Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-4784/2025 22.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Mirzəyev Çingiz Rövşən oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər BPİ-nin X3 İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə toplanmış inzibati xəta haqqında materiallara baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər BPİ-nin X3 İdarəsinin YPX inspektoru X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 01:07 radələrində “Hyundai Elantra” minik markalı, **-YG-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri, Suraxanı rayonu, Ramana qəsəbəsi ərazisində hərəkət edən zaman saxlanılmış, yoxlama zamanı avtomaşını sərxoş vəziyyətdə idarə etdiyi müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş inzibati orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməmiş, məhkəməyə gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər BPİ-nin X3 İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materialları araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər məhkəmə iclasında araşdırılan zaman müəyyən edilmişdir ki, inzibati xəta haqqında protokol Bakı şəhəri, Suraxanı rayonu, Ramana qəsəbəsi ərazisində tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəllənin 112.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarırlar. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər baxılması üçün Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110 və 112.4-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər BPİ-nin X3 İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə tərtib edilmiş protokol və toplanmış inzibati xəta haqqında material baxılması üçün Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə göndərilsin. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-4784/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-4784/2025
22.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver