Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-484/2025 12.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X6 iclas katibliyi, X1 iştirakı ilə, X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin EPQ ******* saylı xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin EPQ ******* saylı xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında qərarından şikayət verərək, inzibati tənbeh etmə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətçi şikayətdə və məhkəməyə verdiyi izahatında şikayətini onunla əsaslandırdı ki, o, ümumvətəndaş pasportunun alınması məqsədilə ASAN Xidmət mərkəzinə müraciət edərkən təsadüfi şəkildə ona bildirmişlər ki, onun adında cərimə vardır. Müəyyən araşdırmalar nəticəsində (My.gov) ona məlum olmuşdur ki, onu AR İXM-nin 211.2-ci maddəsinə əsasən 100 manat məbləğində cərimə etmişlər. İşin faktiki halları ondan ibarətdir ki, o, Bakı Dövlət Universitetinin tələbəsi olmuşdur və xx.xx.2021-ci il tarixində səhər saatlarında rəfiqəsi ilə bərabər universitetə daxil olarkən universitetin qarşısında iki polis əməkdaşı ona yaxınlaşaraq şəxsi məlumatlarını ondan tələb etmişlər. O, hansı əsaslarla ondan məlumatlarını aldıqlarını soruşduqda polis əməkdaşları olaraq vəzifələrini icra etdiklərini bildirmişlər. Hazırda ona məlum olur ki, həmin tarixdə məlumatlarının əldə edilməsi əsassız və qanunsuz cəriməni yazmaq niyyətilə olmuşdur. Qeyd edir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarı ilə xx.xx.2021-ci il tarixindən açıq havada tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə edilməsi tələbi ləğv edilmişdir. Onun düşüncəsinə görə polis əməkdaşı pul qazanmaq üçün hüquqdan sui-istifadə etmişdir. Belə ki, onda olan məlumata əsasən hər yazılan cərimənin müəyyən məbləği polis əməkdaşlarına əlavə ödəniş kimi verilir. Nəzərə çatdırmaq istəyir ki, o, xəstəlikdən hədsiz dərəcədə qorxan bir insandır və pandemiya dövründə nəinki qapalı məkanlarda, hətta açıq havada da hər zaman tibbi maskadan istifadə etmişdir. Buna baxmayaraq, polis əməkdaşının heç bir əsas olmadan qanunsuz olaraq onu cərimələməsi hesab edir ki, qanunvericliyin tələblərinə ziddir. Bu səbəblə hesab edir ki, həmin qərar qanunsuz və əsassızdır və şikayətinin araşdırılaraq məhkəmə tərəfindən inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi zəruridir. Əlavə olaraq bildirmək istəyir ki, inzibati tənbeh vermə haqqında qərarın və protokolun surətindən göründüyü kimi, hadisə xx.xx.2021-ci il tarixində baş versə də, bununla bağlı qərar xx.xx.2022-ci il tarixində qəbul edilərək müvafiq sistemə yerləşdirilmişdir. Göründüyü kimi, qərar hadisədən təqribən 3 aya yaxın vaxt sonra əsassız yerə qəbul edilmişdir. Göstərilən normalardan və işin faktiki hallarından görünür ki, qərar və protokol tam qanunsuz və əsassızdır. Belə ki, polis məmuru heç bir araşdırma aparmadan, faktiki olaraq o, vəzifəsindən sui-istifadə etmiş və əsassız yerə onu cərimələmişdir. Bu uzun müddət ərzində cərimə olunmağı barədə nə mobil nömrəsinə, nə faktiki, nə də qeydiyyatda olduğu ünvana heç bir məlumat gəlməmişdir. Yəni, o, əsaslı şəkildə cərimələnmiş olsa idi, qərar icraya yönələr və bu günədək cərimə məbləğinin ondan tutulması lazım gələrdi. Barəsində çıxarılmış qərar ona məlum olduqdan sonra dəfələrlə Yasamal rayon Polis İdarəsinə və Yasamal RPİ-nin 28-ci Polis Bölməsinə müraciət (ərizə və şifahi) müraciətlər edərək onun barəsində çıxarılmış qərar və protokolun ona təqdim olunmasını xahiş etsə də, mənim müraciətlərimə heç bir geri dönüş olmamış və nəticədə qərarı ona təqdim etməmişlər. Hətta o, 28-ci polis bölməsində protokolu hansı polis məmurunun tərtib etdiyini soruşduqda ona Fərman adlı bir şəxsin adını vermişlər. Hazırda görür ki, protokol polis bölməsinin rəisi X7 tərəfındən tərtib edilmişdir. Göründüyü kimi, polis əməkdaşları onun xanım olmağından sui-istifadə edərək, vətəndaşın vəziyyətini nəzərə almadan öz qulluq mövqelərinə uyğun addımlar atırlar. Hazırkı cərimə barəsində əsassız olaraq tətbiq olunduğu üçün ona mənəvi əziyyət verməklə bərabər maddi zərər vurur. Belə ki, o, anası ilə bərabər tək yaşayır və hazırkı vəziyyətdə əsassız olaraq törətmədiyi inizbati xətanın əsassız bədəlini ödəməyə maddi vəziyyəti imkan vermir. Onun əməlində inzibati xəta tərkibi yoxdur və o, heç bir inzibati hadisə törətməmişdir. Cərimlənədiyi yerin videogörüntüləri çıxarıldığı halda haqqlı olduğu öz təsdiqini tapacaqdır. Göstərilənlərə əsasən barəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli protokola əsasən çıxarılmış xx.xx.2022-ci il tarixli EPQ seriyalı ******* nömrəli qərarın ləğv edilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. İlk əvvəl məhkəmə qeyd edir ki, qərardan şikayətvermə müddəti ötürülməmişdir. Müddətin ötürülməsi təsdiq edilmir. Ona görə də şikayətə baxılmalıdır. Çünki İXM-nin 5.1-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İXM-nin 5.2-ci maddəsinə əsasən həmin Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin EPQ ******* saylı xx.xx.2022ci il tarixli inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərara əsasən X4 xx.xx.2021-ci il tarixdə 09:57 radələrində Bakı şəhəri, Yasamal rayonu, Elmlər Akademiyası metrosunun yaxınlığında karantin rejimi qaydalarını pozaraq maskadan istifadə etmədiyinə görə İXM-in 211.2-ci maddəsi ilə təqsirli bilinib 100 manat cərimə edilmişdir. Bununla da şəxs xx.xx.2021-ci il tarixdə qeyd edilən inzibati xətanı törətməkdə təqsirli bilinsə də, həmin tarixdə fərdi qoruyucu vasitələrdən, yəni “maska”dan istifadə etməməyin inzibati məsuliyyətə səbəb olması barədə norma olmamışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 151 nömrəli Qərarına əsasən Koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 avqust saat 06:00-dək uzadılmışdır. Həmçinin 2021-ci il 31 may saat 06:00-dan: açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə edilməsi tələbi ləğv edilmişdir. Bu Qərar 2021-ci il 31 may saat 06:00-dan qüvvəyə minmişdir. Göründüyü kimi, Nazirlər Kabinetinin qərarı xx.xx.2021-ci il tarixdə qəbul edildiyindən və 31 may 2021-ci il tarixdə qüvvəyə mindiyindən, barəsində şikayət verilən inzibati qərarın qəbul edildiyi xx.xx.2022-ci il tarixdə X3 əməlində inzibati xəta tərkibinin əlamətləri mövcud olmamışdır. Azərbaycan Respublikası İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X2 barəsində İXM-nin 211.2-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin EPQ ******* saylı xx.xx.2022-ci il tarixli qərarİ ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Orxan Məmmədli
Məhkəmə qərarları › İş №3(004)-484/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-484/2025
12.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver