Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4834/2025 25.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, "Top Tiger” MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 493-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi X2 Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi X2 Baş Gömrük İdarəsindən daxil olmuş EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs unvanına Koreya Respublikasından 27 05 2025-ci il tarixdə 1 (bir) ədəd 2015-ci il buraxılışlı, "Hyundai Avante" markalı nəqliyyat vasitəsi daxil olmuşdur Şəxs ünvanına idxal edilmiş nəqliyyat vasitəsinə dair **********3381 sorğu nömrəli gömrük bəyannaməsi 02 07 2025-ci il tarixdə tərtib olunmuşdur. Gömrük rəsmiləşdirilməsi zamanı AR Gömrük Məcəlləsinin 149 3-cu maddəsinin tələblərinin pozulduğu aşkar olunmuşdur Bununla əlaqədar X1-Təhqiqat şöbəsinə "X3 Məsuliyyətli Cəmiyyəti tərəfindən törədilən hüquqpozma faktı barədə 3-33- 3300/012/002830 nömrəli, xx.xx.2025-ci il tarixli raport daxil olmuşdur. Raportun araşdırılması zamanı müəyyən olunmuşdur ki, Top Tiger" Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvanına Koreya Respublikasından idxal olunmuş nəqliyyat vasitəsi xx.xx.2025-ci il tarixdə "Qırmızı Körpü" gömrük postunu keçərək ölkə ərazisinə gətirilmişdir. Həmin nəqliyyat vasitəsi üçün təyinat gömrük orqanı X2 Baş Gömrük İdarəsi müəyyən olunmuşdur. Nəqliyyat vasitəsi təyinatı üzrə X2 Baş Gömrük İdarəsinə xx.xx.2025-ci il tarixdə çatdırılmışdır. Həmin nəqliyyat vasitəsinə dair **********3085 sorğu nömrəli gömrük bəyannaməsi təyinat gömrük orqanına təqdim edildiyi tarixdən 15 (on beş) gün müddətində deyil, xx.xx.2025-ci il tarixdə verilmişdir. Nəticədə Şəxs MMC-nin barəsində İXM-in 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Protokolu tərtib etmiş orqana və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməyib bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: X2 Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzinin 1-ci şöbəsinin böyük inspektoru Turan Əmirxanov tərəfindən verilmiş 3-33- 3300/012/002830 nömrəli, xx.xx.2025-ci il tarixli raportdan görünür ki, Şəxs MMC-nin ünvanına gələn minik avtomobili **********3381 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Gömrük rəsmiləşdirilməsi zamanı Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 149.3- cü maddəsinin tələblərinin pozulduğu, sözügedən nəqliyyat vasitəsinin ölkə ərazisinə daxil olduğu tarixdən 15 (on beş) gün gec bəyan edildiyi müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixli **********3381 nömrəli gömrük bəyannaməsindən görünür ki, Şəxs MMC tərəfindən 4250.00 ABŞ dolları dəyərində “Hyundai Avante” markalı avtomobil idxal edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsinə əsasən gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə - fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 149.3-cü maddəsinə əsasən gömrük ərazisinə gətirilən mallara dair gömrük bəyannaməsi həmin mallar gömrük ərazisinə gətirilən yerdəki gömrük orqanına, daxili tranzit xüsusi gömrük proseduru həyata keçirildikdə isə təyinat gömrük orqanına təqdim edildiyi tarixdən 15 (on beş) gündən gec olmayaraq verilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 26 nömrəli qərarı ilə təsdiq edilmiş “Beynəlxalq poçt göndərişləri vasitəsilə göndərilən mallara dair gömrük bəyannaməsinin forması və onun doldurulma Qaydalarının təsdiq edilməsi haqqında” Qərarın 3.6-cı bəndinə əsasən, bu qaydaların 3.5-ci bəndində göstərilən hallarda malların gömrük ərazisinə daxil olduğu gündən etibarən 15 (on beş) gün müddətində mallara dair gömrük bəyannaməsi və onunla birgə təqdim edilməli olan sənədlər gömrük orqanına təqdim edilmədikdə, bu mallar gömrük orqanına təqdim edilməmiş mallar kimi qiymətləndirilir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs MMC-nin tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC-nin barəsində İXM-in 493-cü maddəsinin sanksiyası hədləri daxilində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-4834/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4834/2025
25.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver