Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-48/2023 13.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsi Təhqiqat Şöbəsinin təhqiqatçısı X6 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “X3 "xxxx" ASCnin nümayəndəsi X2 iştirakları ilə, “X3 "xxxx" ASC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.5-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “X3 "xxxx" ASC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.5-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş 08 dekabr 2022-ci il tarixli EP seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər 19 dekabr 2022-ci il tarixdə Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan “X3 "xxxx" ASC tərəfindən **********8340 sorğu nömrəli 27,10.2017-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş 1 (bir) ədəd “Liebherr HS 855” markalı tırtıllı kran (sökülmüş halda) yükü xx.xx.2018-ci il tarixədək müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməklə müvəqqəti olaraq Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmışdir. Sonradan “X3 "xxxx" ASC tərəfindən xx.xx.2019-cu il tarixdə təgdim edilmiş xx/xx/018075 geydiyyat nömrəli ərizə əsasında sözügedən gömrük bəyannaməsində geyd edilən yükün müvəqqəti ixrac müddəti xx.xx.2020-ci il tarixədək uzadılmışdır. İş materiallarına əlavə edilmiş Gömrük Xidmətinin “X1 Sistemi” (VAİS) informasiya resursundan çıxarışdan görünür ki, **********8340 sorğu nömrəli xx.xx.2017-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş 1 (bir) ədəd “Liebherr HS 855” markalı tırtıllı kran (sökülmüş halda) yükünün müvəqqəti ixrac müddətinin son tarixi xx.xx.2020-ci il müəyyən edilmişdir. Lakin, müvəqqəti ixrac müddətinin xx.xx.2020-ci il tarixində bitməsinə baxmayaraq **********8340 sorğu nömrəli xx.xx.2017-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş 1 (bir) ədəd “Liebherr HS 855” markalı tırtıllı kran (sökülmüş halda) yükünün müvəqqəti ixrac müddəti bitməmiş “X3 "xxxx" ASC tərəfindən həmin malların Azərbaycan Respublikasının gömrük ərazisinə qaytarılması və ya digər gömrük prosedurunda rəsmiləşdirilməsi ilə bağlı gömrük orqanına müraciət edilməmişdir. Qeyd edilən faktla bağlı aparılan araşdırma zamanı məlum olmuşdur ki, **********8340 sorğu nömrəli xx.xx.2017-ci il tarixli gömrük bəyannaməsində qeyd edilən 1 (bir) ədəd “Liebherr HS 855” markalı tırtıllı kran (sökülmüş halda) yükünün müvəqqəti ixrac müddəti xx.xx.2020-ci il tarixdə bitsə də, həmin malın ixrac gömrük prosedurunda rəsmiləşdirilməsi ilə bağlı “X3 "xxxx" ASC tərəfindən müvəqqəti ixrac müddəti bitdikdən 2 (iki) il 1 (bir) ay 3 (üç) gün sonra, yəni xx.xx.2022-ci il tarixdə **********1957 sorğu nömrəli gömrük bəyannaməsi tərtib edilmiş və gömrük orqanına təqdim edilmişdir. "X3 "xxxx" ASC tərəfindən **********8340 sorğu nömrəli xx.xx.2017-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş 1 (bir) ədəd “Liebherr HS 855” markalı tırtıllı kran (sökülmüş halda) yükünün xx.xx.2022-ci il tarixli **********1957 sorğu nömrəli ixrac gömrük bəyannaməsinə əsasən ümumi dəyəri 141108,50 (yüz qırx bir min yüz səkkiz manat əlli qəpik) manat təşkil edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.5-ci maddəsinə əsasən bir ildən artıq müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə inzibati xətanın bilavasitə obyekti olan mallar və (və ya) nəqliyyat vasitələrinin dəyərinin əlli faizindən yetmiş faizinədək məbləğdə cərimə edilir. Nəticədə “X3 Evrascon” ASC (VÖEN **********) tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.2-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsi Təhqiqat Şöbəsinin təhqiqatçısı X8 protokolun dəlillərinə uyğun çıxış edərək hüquqi şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “X3 "xxxx" ASCnin nümayəndəsi X4 inzibati xəta haqqında protokola etiraz edərək bildirmişdir ki, nümayəndəsi olduğu “X3 Evrascon” ASC tərəfindən xx.xx.2017-ci il tarixli **********8340 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş 1 ədəd “Liebherr HS 855” markalı tırtıllı kran (sökülmüş halda) xx.xx.2018-ci il tarixədək müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməklə müvəqqəti olaraq Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmış, “X3 Evrascon" ASC tərəfindən xx.xx.2019-cu il tarixdə Bakı Baş Gömrük idarəsinə göndərilmiş ərizə əsasında sözügedən yükün müvəqqəti ixrac müddəti xx.xx.2020-ci il tarixədək uzadılmış, həmin 1 ədəd “Liebherr HS 855” markalı tırtıllı kran (sökülmüş halda) Qazaxıstan Respublikasının Aktau şəhərində götürülmüş lahiyələrin həyata keçirilməsi məqsədilə həmin şəhərdə “Kurık" limanının tikintisində işlərinin görülməsi üçün müvəqqəti olaraq şirkət tərəfindən Qazaxıstan Respublikasına göndərilmiş, “X3 Evrascon” ASC tərəfindən həmin texnikanın geri qaytarılması nəzərdə tutulmuş, lakin sonradan texnikanın daşınma xərci yüksək olduğundan, həmçinin, sözügedən lahiyə davam etdirildiyindən, şirkət qərarını dəyişərək texnikanı geri qaytarmaqdan imtina etmiş, bu səbəbdən də, habelə, koronavirus pandemiyası ilə əlaqədar olaraq yükün müvəqqəti ixrac müddəti pozulmuş, izahatında qeyd etdiyi lahiyə davam etdirildiyi səbəbindən xx.xx.2017-ci il tarixli **********8340 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş 1 ədəd “Liebherr HS 855” markalı tırtıllı kran (sökülmüş halda) yükünü ixrac gömrük proseduru altında yerləşdirmək niyyətindədirlər, bununla əlaqədar olaraq yükün ixrac gömrük prosedurunda rəsmiləşdirilməsi ilə bağlı xx.xx.2022- ci il tarixdə **********1957 sorğu nömrəli gömrük bəyannaməsi tərtib edilmiş və gömrük orqanına təqdim edilmişdir. Buna baxmayaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən cəmiyyət barəsində protokol Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsində göstərilən müddətlər ötürülməklə tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 08 dekabr 2022-ci il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolu üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında arayışdan görünür ki, “X3 Evrascon” ASC-nin hüquqi ünvanı ünvan 2 araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, “X3 Evrascon” ASC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.5-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Əməliyyat və Təhqiqat İdarəsinin rəis müavini Turan Hümbətov tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli raportdan görünür ki, Xüsusi gömrük prosedurları şöbəsindən daxil olmuş 34/012/026853 saylı xx.xx.2022- ci il tarixli raportun araşdırılması zamanı müəyyən edilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan “X3 "xxxx" ASC tərəfindən **********8340 sorğu nömrəli xx.xx.2017-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş 1 (bir) ədəd “Liebherr HS 855” markalı tırtıllı kran (sökülmüş halda) yükü xx.xx.2018-ci il tarixədək müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməklə müvəqqəti olaraq Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmışdir. Sonradan “X3 "xxxx" ASC tərəfindən xx.xx.2019-cu il tarixdə təqdim edilmiş xx/xx/018075 qeydiyyat nömrəli ərizə əsasında sözügedən gömrük bəyannaməsində qeyd edilən yükün müvəqqəti ixrac müddəti xx.xx.2020-ci il tarixədək uzadılmışdır. İş materiallarına əlavə edilmiş Gömrük Xidmətinin “X1 Sistemi” (VAİS) informasiya resursundan çıxarışdan görünür ki, **********8340 sorğu nömrəli xx.xx.2017-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş 1 (bir) ədəd “Liebherr HS 855” markalı tırtıllı kran (sökülmüş halda) yükünün müvəqqəti ixrac müddətinin son tarixi xx.xx.2020-ci il müəyyən edilmişdir. Lakin, müvəqqəti ixrac müddətinin xx.xx.2020-ci il tarixində bitməsinə baxmayaraq **********8340 sorğu nömrəli xx.xx.2017-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş 1 (bir) ədəd “Liebherr HS 855” markalı tırtıllı kran (sökülmüş halda) yükünün müvəqqəti ixrac müddəti bitməmiş “X3 "xxxx" ASC tərəfindən həmin malların Azərbaycan Respublikasının gömrük ərazisinə qaytarılması və ya digər gömrük prosedurunda rəsmiləşdirilməsi ilə bağlı gömrük orqanına müraciət edilməmişdir. Qeyd edilən faktla bağlı aparılan araşdırma zamanı məlum olmuşdur ki, **********8340 sorğu nömrəli xx.xx.2017-ci il tarixli gömrük bəyannaməsində qeyd edilən 1 (bir) ədəd “Liebherr HS 855” markalı tırtıllı kran (sökülmüş halda) yükünün müvəqqəti ixrac müddəti xx.xx.2020-ci il tarixdə bitsə də, həmin malın ixrac gömrük prosedurunda rəsmiləşdirilməsi ilə bağlı “X3 "xxxx" ASC tərəfindən müvəqqəti ixrac müddəti bitdikdən 2 (iki) il 1 (bir) ay 3 (üç) gün sonra, yəni xx.xx.2022-ci il tarixdə **********1957 sorğu nömrəli gömrük bəyannaməsi tərtib edilmiş və gömrük orqanına təqdim edilmişdir. “X3 "xxxx" ASC tərəfindən **********8340 sorğu nömrəli xx.xx.2017-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş 1 (bir) ədəd “Liebherr HS 855” markalı tırtıllı kran (sökülmüş halda) yükünün xx.xx.2022-ci il tarixli **********1957 sorğu nömrəli ixrac gömrük bəyannaməsinə əsasən ümumi dəyəri 141108,50 (yüz qırx bir min yüz səkkiz manat əlli qəpik) manat təşkil edir. xx.xx.2022-ci il tarixli **********1957 nömrəli gömrük bəyannaməsindən görünür ki, “Liebherr HS 855” markalı tırtıllı kranın dəyəri 141108.50 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 130.1-ci maddəsinə əsasən təkrar idxal üçün nəzərdə tutulmuş daxili mallar müvəqqəti ixrac proseduru altında yerləşdirilir. Bu mallardan bu Məcəllənin 130.2-ci maddəsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq gömrük rüsumlarından və vergilərdən tamamilə, yaxud qismən azad edilməklə, habelə ticarət siyasəti tədbirləri tətbiq edilmədən gömrük ərazisindən kənarda istifadə olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 2 sentyabr tarixli 244 nömrəli Qərarı ilə təsdiq edilmiş “Malların müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməsi” Qaydalarının 3.1 və 3.2-ci maddələrinə əsasən müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş malların bu gömrük proseduru altında qalma müddəti gömrük orqanları tərəfindən 24 aydan çox olmamaq şərtilə müəyyənləşdirilir. Bu müddət müvəqqəti ixrac gömrük prosedurunun məqsədi üçün kifayət etməlidir. Bu müddətdə müvəqqəti ixrac gömrük prosedurunun məqsədlərinə nail olunmadıqda, gömrük orqanı həmin prosedur üçün müəyyən olunmuş müddətin başa çatmasına bir ay qalmış prosedur sahibinin əsaslandırılmış müraciəti ilə malların müvəqqəti ixrac gömrük proseduru altında qalma müddətini 12 aya qədər uzadır. Göründüyü kimi qüvvədə olan gömrük qanunvericiliyində bir qayda olaraq 3 ildən artıq müddətə malların müvəqqəti ixrac prosedurunda qalma müddəti nəzərdə tutulmamışdır. Habelə, qanunvericilik idxalatçının üzərinə malların təkrar idxal edilməsi vəzifəsi qoymaqla malların ölkə ərazisinə qaytarılması məqsədi daşıyır. Tənzilməyici normalardan ibarət qeyd olunan müddəaların tələblərinə riayət edilmədiyi halda isə mövcud ictimai münasibətlərin qorunması məqsədi ilə inzibati xətalar qanunvericiliyində məsuliyyət müəyyən edilmişdir. İş materiallarında görünür ki, hüquqi şəxs "X3 Evrascon" ASC tərəfindən istinad olunan Gömrük bəyannamələri üzrə malların öhdəlik müddəti ərzində yəni xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikasına geri qaytarılması təmin edilməmiş və bununlada "X3 Evrascon" ASC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.5ci madəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən “X3 Evrascon" ASC-nin inzibati məsuliyyətə cəlb edilməsi üçün sonuncu müddət 26 sentyabr 2021-ci il müəyyən edilmişdir. Buna görə də “X3 Evrascon" ASC barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.5-ci maddəsinə əsasən aparılması və ya qaytarılması məcburi olan əvvəllər gətirilmiş və ya aparılmış mallar və nəqliyyat vasitələrinin bir ildən artıq müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə - inzibati xətanın bilavasitə obyekti olan mallar və (və ya) nəqliyyat vasitələrinin dəyərinin əlli faizindən yetmiş faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Beləliklə, “X3 Evrascon” ASC tərəfindən İXM-in 499.1.5-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədildiyi gündən, yəni 26 sentyabr 2020-ci il tarixdən bir ildən artıq müddət keçdiyindən, “X3 Evrascon” ASC barəsində inzibati tənbeh verilə bilməz. İXM-in: 53.1.6-cı maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Odur ki, “X3 Evrascon” ASC barəsində tərtib olunmuş 08 dekabr 2022-ci il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata, inzibati tənbeh vermə müddəti keçdiyindən xitam verilməlidir. Məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, “X3 Evrascon” ASC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.5-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin Məcəllənin 38.1-ci maddəsinin tələbləri nəzərə alınaraq inzibati xəta haqqında iş üzrə icraata inzibati tənbeh vermə müddəti keçdiyindən xitam verilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 499.1.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “X3 Evrascon” ASC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş 08 dekabr 2022-ci il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata inzibati tənbeh vermə müddəti keçdiyindən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-48/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-48/2023
13.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver