Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4866/2023 27.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 33 ünvanında yerləşən Şəxs MTK (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X3 Xidməti 2-ci ərazi X3 İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: 08 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 33 ünvanında yerləşən tikilməkdə olan çoxmənzilli yaşayış binasında keçirilən planlı yanğıntexniki müayinə zamanı YTQ –nın pozulduğu müəyyən olunmuşdur. Bununla da o, İXM-in 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol tərtib etmiş şəxs Elçin Şıxıyev məhkəmə iclasında bildirdi ki, Şəxs MTK barəsində əvvəl də İXM-nin 518.1-ci maddəsi ilə protokol tərtib edilmiş və Yasamal rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə inzibati cərimə edilmişdir. il ərzində təkarar olaraq yenə də inzibati xəta törətdiyi üçün, yenidən protokol tərtib edilib məhkəməyə göndərilmişdir. Buna görə də tənbkh qərarı çıxarılmasını xahiş etdi. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsə və məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İXM-in 518.1-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulması və ya yerinə yetirilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Şəxs MTK-nin həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokolla, xx.xx.2023-cü il tarixli, 3743 saylı aktla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Bundan başqa iş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 3(004)- 1185/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən Şəxs MTK bundan əvvəl də İXMnin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 350 manat məbləğində cərimə edilmişdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MTK İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə təqsirli bilinərək, 500 manat (beş yüz manat) məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-4866/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4866/2023
27.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver