Məhkəmə qərarları › İş №3(004)-4838/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4838/2023

28.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4838/2023 28.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi X7, Şikayətçi "xxxx" MMC-nin nümayəndəsi X4 iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş "xxxx" MMC-nin baş direktotu Burhan Sevahilin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 24 avqust 2023-cü il tarixli, MN ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: "xxxx" MMC-nin baş direktotu Burhan Sevahil Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 24 avqust 2023-cü il tarixli, MN ******* saylı qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi DƏMX-nin Bakı şəhər İdarəsinin rəisi X12 tərəfindən vətəndaş X2 xx.xx.2023-cü il tarixindən əmək haqqı ödənilmədiyi qənaətinə gələrək, "xxxx" MMC-nin baş direktoru X16 barəsində MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərar qəbul edilmiş və qərara əsasən 1000 (min) AZN məbləğində cərimə tətbiq etmişdir. "xxxx" MMC-nin Bakı şəhəri, Səbail rayonu, X14 küçəsi 74, giriş A ünvanında yerləşən supermarketində əmək müqaviləsi əsasında malları qəbul edən vəzifəsində işləyən X5 əmək müqaviləsi üzrə vəzifələrini layiqincə icra etməyərək, səhlənkarlığı nəticəsində "xxxx" MMC firmasının və “X18 LTD” MMC firmasının gətirdikləri məhsulları lazımi diqqət göstərməyərək, məhsulları mağazaya sifariş verilmiş miqdardan az miqdarda qəbul etmiş, bununla da işəgötürən olan "xxxx" MMC-yə maddi ziyan vurmuşdur. İşçinin öz işinə etinasız yanaşması kamera görüntüləri ilə və sənədlərlə sübuta yetirilir. Belə ki, videogörüntülərə, işçinin izahatına, malların təhvil-qəbul aktlarına və faktiki olaraq firmaların mağazaya boşaltdıqları məhsullara diqqət yetirdikdə işçinin açıq-aşkar şəkildə diqqətsizlik və etinasızlıqla firma tərəfindən boşaldılan məhsulları saymaması və öz daxili inamına əsaslanması görünməkdədir. İşçinin səhlənkarlığı nəticəsində "xxxx" MMC-yə "xxxx" MMC-nin məhsulları üzrə cəmi 1219.45 AZN məbləğində və “X18 LTD” MMC-nin məhsulları üzrə isə 5096,36 azn məbləğində zərər olmaqla, cəmi hər iki firma üzrə 6315.81 manat məbləğində əskik məhsulların verilməsi ilə işəgötürənə ziyan vurulmuşdur. X5 əmək müqaviləsi üzrə vəzifələrini kobud şəkildə pozaraq MMC-yə maddi zərər vurduğu və zərər vurmaqda davam etdiyi üçün hüquq mühafizə oranlarına - Bakı şəhəri Səbail Rayon Prokurorluğuna və Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə rəsmi müraciət edilmiş və işçi işdən kənarlaşdırılmışdır. Əmək qanunvericiliyə əsasən işdən kənarlaşdırılan işçiyə əmək haqqı ödənilmir. X10 Xidməti Bakı şəhər İdarəsi qeyd edilən həmin halları nəzərə almamış və işdən kənarlaşdırılan işçiyə əmək haqqı ödənilmədiyi üçün "xxxx" MMC-nin baş direktoru X16 barəsində 1000 azn məbləğində cərimə tətbiq edilmişdir. Məhkəmə baxışı zamanı barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş "xxxx" MMC-nin nümayəndəsi X6 şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 24 avqust 2023-cü il tarixli, MN ******* saylı qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi X9 şikayətin əsassız olduğunu bildirərək qeyd etmişdir ki, müfəttişliyin 24 avqust 2023-cü il tarixli, MN ******* saylı qərarı tamamilə qanuni və əsaslıdır. Belə ki, vətəndaş X5 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər idarəsinə müraciət edərək bildirmişdir ki, ona xx.xx.2023-cü ildən etibarən əmək haqqı ödənilmir və işdən çıxmaq barədə ərizə yazsa da əmək müqaviləsinə xitam verilmir. Araşdırma zamanı müraciətin əsaslı olması sübuta yetirildiyindən "xxxx" MMC-nin baş direktoru X16 barəsində 24 avqust 2023-cü il tarixli, MN ******* saylı qərar qəbul edilmişdir. Qəbul edilmiş qərar qanuni və əsaslı olması səbəbindən dəyişdirilmədən saxlanılması və şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq, proses iştirakçılarını dinləyərək belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş 24 avqust 2023-cü il tarixli, MN ******* saylı qərardan görünür ki, işəgötürən "xxxx" MMC tərəfindən X3 xx.xx.2023-cü il tarixdən əmək haqqısı ödənilmədiyindən, qanun pozuntularına yol verilmişdir və "xxxx" MMC-nin baş direktoru X16, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1000 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan çıxarışların tarixlərindən aydın görünür ki, X1 əmək haqqı ödənişi xx.xx.2023-cü il tarixində olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC tərəfindən X2 əmək haqqı xx.xx.2023-cü il tarixdən ödənilmir və S.Süleymanlının işdən kənarlaşdırılması Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 62-ci maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilməmişdir. Digər tərəfdən iş materialına əlavə edilmiş xx.xx.2023-cü il tarixli 032/K saylı əmrin surətindən görünür ki, X5 işdən kənarlaşdırılmışdır və həmin əmr insan resursları şöbəsinin müdiri K.Həsənli tərəfindən imzalamışdır. Həmin şəxsin işəgötürənin əvəzinə müvafiq əmri imzalamaq səlahiyyətinin olması da müəyyən edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, X2 işdən kənarlaşdırılması həyata keçirilərkən “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qərarında əks olunmuş hüquqi mövqey nəzərə alınmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maadəsinə əsasən işəgötürən aşağıdakı hallarda mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədi ilə işçini müvafiq iş vaxtı ərzində işdən kənar edə bilər: a) işçi alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəldikdə, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olduqda; b) bu Məcəllənin 226-cı maddəsi ilə müəyyən edilmiş hallarda işçi icbari tibbi müayinə olunmaqdan boyun qaçırdıqda və ya keçirilmiş müayinələrin nəticələrinə əsasən həkim komissiyalarının verdikləri tövsiyələri yerinə yetirmədikdə; c) iş vaxtı ərzində işçi bilavasitə iş yerində müvafiq səlahiyyətli orqanın qərarı ilə təsdiqlənən inzibati xətaları və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllər törətdikdə; ç) insanın immunçatışmazlığı virusu ilə yaşayan şəxslərin işləməsinə yol verilməyən peşə və vəzifələrdə işləyən işçi vaxtaşırı insanın immunçatışmazlığı virusuna mütləq tibbi müayinədən imtina etdikdə. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinə uyğun olaraq, işəgötürən mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədi ilə bilavasitə iş yerində və iş vaxtı ərzində baş vermiş cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə və ya inzibati xətalara görə işçini aşağıdakı hallarda özünün əsaslandırılmış qərarı ilə işdən kənar edə bilər: a) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90 və 91-ci maddələrinə müvafiq olaraq, şübhəli şəxs qismində tanınma və ya təqsirləndirilən şəxs qismində cəlb etmə barədə cinayət prosesini həyata keçirən orqanın qərarı olduqda; b) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.4-cü maddəsinə uyğun olaraq inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə müvafiq akt qəbul edildikdə. Azərbaycan Respublikası İnzşbati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə- vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Yuxarıda qeyd edilən əmək qanunvericiliyinin normalarından göründüyü kimi həmin normalar dispozitiv xarakterə malik olmamaqla, imperativ xarakter daşıyır, yəni qanun və Konstitusiya məhkəməsinin qərarı işçilərin hüquqlarının müdafiəsi baxımından birmənalı şəkildə işçinin işdən kənarlaşdırılmasının qaydasını müəyyən edir, ona riayyət edilməsini işəgötürənin üzərinə vəzifə kimi qoyur. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası əmək və inzibati qanunvericiliyinin təməl prinsipləri və müvafiq tələbləri işəgötürən X16 tərəfindən kobudcasına pozulmuşdur. "xxxx" MMC-nin baş direktoru X16 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapdığından şikayətin dəlilləri əsassızdır və inzibati xəta haqqında iş üzrə qəbul edilmiş 24 avqust 2023-cü il tarixli, MN ******* saylı qərar qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş "xxxx" MMC-nin baş direktoru X13 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 24 avqust 2023-cü il tarixli, MN ******* saylı qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar