Məhkəmə qərarları › İş №3(004)-483/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-483/2025

04.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-483/2025 04.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, X9 oğlunun katibliyi, Bakı şəhər DYPİ-nin etibarnamə üzrə nümayəndəsi X1, Barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X2 iştirakları ilə, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 Azərbaycan Respublikası DİN Bakı şəhər DYPİ-nin xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: X4 Azərbaycan Respublikası DİN Bakı şəhər DYPİ-nin xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2024-cü il tarixdə saat 13:20 radələrində Bakı şəhəri, Yasamal rayonu S.Dağlı - S.Dadaşov küçəsində idarə etdiyi “Hyundai Accent” minik markalı, **-SX-*** nömrəli, dövlət qeydiyyat nişanlı nəqliyyat vasitətəsi ilə hərəkət edərkən yol hərəkəti qaydalarını pozduğuna görə barəsində Bakı şəhəri, X10 əməkdaşı, mayor X3 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə inizibati protokol tərtib edilmişdir. Bakı şəhəri X10 tərəfindən qeyd edilən inibati protokola baxılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş 150 manat inzibati cərimənin tətbiq edilməsi haqqında qərar qəbul edilmşdir. Həmin qərar tərtib edilərkən İnibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələbləri kobud şəkildə pozulduğuna görə məhkəmə tərəfindən ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətsalar Məcəlləsinin 122.1-ci maddəsinin tələbinə əsasən bu Məcəllənin 327.1 - 327.5-ci və digər maddəllərində (328, 329.1-ci, 330 və s.) nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və eletron sənəd haqqında” Azərbaycan Respublikasının qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəkilində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə elektron qaydada müvafiq icra hakimiyyəti orqanın informasiya sisteminə göndərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 125.2.1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi inizibati xəta haqqında protokolu və ya inzibati xəta haqqında iş üzrə qərarı və onalarm əlavələrini hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet infonnasiya resusrslarında yaradılmış elktron kabinetinə dərhal yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elekton ünvanına (olduğu halada) göndərir, eyni zamanda elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, hansı maddə ilə inzibati məsuliyyətinə cəlb edilməsi, inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi və s. haqqında SMS məlumatı dərhal göndərir. Qeyd edilən inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavələrini real vaxt rejimində deyil, yəni xx.xx.2024-cü il tarixdə deyil, xx.xx.2025-ci il tarixdə elektron kabinetinə yerləşdirilmişdir. Bakı şəhər DYP əməkdaşı xx.xx.2024 tarixdə onun mobil telefonuna zəng edərək qayda pozaraq videokameraya düşməyi barəsində məlumat verərək onu bununla əlaqədar idarəyə çağırmışdır. İnzibati Xətalar Məcəlləsinin 121-ci maddəsinə əsasən həmin Məcəllənin 122.7. 1232.8 və 124.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə barəsində icraat aparılan şəxsin salahiyətli orqan (vəzifəli şəxs) tərəfindən çağrılması qadadağandır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5lci maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi əsaslarından biri də həmin Məcəllənin 53-cü maddəsində göstərilən halların baş verməsidir. İnzibati Xətalar Məcəlləsinin 53.1.11 -ci maddəsinə görə bu Məcəllənin 122.1 ci maddəsində nəzərdə tutulmuş xəta (327.1 - 327.5 və s.) haqqında elektron qərarın real vaxt rejimində tərtib edilməməsi onun ləğv edilməsi üçün qanuni əsasdır. Beləliklə, işin faktiki hallarından və qanunvericiliyin tələblərindən məlum olur ki, Bakı şəhəri X10 əməkdaşı, mayor X3 tərəfindən İnziabti Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında qəbul etdiyi qərar real vaxt rejimində, yəni xətanın törədildiyi xx.xx.2024-cü il tarixdə müvafiq icra hakimiyyətinin elktron informasiya sisteminə yerləşdirilməmiş, həmçinin həmin eletron qərar onun elektron kabinetinə xx.xx.2025-ci il tarixdə yerləşdirilmişdir. İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə görə yol hərəkəti ilə bağlı inibati xəta törətmiş şəxs onun barəsində qəbul edilmiş qərar ona rəsmi qaydada verildiyi vaxtdan 20 gün ərzində yuxarı səlahiyyətli orqana və ya məhkəməyə şikayət edə bilər. Qeyd olunan qərar ona poçt vasitəsi ilə rəsmi təqdim olunmadığına görə o elektron qaydada BDYP-a müraciət etmiş lakin müraciətinə bugünə qədər cavab verilməmiş və bu səbəbdən o BDYP-a müraciət edərək qərarın surətini almışdır. Hesab edir ki, həmin qərarı xx.xx.2025 tarixində əldə etdiyi üçün 20 gün şikayət müddətini ötürməmişdir. Məhkəmə iclasında X4 şikayətə uyğun izahat verərək, şikayətin təmin edilməsini və müvafiq inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhər DYPİ-nin etibarnamə üzrə nümayəndəsi X5 bildirmişdir ki, qeyd edilən inzibati xəta xüsusi texniki vasitənin köməyi ilə aşkar edilməmişdir. Bakı şəhər DYPİ-nin əməkdaşı tərəfindən həmin hadisə müşahidə edilmiş və bununla bağı Bakı şəhər DYPİ-yə raport vasitəsilə məlumat verilmişdir. Bundan dərhal sonra inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq araşdırma aparılmış, ərazidə quraşdırılmış kameralara baxış keçirilmiş və hadisənin baş verməsi öz təsdiqini tapdıqdan sonra inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Hadiəsənin videogörüntülərini əks etdirən disk, fotoşəkillər eləcə də rəsmi sənədlər məhkəməyə təqdim edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, şikayətə əlavə edilmiş Azərbaycan Respublikası DİN Bakı şəhər DYPİ-nin polis mayoru X3 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli elektron qərarından görünür ki, X4 xx.xx.2024-cü il tarixdə 13:20-də Bakı şəhəri, Yasamal rayonu, S.Dağlı – S.Dadaşov küçəsində idarə etdiyi “Hyundai Accent” minik markalı **-SX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etmişdir (qərara hadisənin baş verməsini təsdiq edən fotoşəkillər əlavə edilmişdir). İş materiallarına əlavə edilmiş Bakı şəhər BPİ DYPİ YPXA-nın inspektoru, polis baş serjantı Orxan Ağasiyev tərəfindən yazılmış xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə 13:20-də Yasamal rayonu S.Dağlı küçəsində piyada xidmət apararkən “Hyundai Accent” minik markalı **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobilin birtərəfli hərəkət yoluna çıxaraq nəqliyyat axınının əksinə hərəkət etməsini müəyyən etmiş lakin onun saxlanılması mümkün olmamışdır. Buna görə də həmin nəqliyyat vasitəsinin istifadəçisinin müəyyən olunub inzibati məsuliyyətə cəlb olunması üçün müvafiq araşdırmanın aparılmasına dair göstəriş verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş “inzibati xəta haqqında iş üzrə icraata başlanması və inzibati araşdırma aparılması haqqında” xx.xx.2024-cü il tarixli qərardaddan görünür ki, Bakı şəhər BPİ DYPİ YPXA-nın inspektoru, polis baş serjantı Orxan Ağasiyev tərəfindən xx.xx.2024-cü il tarixdı raportla edilmiş müraciətə əsasən xx.xx.2024-cü il tarixdə saat 13:20-də “Hyundai Accent” minik markalı **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobilin “Yol hərəkət haqqında” Azərbaycan Respublikasının Qanununun tələbini pozması faktı aşkar edildiyindən inzibati xəta haqqında iş üzrə icraata başlanılması və araşdırma aparılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş foto və videogörüntüyə (inzibati orqanın nümayəndəsi tərəfindən təqdim olunmuş) məhkəmə iclasında baxış zamanı Azərbaycan Respublikası DİN Bakı şəhər DYPİ-nin xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarında qeyde edilənlər öz təsdiqini tapmışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, X4 tərəfindən törədilməsi istinad olunan inzibati xəta hadisəsi mötəbər sübutlarla (raport, qərardad, fotoşəkillər, videogörüntü) öz təsdiqini tapdığından, həmçinin inzibati orqan tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən AR İnzibati Xətalar Məcəlləsinin 122-ci maddəsinin tələblərinin pozulması faktı müəyyən edilmədiyindən hazırda F.Səbzəliyev tərəfindən mübahisələndirilən qərar qanuni və əsaslı sayılmalı, şikayət isə təmin edilməməlidir. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsaəsn Bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətsalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5-ci və digər maddəllərində (328, 329.1-ci, 330 və s.) nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və eletron sənəd haqqında” Azərbaycan Respublikasının qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəkilində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə elektron qaydada müvafiq icra hakimiyyəti orqanın informasiya sisteminə göndərilir. Qanunvericiliyin tələbindən də göründüyü kimi, inzibati xəta hadisəsi yalnız foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə yuxarıda qeyd edilənlər həmin hadisəyə şamil edilir. Halbuki, iş materiallarında olan raportdan və digər rəsmi sənədlərdən görünür ki, hadisənin baş verməsi ilkin olaraq yol patrul xidməti inspektoru tərəfindən vizual olaraq müşahidə edilmiş və bununla bağlı inzibati orqana raportla məruzə edilmişdir. Yalnız bundan sonra orqan tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və araşdırma aparılaraq nəticə etibarilə həqiqətən inzibati xəta hadisəsinin qeyd edilən tarixdə və ərazidə baş verməsi təsdiqini tapdıqdan sonra inzibati tənbeh vermə haqqında qərar tərtib edilmişdir. Eyni zamanda şikayətçi F.Səbzəliyev inzibati xəta hadisəsini törətməsini inkar etməmiş, sadəcə olaraq qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın mövcud qanunvericiliyin tələbləri pozulmaqla qəbul edildiyini bildirmiş və buna görə də qərarın ləğv edilməli olmasını qeyd etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, inzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitənin köməyi ilə aşkar edilməmişdir. Bununla da şikayətçinin qeyd etdiyi kimi barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən qanunvericiliyin tələblərinin pozulması faktı öz təsdiqini tapmamışdır. Həmçinin məhkəmə tərəfindən inzibati xətanı istisna edən hallar aşkar edilməmişdir. Halbuki, iş materiallarında olan yuxarıda qeyd edilənlərə əsasən şikayətçinin həmin inzibati xətanı törətməsi təsdiq edilir. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edildiyindən inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da mövcud deyildir. Bundan başqa İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. Formal əsasları işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu kimi qəbul etmək yolverilməzdir. Formal əsaslara görə qərar ləğv edilə bilməz. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Məhkəmə hesab edir ki, X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapdığından şikayətin dəlilləri əsassızdır və Azərbaycan Respublikası DİN Bakı şəhər DYPİ-nin xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərarı qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 Azərbaycan Respublikası DİN Bakı şəhər DYPİ-nin xx.xx.2025-ci il tarixli TP ******* nömrəli nömrəli qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilvasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar