinin dispozisiyasından və qeyd olunan Qaydaların tələbindən aydın olduğu kimi, həmin maddə ilə nəzərdə tutulan inzibati məsuliyyət müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda yaranır. Şəxs QSC-nın məhkəməyə təqdim etdiyi sənədlərdən məlum olur ki, Mərkəzi bank tərəfindən tərtib edilmiş protokolda qeyd olunan pul hüquqi şəxsin barəsində protokol tərtib edilməzdən əvvəl ödənilmişdir. Beləliklə, Şəxs QSC tərəfindən qabaqcadan ödənilmiş məbləğin vaxtında geri qaytarılması hazırkı iş üzrə inzibati xəta tərkibinin olmasını istisna edir. Beləliklə, Şəxs QSC tərəfindən məbləğin vaxtında geri qaytarılması hazırkı iş üzrə inzibati xəta tərkibinin olmasını istisna edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi olmadığından Şəxs QSC-nın barəsində tərtib olunmuş EP ******* nömrəli 30 iyun 2025-ci il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının 40, 43, 48-50, 53, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs QSC barəsində tərtib olunmuş EP ******* nömrəli 30 iyun 2025-ci il tarixli inzibati xəta haqqında protokola dair Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-4779/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4779/2025
22.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver