Məhkəmə qərarları › İş №3(004)-488/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-488/2024

15.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-488/2024 15.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMCnın direktoru X6 iştirakları ilə, Hüquqi ünvanı ünvan 1 (VÖEN:**********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokola əsasən vətəndaş X14 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən "xxxx" MMC tərəfindən işə cəlb edilmişdir. Bununla da "xxxx" MMC İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında protokol tərtib etmiş səlahiyyətli orqanın (vəzifəli şəxsin) nümayəndəsi X2 inzibati xəta haqqında protokolu müdafiə edərək "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Əlavə verilmiş suallara cavab olaraq bildirmişdir ki, Ağayev Əli şikayət edəndən sonra X11 Xidməti Bakı şəhər İdarəsinə dəvət olunmuşdu və ondan izahat alınmışdır. Sonradan məhkəmə iclasında iştirak edən İbrahimov Murad da izahat vermişdir. İlkin olaraq hər ikisi protokolda təsbit olunan halları təsdiq etmişdilər. Əmək müqaviləsi olmadan Ağayev Əlini işə cəlb olunması ilə bağlı bir neçə sübutları məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nın direktoru X13 bildirmişdir ki, "xxxx" MMC-nin barəsində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, X15 MMC-nin işçisi olmamışdır. "xxxx" MMC Türkiyə Respublikasında fəaliyyət göstərən restoran şəbəkisinin Bakı filialıdır. Hazırda Bakıda üç restoran fəalıyyət göstərir. Ümumi işçilərin sayı 40 nəfərdi. Hamısıda rəsmi əmək müqaviləsi ilə çalışırlar.Başqa cür mümkündə deyil, çünki hər sheyə nəzarət Tükiyədəki baş ofisdən həyata keçirilir. Rəhbərlik etdiyi restoranda su şef vəzifəsində işləyən İbrahimov Murad xx.xx.2023-cü ildə qolu qipsdə olarkən işə gəlmişdir. Bu halı videokamerada görüb, ona bildirmişdir ki getsin evə sağalanda gəlsin. Bundan işlədiyi 17 günə görə pul istəmişdir. O isə Murada bildirdi ki, noyabr ayın axırında işlədiyi günlərin pulunu ala bilər. Görünür buna əsəbləşərək öz dostu Əli ilə plan qurub onu ziyana salmaq istəmişdilər. Qeyri rəsmi və qanunsuz hərəkətlərə heç vaxt yol vermədiyini və Ağayev Əlini tanımadığını bir daha qeyd etmişdir. Bütün vergi və sair dövlət ödənişlərini vaxtında etdiyini də vurğulamışdır. Bir neçə dəfə Əmək Müfəttişliyində olaraq bu əsassız protokolun ləğv edilməsini xahiş etmişdir. Göründüyü kimi "xxxx" MMC-yə istinad edilən inzibati xəta hadisəsi yoxdur. Ona görə də inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 inzibati xəta haqqında protokolda göstərilən xüsusatları təkzib edərək, bildirmişdir ki, o dostu olan İbrahimov Murad ilə birlikdə kirayədə yaşayır. Murad "xxxx" restoranın Əhməd Rəcəbli küçəsində yerləşən filialında su şef vəzifəsində işləyirdi. O isə ayrı-ayrı yerlərdə kuryer kimi işləyir. Muradın yanına 2-3 dəfə getmişdir. Restoranın müdirini tanımırdı. Orada heç vaxt işləməyib. 17 noyabr 2023-cü il tarixdə Murad ona zəng edərək bildirdi ki, onu işdən kənarlaşdırıblar, məhz buna görə kirayə pulunu ödəyə bilməyəcək. Buna qəzəblənərək Əmək Müfəttişliyinə və dövlətin ayrı-ayrı qurumlarına "xxxx" barəsində şikayət ünvanlamışdır ki, güya orada qeyri rəsmi işləyərək zədə almışdır. Sonradan öz səhvini başa düşüb şikayətini qeri götürmək istəyib, lakin Əmək Müfəttişliyi ondan və Muraddan ilk izahat alandan sonra bunun istəyini qəbul etməyərək "xxxx"MMC barəsində protokol tərtib etmişdilər. Suala cavab olaraq qeyd etmişdir ki, o barmağını evdə kəsmişdir və xəstəxanada olarkən işdə kəsildiyini deməmişdir. Hazırda öz etdiyi hərəkətdən peşmandır və şikayəti əsasında tərtib olunmuş protokolu əsassız hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında bildirmişdir ki, X8 dostudur, onunla bir yerdə kirayədə qalır. xx.xx.2023-xx.xx.2024 tarixlər arasında "xxxx"MMC-nin Əhməd Rəcəbli küçəsində olan restoranda suşef işləmişdir. Qəza nəticəsində xx.xx.2023-cü il tarixdə qolunu qırmışdır və qoluna qips qoyulmuşdur. Onu işdə qipsdə müdir görərək evə qaytararaq, pul verməmişdir. O bu barədə Əliyə bildirəndə, Əli çox əsəbləşərək, bildirdi ki, gəl Eldar müəllimin barəsində Əmək Müfəttişliyinə şikayət edək. O bununla razılaşdı. Sonradan həmin quruma gedərək məlum olan izahat vermişdir. Bir müddət keçəndən sonra Əli və özü başa düşdülər ki, səhv addım atmışdılar. Hazırda o orada işləmir. Suala cavab olaraq bildirdi ki, Ağayev Əli heç vaxt "xxxx" da işləməyib, sadəcə bir neçə dəfə onun yanına gəlmişdır ora. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, o "xxxx" MMC-də inzibatçı vəzifəsində işləyir. Onun əmək funksiyalarına işçılərə nəzarət daxildir. Ağayev Əli adında insanı tanımır. Murad İbrahimov isə bir müddət filialın birində işləmişdir. "xxxx" MMC barəsində tərtib olunmuş protokolla əlagədar bir məlumatı olmamışdır. Suala cavab olaraq bildirdi ki, bütün işçilərlə əmək müqavilələr var. Buna nəzarəti də baş ofisdən edirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, o 2 ilə yaxındır ki, "xxxx" MMC-nin Əhməd Rəcəbli küçəsində fəaliyyət göstərən restoranda baş aşpaz kimi işləyir. İbrahimov Muradı tanıyır, o 3 ay müddətində su şef işləyib restoranda. Ağayev Əli isə heç vaxt restoranda işləməyib. İş materiallarında olan vətəndaş X14 Azərbaycan Respublikası Birinci Vitse- Prezidentinin katibliyinə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizədən gürünür ki, o, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək “aşpaz” olaraq "xxxx"MMC-da çalışmış və xx.xx.2023-cü il tarixdə iş yerində baş verən bədbəxt hadisə nəticəsində xəsarət almış, lakin işəgötürən tərəfindən sözügedən hadisə ilə bağlı heç bir tədbir görülməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Azərbaycan X3 Ortopediya İnstitutu” X19 X11 Xidmətin Bakı şəhər İdarəsinə ünvanlanmış xx.xx.2024cü il tarixli, 61 saylı məktubunda qeyd olunmuşdur ki, vətəndaş 1999-cu il təvəllüdlü X15 xx.xx.2023-cü il tarixində instituta birbaşa müraciət etmiş və 22585 sıra sayı ilə ambulator jurnalda qeydə alınmışdır. Xəstə kliniki müayinə edilmiş, həkim V.Mİkayılov aşağıdakı diaqnozu təyin etmişdir: D-Z.Sol əlin 1-ci barmağın kəsilmiş yarası,açıcı vətərin zədələnməsi. Xəstənin deməsinə görə-Zədəni işdə bıçaq kəsərək alıb. İş materiallarında olan “Alı Agaev” adlı istifadəçinin “gunay n babayeva” adlı istifadəçiyə elektron poçt vasitəsilə ünvanlanmış məktubda aşağıdaki məzmunlu məlumatlar qeyd olunmuşdur: “Salam Günay xanim, siz narahat eden X22 restoraninda aspaz isleyen xesaret almisdim isde, onunla bagli maraglanmag isteyirdim, mene mudriyyet zeng edib uz be uz söhbet etmey ucun cagirdi ne meslehet gorursuz?” Beləliklə yuxarıda qeyd olunan materilları tədqiq edərək məhkəmə hesab edir ki, məhkəmə iclasında iştirak edən şahidlərin ifadələri həqiqəti əks etdirmir. Göründüyü kimi, xx.xx.2024-cü il tarixdə X16 X11 Xidməti Bakı şəhər İdarəsində verdiyi izahatdan sonra "xxxx"MMC-nin rəhbərliyi ilə razılıq əldə edərək öz şikayətini təkzib etməsi iş materiallarında olan digər sənədlərlə uyğunsuzluq təşkil edir və şirkət rəhbərliyinin inzibati tənbeh tətbiq edilməsindən yayınmaq məqsədi daşıyır. İXM-in 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi inzibati xəta kimi müəyyən edilmişdir. "xxxx" MMC-nin həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, vətəndaş X14 iş materiallarında olan müxtəlif dövlət qurumlarında ünvanladığı ərizələri, X11 Xidmətinə verdiyi iş materiallarındakı izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə tərəfindən inzibati tənbeh tədbiri tətbiq edilərkən "xxxx" MMC-nin əməlində İXM-in 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək, 20000 manat (iyirmi min manat) məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən:Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar