Məhkəmə qərarları › İş №3(004)-487/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-487/2022

11.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-487/2022 11.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Zəminə Səməd qızının katibliyi ilə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin səlahiyyətli nümayəndəsi X3, "xxxx" MMC-nin səlahiyyətli nümayəndəsi X5 iştirakları ilə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən daxil olmuş X9 işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə MN ******* nömrəli 18 yanvar 2022-ci il tarixli X9 protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. X9 həmin protokoldan görünür ki, ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus klinikada 18 yanvar 2022-ci il tarixdə saat 13:15-də aparılan planlı yoxlama zamanı həkim dermalotoloq X2 fəaliyyət göstərdiyi aşkar edilmişdir. Bununla da MMC tərəfindın İXM-in 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilmişdir. Məhkəmə iclasında iştirak edən X9 protokol tərtib etmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi İ.M.Hacıyev bildirmişdir ki, aparılmış yoxlama zamanı "xxxx" MMC-nin həkim dermalotoloq X1 keçmədən işləməsi halı müəyyən edilmişdir. Odur ki, MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Barəsində X9 iş üzrə icraat aparılan "xxxx" MMC-nin səlahiyyətli nümayəndəsi X8 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, 2022 ci ilin yanvar ayinin 18-də rəhbərlik etdiyi klinikada Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin planlı şəkildə yoxlanmasi heyata keçirilmişdir. Yoxlama nəticəsində müəssisə barədə heç bir hüquqi əsas olmadan İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinə əsasən qanunsuz olaraq ******* saylı "X9 Protokol" tərtib edilmişdir. Klinikada 10 ildən artiq 0.5 ştat vahidi üzrə həkim dermatoloq kimi fəaliyyət göstərən X12 oglu 1 aydan çoxdur ki, sertifikasiya kursundan və imtahanindan keçmədiyinə görə işə buraxilmir. Səhiyyə Nazirliyin əməkdaşları tərəfindən yoxlama aparılan tarixdə və saatda X12 oglunun işləməsi faktının aşkar edilməsi qeyd edilə də belə bi hal mövcud olmamışdır. Odur ki, hüquqi şəxsin barəsində iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak etmiş X7 bildirmişdir ki, ona ixtisası üzrə sertifikasiyadan keçməsi barədə xəbərdarlıq olunmuş, sertifikasiyadan keçmədiyi təqdirdə işə gəlməməsi bildirilmişdir. Bu səbəbdən 01.01.2022-ci il tarixindən növbəti məzuniyyətə çıxmışdır. Protokol tərtib olunan vaxt praktiki tibb fəaliyyəti ilə məşqul olsının qeyd edilməsi həqiqəti əks etdirmir belə bir hal olmamışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, X9 iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş, 29 dekabr 2021-ci il tarixli 36 nömrəli “növbəti məzuniyyət haqqında” əmrdən məlum olur ki, müəssisənin həkim dermato-veneroloqu X6 01.01.2022-ci il tarixindən 05.02.2022-ci il tarixinədək 36 təqvim günü, ümumilikdə 39 gün əmək məzuniyyəti verilmiş, işçi 09.02.2022-ci il tarixində uyğun ixtisas üzrə sertifikasiyadan keçdiyi halda işə başlayacağı əmrdə qeyd edilmişdir. İş materiallarında olan 29.12.2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, Şəxs MMCnin rəhbəri X8 tərəfindən həmin mərkəzdə çalışan həkim dermatoveneroloq X7 aidiyyatı ixtisası üzrə sertifikasiyadan keçməsi, iş yeri 6 ay müddətinə saxlanılmaqla ona möhlət verilməsi barədə xəbərdar olunmuşdur. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanunun 49-1-ci maddəsinə əsasən Sertifikasiyadan keçməyən işçilər 6 ay müddətində iş yeri saxlanılmaqla, müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifikasiya olunmaq üçün müraciət edə bilərlər. Sertifikasiyadan təkrarən keçməyən işçilərlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Məhkəməyə təqdim olumuş sənədlər və qeyd olunan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Sərdar Qasımova, iş yeri 6 ay müddətinə saxlanılmaqla möhlət verilməsi, sertifikasidan keçmədiyinə görə onun işə buraxılmaması nəzərə alınmamış, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi X9 protokol tərtib olunmuşdur. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, yoxlama həyata keçirildiyi zaman X4 müvafiq sertifikasiyadan keçməmiş praktik tibb fəaliyyəti göstərməsi qeyd edilsə də həmin şəxs faktiki olaraq həmin vaxt tibb müəssisəsində olmamışdır.Yəni həmin vaxt onun tərəfindən praktik tibb fəaliyyəti göstərməməsi işin mübahisəsiz halıdır. Məhkəmə qeyd edir ki, Şəxs MMC-nin hərəkətlərində (əməlində) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinin tərkibi o, vaxt yarana bilərdi ki, onun əməlində dispozisiya şərtlərinin bütün əlamətləri mövcu olmuş olardı, konkret olaraq “qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxsin (işçilərin) praktik tibb fəaliyyətinə buraxılması” halı (ən azından həmin şəxsin iş yerində olması və praktiki olaraq işləməsi) mövcud olmuş olardı və bu hal iş materialları ilə öz təsdiqini tapmış olardı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində X9 iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, X9 iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında X9 iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) X9 işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən inzibati xəta törədilmədiyindən sonuncu barəsində olan X9 işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə başlanmış X9 iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar