Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-478/2024 19.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PŞ-nin sahə inspektoru, polis leytinantı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxxxx 1961-ci il tarixdə ünvan 1ində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla və ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal RPİ-nin 28-ci PŞ tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal RPİ-nin 28-ci PŞ tərəfindən tərtib edilmiş 19 yanvar 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materialdan görünür ki, Şəxs Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 35A ünvanında X8 ilə mübahisə edərək ictimai qaydanı kobud şəkildə pozmuşdur. Bununla da, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu (xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə yol verilməsi) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. Şəxs protokolla tanış olaraq imza etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Yasamal 28-ci PŞ-nin sahə inspektoru X3 izahatında bildirmişdir ki, ünvan 4 ünvanında yaşayan X8 ərizə ilə bölməyə müraciət edərək Şəxs onun ünvanına nalayiq ifadələr işlətməsini və ona zor tətbiq edəcəyi ilə hədələdiyini bildirmişdir. Şöbənin təhqiqatçısı tərəfindən aparılmış araşdırma nəticəsində cinayət əlamətləri aşkar edilmədiyindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024cü il tarixli qərar qəbul edilmişdir. Qərarla İXM-nin 510-cu maddəsinə əsasən inzibati araşdırma aparılması 28-ci PŞ-nin müvafiq əməkdaşına həvalə edilmişdir. X1 məhkəmə iclası barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməkdən imtina etmişdir. Xəta ilə bağlı, yəni baş verən mübahisənin görüntülərinin qeydə alındığı disk iş materiallarına əlavə etmişdir. Protokolu müdafiə edir və məhkəmədən tənbeh tədbirinin təyin edilməsi haqqında qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, o, heç vaxt ictimai yerdə kimlərisə təhqir etməmiş və ictimai qaydanı pozmamışdır. Belə ki, o, 2005-ci ildən 2022-ci ilin sentyabr ayının sonunadədək “4131” adlandırılan binada xadimə işləmişdir. X8 həmin binaya 3 il əvvəl köçmüşdür. Zemfira həmin binaya köçəndən bəri Şəxs ilə münasibətləri bir o qədər də yaxşı olmamışdır. Bir gün həmin binanın komendantı ona zəng edərək 3 binanın hərəsini 30 manat müqabilində təmizləməyi təklif etmişdir. Şəxs təklifi qəbul etmiş və binaları təmizləmişdir. Xidmət haqqını almaq üçün komendantın yanına gedəndə X8 ona mane olmağa çalışmış və komendatdan ona pul verməmisini tələb etmişdir. Daha sonra X8 Şəxs və onun ölən oğlunun ünvanına nalayiq ifadələr işlətmişdir. Şəxs ölən oğlunun ünvanına deyilən ifadələri eşitdikdən sonra yalnız narazılığını bildirmişdir. O, X7 nalayiq ifadələr işlətməmişdir. Onun barəsində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edildiyini qeyd etdi. Göstərilən halları nəzərə alaraq barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, ünvan 4 ünvanında yaşayan X8 ərizə ilə bölməyə müraciət edərək Şəxs onun ünvanına nalayiq ifadələr işlətməsini və ona zor tətbiq edəcəyi ilə hədələdiyini bildirmişdir. Ərizə PŞ-nə daxil olduqdan sonra müvafiq təhqiqat araşdırması aparılmış və cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Qərarda İXM-nin 510-cu maddəsinə əsasən inzibati araşdırmanın aparılması şöbənin müvafiq əməkdaşına həvalə edilmişdir. Bundan sonra sahə rəisi həmin ərizə əsasında heç bir araşdırma aparmadan, heç kəsin izahatını almadan Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Tərtib edilmiş inzibati xəta haqqında protokolda və ya əlavə edilmiş digər iş materiallarında Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş əməli nə vaxt, harada, hansı şəxslərin yanında törətməsini müəyyən etmək mümkün olmamışdır. Bundan əlavə X6 ərizəsindən və cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın məzmunundan aydın olur ki, Şəxs xırda xuliqanlıq hərəkətlərinə yol verməmişdir. Belə ki, ərizəçinin iddiasına əsasən Şəxs onun ünvanına nalayiq ifadələr işlətmiş və ona zor tətbiq edəcəyi ilə hədələmişdir. İş materiallarına sübut olaraq əlavə edilmiş disk məhkəmə iclası zamanı tədqiq edilərkən müəyyən edilmişdir ki, yalnız vedeo görüntülərdən ibarət olmaqla audio yazısı qeyd alınmamışdır. Bu səbəbdən səs eşidilmir. Görüntülərdən isə hər iki tərəfin qarşılıqlı əl-qol hərəkətləri ilə bir-biri ilə danışması müşahidə edilir. Lakin mübahisəyə kimin səbəb olmasını müəyyən etmək mümkün deyil. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nin 510-cu maddəsinin tərkib əlamətlərinin olması məhkəməyə hazırda təqdim edilmiş sübutlar əsasında öz təsdiqini tapmır. Zərərçəkmiş şəxs isə məhkəmə iclasına gəlmədiyindən onun izahatının alınması mümkün olmamışdır. Belə ki, Şəxs əməli polis sahə rəisi tərəfindən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkət kimi qiymətləndirilərək onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Lakin, protokolda Şəxs həmin maddənin dispozisiyasında nəzərdə tutulan hansı hərəkəti və yaxud hərəkətsizliyi etməklə inzibati xəta törətdiyi göstərilməmiş və eləcə də, onun əməlində həmin maddənin tərkibinin olduğunu təsdiq edən sübutlar protokolda qeyd edilməmiş və belə bir sübutlar məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi hazırkı protokol və iş materialları ilə sübuta yetirilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 53, 105-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 510-cu maddələrini rəhbər tutaraq, məhəkmə QƏRARA ALDİ: Yasamal RPİ-nin 28-ci PŞ tərəfindən tərtib olunmuş 19 yanvar 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İXM-nin 510 maddəsi ilə Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-478/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-478/2024
19.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver