Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-4882/2025 30.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Mirzəyev Çingiz Rövşən oğlunun katibliyi, qərarından şikayət verilmiş orqanın etibarnamə üzrə nümayəndəsi X4 iştirakı ilə, X2 Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin xx.xx.2025-ci il tarixli, AYN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin xx.xx.2025-ci il tarixli, AYN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş orqanın etibarnamə üzrə nümayəndəsi X7 şikayətə etiraz edərək bildirmişdir ki, X2 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarla bağlı ona ASAN SMS vasitəsilə məlumat göndərilmişdir. Qüvvədə olan İnzibati Xətalar Məcəlləsinə əsasən xüsusi texniki vasitənin köməyi ilə aşkar edilmiş inzibati xətalar üzrə real vaxt rejimində qərar tərtib edilərək şəxsin elektron kabinetinə yüklənir və şəxsə dərhal sms bildiriş göndərilir. SMS bildirişin çatdırıldığı vaxt şəxs qərarı almış hesab edilir. Görünüdüyü kimi, X5 xx.xx.2025-ci il tarixdə sms bildiriş göndərilmiş lakin həmin tarixdən 20 gündən çox vaxt keçməsinə baxmayaraq şəxs tərəfindən həmin qərar mübahisələndirilməmişdir. Eyni zamanda hazırki şikayət üzrə ötürülmüş prosessual müddətin bərpasına dair vəsatət verilməmişdir. Hesab edir ki, hazırki halda şikayət ərizəsi qərardan şikayət vermə müddəti ötürüldüyündən baxılmadan geri qaytarılmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış barəsində inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X6 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfi dinləyib, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək edir ki, şikayət ərizəsi geri qaytarılmalıdır. Belə ki, məhkəməyə təqdim edilmiş şikayət ərizəsinə əlavə edilmiş qərardan aydın olur ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin xx.xx.2025-ci il tarixli, AYN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X1 Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsində nəzərdə tutulan xətanı törətməkdə təqsirli bilinib, 20 manat miqdarında cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş (qərarından şikayət verilmiş orqanın nümayəndəsi tərəfindən təqdim edilmiş) “bildirişlərin çatdırılma cədvəlinə” dair çıxarışdan müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixli, AYN ******* saylı inzibati tənbeh vermə haqqında qərarla bağlı sms xəbərdarlıq xx.xx.2025-ci il tarixdə X5 çatdırılmışdır. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, X6 Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin xx.xx.2025-ci il tarixli, AYN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət vermə müddətini ötürmüşdür və müddətin bərpa edilməsi ilə bağlı vəsatət verməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 128.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest aşağıdakı qaydada verilir: 128.2.1. hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə; 128.2.2. kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə; 128.2.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Beləliklə məhkəmə hesab edir ki, X2 Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin xx.xx.2025-ci il tarixli, AYN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayəti Azərbaycan Respublikası İXM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş şikayət vermə müddəti buraxıldığından və buraxılmış müddətin bərpasına dair vəsatət verilmədiyindən geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 126-130-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin xx.xx.2025-ci il tarixli, AYN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət ərizəsi geri qaytarılsın. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-4882/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-4882/2025
30.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver