Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-48/2022 11.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X4 iclas katibliyi ilə Müdafiəçi: Nümayəndə Hüquqi ünvanı ünvan 1C (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: ünvan 2 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus "xxxx" MMC-də klinikada 13 noyabr 2021-ci il tarixdə saat 12:15 radələrində plandankənar yoxlama zamanı lisenziyada göstərilən işdən kənar fəaliyyət (immungenetik işi, yəni Covid-19 PSR test xidməti fəaliyyəti) aşkar edilmişdir. Bununla da həmin hüquqi şəxs, İXM-in 215.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən 13.12.2021-ci il tarixli, №0004506 saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında protokol tərtib etmiş səlahiyyətli orqanın (vəzifəli şəxsin) nümayəndəsi, protokol tərtib etmiş şəxs X9 bildirmişdir ki, vətəndaş X14 Səhiyyə Nazirliyinə ərizə müraciət edərək, göstərmişdir ki, 31 oktyabr 2021-ci il tarixində həyat yoldaşı X5 COVİD-19 testi vermək üçün Yeni Yasamal, Dadaş Bunyadzadə kuçəsi 1 nvanında yerləşən Vital klnikaya aparıb, 60 manat ödəniş etdikdən sonra həmin klinikada yoldaşından test nümunəsi götürüblər. Cavabı təhvil almağa getdikdə nəticənin POZİTİV olduğunu görüblər, lakin, Vital klinika nəticəni portala daxil etməkdən imtina etmişdir. Bununla bağlı onlara əvvəlcədən xəbərdarlıq edilməyib. Edilsəydi, testi başqa yerdə verərdilər və nəticə portalda öz əksini tapmış olardı. Hətta, belə olduğu təqdirdə, həmin testin həqiqiliyinin nə dərəcədə düzgün olması şübhə doğurur. Həyat yoldaşı Novruzova Pərvin test nəticəsinin pozitiv çıxması və hamilə olması səbəbindən 31 oktyabr 2021-cı ıl tarixindən etibarən 1 saylı Şəhər Klinik Xəstəxanasında müalicə olunur. Vital klinikanın yuxarıda qeyd olunmuş davranışı ilə bağlı lazımi tədbirləri görülməsini xahiş etmişdir. PSR testin cavabını əks etdirən klinikanın blankı və ödəniş çekini də ərizəyə əlavə etmişdir. Həmin məsələ araşdırılarkən, müəyyən edilmişdir ki, Vital Klinikanın PSR test aparmaq səlahiyyəti olmasa da, TƏBİB tərəfindən onlara belə bir səlahiyyət verilməsə də, bu cür analizlər aparmışlar. Ona görə də hazırkı protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin müdafiəçisi Nümayəndə protokola dair etiraz təqdim edərək bildirdi ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 13 dekabr 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmiş və protokolu 13 dekabr 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardadla baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, "xxxx" MMC “Əhalinin sağlamlığını qorunması” haqqında AR Qanunun tələblərini pozaraq, lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyəti həyata keçirtmişdir. Bildirmişdir ki, "xxxx" MMC (Vital Klinika) olaraq biz özəl tibb fəaliyyəti ilə məşğul olurlar. Hazırda bütün dünyada, o cümlədən Azərbaycan Respublikası ərazisində pandemiya şəraiti davam etdiyindən müəyyən müddət müəssisələri bağlı qalmışdır. Müəssisələri ilə bağlı olduğu dövrdə “Tibbi Ərazi Bölmələrini idarəetmə Birliyi” X21in (TƏBİB) Zahid adlı əməkdaşı onunla əlaqə saxlamış və tibb müəssisəsinin hansı səbəbdən bağlı olması və xidmət göstərilməməsi ilə maraqlanmışdır. Cavab olaraq, müraciət edən vətəndaşların COVİD-19 test nəticələrini görə bilmədikləri üçün onları qəbul edə bilmədiklərini və bu səbəbdən onlara müraciət etmiş digər sağlam vətəndaşların və əməkdaşlarının xəstəliyə yoluxmaq riski olmasını bildirmişlər. Bundan sonra yuxarıda adıçəkilən vəzifəli şəxs COVİD-19 test nəticələrinin mərkəzləşdiyi “analiz.its.gov.az” internet saytında "xxxx" MMC-nin adına şəxsi kabinet yaratdı və istifadəçi adı və şifrəni təqdim etdilər. Həmin şəxsi kabinet vasitəsilə müraciət edən şəxslərin COVİD-19 test nəticələrini görə biləcəklərini, lakin özlərinin sistemə müəssisələrində yoxlanış zamanı COVİD-19 testinin nəticəsi müsbət olan şəxsləri daxil edə bilməyəcəklərini, belə xəstələr müraciət etdikdə aidiyyəti dövlət tibb müəssisələrinə yönləndirməyimizi istədi və tibb müəssisəsi olaraq fəaliyyətimizi davam etdirəcəyimizi bildirdi. Məhkəmənin nəzərinə çatdırmışdır ki, "xxxx" MMC-yə şəxsi kabinet bilavasitə TƏBİB əməkdaşı tərəfindən açılmışdır, lakin bu zaman onlara COVİD-19 PZR test nəticələrinin qeydiyyata alındığı sistemə giriş icazəsi verilməsi üçün əlavə olaraq hansısa quruma rəsmi müraciət etməli olduqları bildirilməmişdir. İnzibati xəta haqqında protokola əlavə olunmuş və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi (TƏBİB) tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinə ünvanlanmış 02 dekabr 2021-ci il tarixli məktub da anlaşılan deyildir. Belə ki, məktubun məzmununda "xxxx" MMC laboratoriyasının adının siyahıda qeyd olunmadığı göstərilmişdir. Lakin bu zaman haqlı olaraq sual meydana çıxır ki, o zaman necə olur ki, qeydiyyatın aparıldığı “analiz.its.gov.az” internet saytında "xxxx" MMC-yə məxsus şəxsi kabinet mövcuddur və həmin kabinetin mövcudluğunu bugünədək TƏBİB görmürdümü? Bundan əlavə isə, yuxarıda göstərilən məktubda "xxxx" MMC laboratoriyası göstərilsə də, məhkəmənin nəzərinə çatdırırıq ki, hüquqi şəxsin adı "xxxx" MMC-dir. Bu da onu göstərir ki, bəlkə də "xxxx" MMC laboratoriyasının adı siyahıda mövcuddur. Lakin, inzibati xəta haqqında protokolu tərtib edən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi öz sorğusunda "xxxx" MMC kimi vurğuladığı üçün, cavab da ona müvafiq verilmişdir. Yekunda bildirmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərkən tam və hərtərəfli araşdırma aparılmamış və İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsinin tələblərinə zidd protokol tərtib edilmişdir. Belə ki, araşdırma zamanı aşağıdakı suallar öz cavabını tapmalı olsa da, səlahiyyətli orqan buna əməl etməmişdir: TƏBİB-in 02.12.2021ci il tarixli məktubunda "xxxx" MMC laboratoriyasının COVİD-19 PZR test nəticələrinin qeydiyyata alındığı sistemə giriş icazəsi verilmiş laboratoriyaların siyahısında qeyd olunmaması ifadəsi, "xxxx" MMC barəsində inzbati xəta haqqında protokol tərtib olunmasına əsas ola bilərmi? Əgər "xxxx" MMC-nin COVİD-19 PZR test nəticələrinin qeydiyyata alındığı sistemə giriş icazəsi yoxdursa, bəs necə olur ki, “analiz.its.gov.az” internet saytında tibb müəssisəsinin şəxsi kabineti mövcuddur? COVİD-19 PZR test nəticələrinin qeydiyyata alındığı sistemə giriş icazəsi hansı normativ hüquqi akta əsasən tələb olunur, əgər bu TƏBİB-in daxili təlimatları ilə tənzimlənirsə, həmin təlimatla "xxxx" MMC tanış edilibmi? Göründüyü kimi, araşdırma aparılarkən əsas məsələlər araşdırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərim daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Eyni Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibatı xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq tələblərini və işin faktiki hallarını nəzərə alaraq, məhkəmədən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş 13 dekabr 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolun ləğv edilməsi və icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə aşağıdakılara görə hesab edir ki, inzibati xəta hadisəsi baş vermişdir. Belə ki, iş materiallarına əlavə edilmiş yazılı sübutlarla müəyyən edilir ki, Vital klinikaya aid 31.10.2021-ci il tarixdə verilmiş blankda həkim G.Kazımova tərəfindən də təsdiq edilməklə, Novruzova Pərvanə M-in SARS-Cov-2 Ağ Cassette (Nosopharyngeal Swab) analizinin nəticəsinin POZİTİV olması qeyd edilmişdir. Vital klinikaya aid 01.11.2021-ci il tarixli xəstə X3 aid xidmət Laborotoriya, Covid yoxlama (kənar xəstə) üçün 60 manat ödəniş alınıb. Həmin tarixli kassa çekində VÖEN ********** kimi qeyd edilmişdir. "xxxx" MMC-yə aid Vital klinikada labarotoriyasında COVİD-19 PSR test nümunələrinin qeydiyyata alındığı sistemə giriş icazəsi verilmiş laboratoriyaların siyahısında qeyd edilməmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X21 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinə ünvanlanmış PHŞ/1.1-2-2021-4527 saylı, 02.12.2021-ci il tarixli məktubdan görünür ki, "xxxx" MMC laboratoriyası COVİD-19 PZR test nəticələrinin qeydiyyata alındığı sistemə giriş icazəsi verilmiş laboratoriyaların siyahısında qeyd olunmamışdır. İş materiallarında olan Səhiyyə Nazirliyi “Analitik ekspertiza mərkəzi” X21 463 saylı, 13.12.2021-ci il tarixli Plandankənar Yoxlama aktına əsasən 10.12.2021-ci il tarixdə "xxxx" MMC-yə məxsus ünvan 2 ünvanında yerləşən "xxxx"da plandan kənar yoxlama keçirilmiş. X1, X15, X9, X11, X12, X8 və X16 aparmışlar. Yoxlama aktında yoxlayıcıların qeydi kimi yazılmışdır ki, 13.12.2021-ci il tarixdə ünvan 3 ünvanında "xxxx" MMC-yə məxsus klinikada növbədənkənar (plandankənar) yoxlama apararkən, yoxlamanın lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətini həyata keçirirmi sualına cavab olaraq qeyd etmişlər ki, lisenziyada olan işlərdən kənar (immunogenetik) fəaliyyəti aşkarlanmışdır. Bundan əlavə iş materiallarında olan "xxxx"nın 31.10.2021-ci il tarixli arayışından görünür ki, 1991-ci il təvəllüdlü Pərvin Novruzovada COVİD-19 PZR testin nəticəsi pozitiv çıxmışdır. Bundan əlavə iş materiallarında olan 01.11.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, Pərvin Növruzova tərəfindən “COVİD (yaxmada) kənar xəstə” xidməti üçün laboratoriyaya 60 manat ödənilmişdir. İXM-in 215.1-ci maddəsinə əsasən tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsi inzibati xəta kimi müəyyən edilmişdir. Ona görə də "xxxx" MMC-nin həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, iş materiallarında olan və hazırkı qərarda istinad edilən yuxarıdakı yazılı sənədlər, tərəflərin izahatları ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: "xxxx" MMC İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə təqsirli bilinərək, 6000 manat (altı min manat) məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-48/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-48/2022
11.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver