Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-482/2025 12.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X7 iclas katibliyi ilə, X1 Azərbaycan Respublikası Bakı Şəhər X13 İdarəsinin TP ******* saylı xx.xx.2025ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Bakı Şəhər X13 İdarəsinin TP ******* saylı xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırdı ki, xx.xx.2024-cü il tarixdə saat 14:15 radələrində Bakı şəhəri, Yasamal rayonu, S.Dağlı -S.Dadaşov küçəsində idarə etdiyi X10 markalı, 77SX671 nömrəli, dövlət qeydiyyat nişanlı nəqliyyat vasitətəsi ilə hərəkət edərkən yol hərəkəti qaydalarını pozduğuna görə barəsində Bakı şəhəri, X13 əməkdaşı, mayor X4 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 327-4-cü maddəsi ilə inizibati protokol tərtib edilmişdir. Bakı şəhəri X13 tərəfindən qeyd edilən inibati protokola baxılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 327-4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş 150 manat inzibati cərimənin tətbiq edilməsi haqqında qərar qəbul edilmşdir. Bildirir ki, yuxarıda qeyd edilən, barəsində qəbul edilən qərar qüvvədə olan İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərini kobud şəkildə pozduğuna görə məhkəmə tərəfindən ləğv edilməlidir. Nəzərə çatdırır ki, yuxarıda qeyd edilən inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavələrini real vaxt rejimində deyil, yəni xx.xx.2024-cü il tarixdə deyil, xx.xx.2025-ci il tarixdə elektron kabinetinə yerləşdirilmişdir. Bildirir ki, BDYP əməkdaşı xx.xx.2024 tarixdə mobil telefonuna zəng edərək qayda pozaraq videokameraya düşməyi barəsində məlumat verərək onu bununla əlaqədar idarəyə çağırmışdır. İnzibati Xətalar Məcəlləsinin 121-ci maddəsinə əsasən həmin Məcəllənin 122.7. 1232.8 və 124.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə barəsində icraat aparılan şəxsin salahiyətli orqan (vəzifəli şəxs) tərəfindən çağrılması qadadağandır. Beləliklə, işin faktiki hallarından və qanunvericiliyin tələblərindən məlum olur ki, Bakı şəhəri X13 əməkdaşı, mayor X4 tərəfindən İnziabti Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında qəbul etdiyi qərar real vaxt rejimində, yənin xətanın törədildiyi xx.xx.2024-cü il tarixdə müvafiq icra hakimiyyətinin elektron informasiya sisteminə yerləşdirilməmiş, həmçinin həmin eletron qərar onun elektron kabinetinə xx.xx.2025-ci il tarixdə yerləşdirilmişdir. Bildirir ki, İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə görə yol hərəkəti ilə bağlı inibati xəta törətmiş şəxs onun barəsində qəbul edilmiş qərar ona rəsmi qaydada verildiyi vaxtdan 20 gün ərzində yuxarı səlahiyyətli orqana və ya məhkəməyə şikayət edə bilər. Qeyd olunan qərar ona poçt vasitəsi ilə rəsmi təqdim olunmadığına görə o, elektron qaydada BDYP-a müraciət edib, lakin müraciətə bu günə qədər cavab verilməmiş və bu səbəbdən o, BDYP-a müraciət edərək qərarın surətini almışdır. Hesab edir ki, həmin qərarı xx.xx.2025 tarixində əldə etdiyi üçün 20 gün şikayət müddətini ötürməmişdir. Bakı şəhəri X11 əməkdaşı, mayor X4 tərəfindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair inzibati cərimə növündə (150 manat) inzibati tənbeh vermə haqqında qəbul etdiyi xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərar qüvvədə olan İnzibati Xətlar Məcəlləsinin müvafiq maddələrinin (122.1-ci, 122.2.1-ci və 135.1.5-1-ci) tələblərini pozduğuna görə məhkəmə qaydasında ləğv edilməsini və iş üzrə icararta xitam verilməsini məhkəmədən xahiş etmişdir. Qərarından şikayət verilən orqan və şikayətçiyə məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş barəsində şikayət verilən Azərbaycan Respublikası DİN Bakı Şəhər X13 İdarəsinin TP ******* saylı xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə elektron qərarına əsasən X5 xx.xx.2024-cü il tarixdə saat 14:15 radələrində Bakı şəhəri, Yasamal rayonu S.Dağlı-S.Ddaaşov küçəsində “HYUNDAİ ACCENT minik” markalı, “**-SX-***” dövlət qeydiyyat nişanlı avtomobillə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə inzibati xəta törətmişdir. Buna görə də İXM-nin 327.4-cü maddəsi ilə təqsirli bilinib 150 manat cərimə edilmişdir. Qərar elektron qaydada qəbul edilmişdir. Şikayətçi şikayətində həmin elektron qərarın onun elektron kabinetinə gec yerləşdirilməsini qeyd etsə də, Azərbaycan Respublikası Bakı Şəhər X13 İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli qərardadın sürətindən də görünür ki, xx.xx.2024-cü il tarixdə xx.xx.2024-cü il tarixdə saat 14:15 radələrində Bakı şəhəri, Yasamal rayonu S.Dağlı-S.Ddaaşov küçəsində “HYUNDAİ ACCENT minik” markalı, “**- SX-***” dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən yol hərəkəti qaydalarının pozulması ilə bağlı araşdırma başlanılmışdır. Həmin inzibati araşdırma bittikdən sonra yekun qərar qəbul edilmiş və kabinetə əlavə edilmişdir. Halbuki, iş materiallarında olan yuxarıda qeyd edilən inzibati xəta haqqında iş üzrə protokoldan və məhkəməyə təqdim edilmiş videogörüntüdən də görünür ki, şikayətçinin həmin inzibati xətanı törətməsi təsdiq edilir. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. Beləliklə İXM-in 76.1-ci maddəsinə əsasən xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da protokolla da müəyyən edilir ki, şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi həmin qərarın elektron kabinetə vaxtında yerləşdirilmədiyini qeyd etsə də, müəyyən edildi ki, həmin qərar elektron deyil. İXM-in 38.6-cı maddəsinə əsasən isə bu məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Beləliklə qərar yalnız elektron olduğu halda bir gün müddətində elektron kabinetə yerləşdirilməzsə şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Lakin barəsində şikayət verilən qərar elektron deyil, polis əməkdaşı kamera vasitəsi ilə həmin pozuntunu aşkar edərək tərtib etdiyi protokol əsasında qərar qəbul etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Bakı Şəhər X13 İdarəsinin TP ******* saylı xx.xx.2025ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Orxan Məmmədli
Məhkəmə qərarları › İş №3(004)-482/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-482/2025
12.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver