Məhkəmə qərarları › İş №3(004)-4858/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-4858/2025

29.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-4858/2025 29.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi, X1 nümayəndəsi X4 iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsinin EQ seriyalı 25466416 saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə tənbeh vermə qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsinin EQ seriyalı 25466416 saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə tənbeh vermə qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X1 nümayəndəsi X7 şikayətin məzmununa uyğun izahat verərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsinin EQ seriyalı 25466416 saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə tənbeh vermə qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İnzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, barəsində şikayət verilmiş həmin qərar X8 adlı şəxs barəsində qəbul edilmişdir. Qərarda da bu şəxsə aid məlumatlar yazılmışdır. Yəni barəsində qərar qəbul edilmiş şəxs başqa adamdır, şikayət vermiş şəxs isə başqa adamdır. Bununla da hazırkı iş üzrə X8 adlı şəxs barəsində qəbul edilmiş qərardan şikayəti X6 vermişdir. X3 həmin şikayəti X5 adından, onun nümayəndəsi kimi imzalamaq səlahiyyətinə dair iş materiallarına etibarnamə əlavə edilməmişdir. İXM-nin 64.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və ya zərər çəkmiş olan hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin müdafiəsi onların nümayəndələri tərəfindən həyata keçirilir. İXM-nin 65.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərmək üçün inzibati xəta haqqında iş üzrə icraatda müdafiəçi, zərər çəkmiş şəxsə hüquqi yardım göstərmək üçün isə nümayəndə iştirak edə bilər. Beləliklə, yuxarıda sadalananlara əsasən inzibati xətalar haqqında işlərdə yalnız hüquqi şəxslərin və ya zərər çəkmiş şəxslərin hüquqlarının və qanuni mənafelərinin müdafiəsini onların nümayəndəsi həyata keçirə bilər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə, o cümlədən barəsində inzibati tənbeh tətbiq edilmiş fiziki şəxsə hüquqi yardım göstərmək üçün inzibati xəta haqqında iş üzrə icraatda yalnız müdafiəçi iştirak edə bilər. Bu səbəbdən də fiziki şəxs barəsində tətbiq edilmiş inzibati tənbeh qərarından həmin şəxsin özü və ya onun adından müdafiəçisi (vəkil) şikayət verə bilər. Vəkilin səlahiyyəti vəkil qurumları tərəfindən verilən orderlə təsdiq edilir. Bu səbəbdən də barəsində inzibati tənbeh tətbiq edilmiş fiziki şəxsin adından həmin qərardan nümayəndənin şikayət vermək hüququ yoxdur. Bununla da şikayət səlahiyyəti olmayan şəxs tərəfindən verildiyi üçün hazırkı şikayətə baxılması mümkün olmadığından, şikayət geri qaytarılmalıdır. İXM-in 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (mad 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (mad. 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (mad 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (106.0.5) həll etməlidir. İXM-in 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109-cu maddələrinə əsasən, QƏRARA ALDİ: Şikayət və əlavə edilmiş sənədlər geri qaytarılsın. Şikayətçiyə qərardadın təsviri hissəsində göstərilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar