Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4796/2024 02.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi, X6 iclas katibliyi, Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsinin nümayəndəsi Nümayəndə, X1 iştirakları ilə X1 Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarın ləğv edilərək işə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X2 şikayət ərizəsinin xüsusatlarına uyğun izahat verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixində Nərimanov heykəlinin sağ tərəfi ilə qalxarkən sol tərəfdə ikarus avtobuslar dayandığına görə yol qarşıda daralırdı və o da öz 2-ci zolağında gedirmiş. Sol tərəfdən ağ rəngli Hyundai İX35 markalı maşın onun qarşısına çıxaraq soldan maşını vurmuşdur. O, polisə zəng vurmuş və sonda onun əleyhinə protokol tərtib olunmuş, daha sonra isə protokol əsasında qərar qəbul edilmişdir. Beləliklə o, göstərilənlərə əsasən Bakı şəhər Baş X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək işə xitam verilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsinin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, həmin yolda şikayətçi öz zolağından kənara çıxmış, nəticədə qəza baş vermişdir. Şikayətçi zolağın ortası ilə hərəkət edir. Göstərilənləri nəzərə alaraq şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərardan görünür ki, X5 xx.xx.2024-cü il tarixində, saat 17:10-da N.Nərimanov prospektində “Hyundai İX-35” minik markalı, **-VG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozması əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsi göstərilmiş və barəsində 40 manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəməyə təqdim edilmiş videogörüntüdən görünür ki, qara rəngli “Hyundai İX- 35” minik markalı, **-VG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi öz zolağında hərəkət etmiş, ağ rəngli “Hyundai İX-35” minik markalı nəqliyyat vasitəsi isə qaydanı pozaraq qara rəngli “Hyundai İX-35” minik markalı, **-VG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini soldan vurmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 67.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərdə şahid qismində iş üzrə müəyyən edilməli olan hallar barədə məlumatı olan şəxslər çağırılırlar; 67.2-ci maddəsinə əsasən şahid hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışı ilə göstərilən vaxtda gəlməyə, doğru izahatlar verməyə, protokola daxil edilmiş izahatını imzası ilə təsdiq etməyə, iş üzrə ona məlum olan məlumatları bildirməyə və suallara cavab verməyə borcludur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 327.1-ci maddəsinə əsasən Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin İ hissəsinin 5-ci bəndinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsühərəkət zolağının dəyişməsi, dönmə, ötmə, hərəkətə başlama və dayanma ilə bağlı manevrlər edərkən, xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasaz olduqda isə, əl işarələri ilə digər hərəkət iştirakçılarını xəbərdar etməlidir. Həmin qanunun 5 1 - c i maddəsinin İ hissəsinə əsasən Ötməyə başlamazdan əvvəl sürücü əmin olmalıdır ki: 1) girmək istədiyi hərəkət zolağı ötmə üçün kifayət edəcək məsafədə boşdur və bu manevr ilə o, qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün maneə yaratmayacaq; 2) eyni zolaqda arxasınca gələn nəqliyyat vasitəsi onu ötməyə başlamayıb, özündən qabaqda gedən nəqliyyat vasitəsi isə ötmə, sola dönmə, yerdəyişmə barədə siqnal vermir; 3) qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün təhlükə və ya maneə yaratmadan çıxmaq istədiyi hərəkət zolağı kifayət edən məsafədə boşdur və iki nəqliyyat vasitəsinin nisbi sürəti ötməni kifayət qədər qısa müddətdə başa çatdırmağa imkan verəcəkdir. İİ. Relssiz nəqliyyat vasitəsini yalnız sol tərəfdən ötməyə icazə verilir. Lakin sürücüsü sola dönmə siqnalı verən və manevrə başlayan nəqliyyat vasitəsini sağ tərəfdən ötmək lazımdır. İİİ. Ötmənin sonunda (sağ tərəfdən ötməyə icazə verilən hallardan başqa) sürücü əvvəl tutduğu hərəkət zolağına qayıtmalıdır. Lakin eyni istiqamətdə hərəkət üçün iki və daha artıq zolaq olduqda, ötən sürücü əgər əvvəl tutduğu zolağa qayıdıb dərhal yenidən ötməyə başlamalı olacaqsa və onun arxasınca daha yüksək sürətlə gələn nəqliyyat vasitələri üçün maneə yaratmayacaqsa, sol zolaqda qala bilər. İV. Hərəkət sürətini artırmaqla və ya başqa hərəkətlərlə ötən nəqliyyat vasitəsinin sürücüsünə maneçilik törətmək qadağandır. V. Ötmə: 1) nizamlanan yolayrıclarında — əks istiqamətli hərəkət zolağına keçməklə və nizamlanmayan yolayrıclarında — baş yol olmayan yolla hərəkət etdikdə (hərəkətin dairəvi olduğu yolayrıclarında ötmə, yanqoşqusu olmayan ikitəkərli nəqliyyat vasitələrini ötmə və icazə verilmiş sağdan ötmə istisna edilməklə); 2) piyada keçidlərində — piyadalar olduqda; 3) dəmiryol keçidlərində və onlara 100 metrdən az qaldıqda; 4) ötən və ya yanından keçən nəqliyyat vasitəsini; 5) yoxuşun axırında və yolun məhdudiyyətli görünüşlü digər sahələrində — əks istiqamətli hərəkət zolağına çıxmaqla; 6) tunellərdə qadağandır. Vİ. Yaşayış məntəqələrindən kənarda asta gedən və ya iriqabaritli nəqliyyat vasitəsini ötmək çətinləşdikdə, sürücü nəqliyyat vasitəsini mümkün qədər sağa çəkməli, lazım gəldikdə isə arxasında yığılmış nəqliyyat vasitələrini buraxmalıdır. Vİİ. Qarşılıqlı keçmə çətinləşən hallarda — hansı sürücü tərəfdə maneə varsa, həmin sürücü yol verməlidir. 1.13 və 1.14 nişanları ilə işarələnmiş yerlərdə maneə olduqda, enişlə aşağı hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü yoxuşla yuxarı gedən nəqliyyat vasitəsinə yol verməlidir. Hazırkı iş üzrə məhkəmə şikayət verən şəxs X4 və səlahiyyətli orqanın nümayəndəsini dinləyərək, təqdim olunmuş videogörüntülərə baxış keçirərək və digər sübutları tədqiq edərək belə qənaətə gəlir ki, “Hyundai İX-35” minik markalı, **-VG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X3 manevr etmə qaydalarını pozması müəyyən edilmədiyi üçün və əksinə əməldə inzibati xəta hadisəsi olsa da, lakin inzibati xəta tərkibinin bütün əlamətləri olmadığından barəsində şikayət verilmiş qərar ləğv olunmalıdır. Belə ki, həmin qərarda şəxsin xx.xx.2024-cü il tarixdə həqiqətən də hərəkət zolağından çıxaraq manevr etmə” ilə müşaiət olunan nəqliyyat vasitəsini idarə etməsini təsdiq edəcək sübutla təsdiq edilmir. Barəsində protokol tərtib edilmiş şəxs, protokolla razı olmadıqda, onun təqsiri digər əlavə sübutlarla təsdiq edilməlidir. Həmçinin qərarından şikayət verilən orqanın və barəsində protokol tərtib edilmiş şəxs X3 məhkəməyə təqdim etdikləri hadisə yerinin görüntüsü barədə videogörüntüyə əsasən X3 hərəkət zolağından çıxmadan hərəkət etmiş və manevr etmə qaydalarını hər hansı bir formada pozması müəyyən edilmir. Belə ki, X5 idarə etdiyi qara rəngli “Hyundai İX-35” minik markalı, **-VG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə manevr etmir, öz yolu ilə öz zolağında hərəkət edir, ancaq ağ rəngli “Hyundai İx-35” markalı avtomobil öz zolağından çıxaraq sağa doğru hərəkət edərkən X3 idarə etdiyi avtomobili vurur. Həmçinin görüntüdə polis əməkdaşı tərəfindən video görüntü çəkilərkən səsləndirdiyi və xüsusilə üzərində ox ilə göstərilən yol işarəsi şikayətçinin təqdim etdiyi video görüntü ilə müqayisə etdikdə aydın olur ki, yolu ayıran zolaqlar deyil, düzünə istiqaməti əks etdirən işarədir. Həmçinin onu da qeyd etmək lazımdır ki, təqdim edilən videogörüntüləri müqayisəli şəkildə təhlil edərkən ağ rəngli “Hyundai İx-35” markalı nəqliyyat vasitəsini arxasınca gələn ağ rəngli hər iki tərəfi yazılı olan sedan avtomobil ilə müqayisəli təhlil edərək müəyyən etmək olur ki, ağ rəngli “Hyundai İx-35” markalı nəqliyyat vasitəsini idarə edən şəxs əgər yolun birinci zolağı ilə hərəkət etmiş olsa idi, X5 idarə etdiyi qara rəngli “Hyundai İX-35” minik markalı, **-VG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə ağ rəngli “Hyundai İx-35” markalı nəqliyyat vasitəsi ilə arasında yol nəqliyyat hadisəsi baş verməzdi. İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Çünki Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X3 şikayəti əsaslı olduğundan Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X3 barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə qəbul edilmiş Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №3(004)-4796/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4796/2024
02.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver