Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4886/2024 14.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Şükürov Rauf Azər oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru Nümayəndə1, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMCnin nümayəndəsi Askar Musayevin iştirakları ilə, Hüquqi ünvanı ünvan 1ONSTRUCTİON COMPANY” MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 11 sentyabr 2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar və ona əlavə edilmiş materiallar məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında 11 sentyabr 2024-cü il tarixli qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlamadan və əmək müqaviləsi bildirişini əmək münasibətlərinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmədən Şahid2 05 dekabr 2023-cü il tarixdən 2024-cü ilin yanvar ayınadək olan müddət ərzində fəhlə, Şahid3 21 fevral 2024-cü il tarixdən 11 mart 2024-cü il tarixədək olan müddət ərzində usta-malyar, Şahid1 isə 21 noyabr 2023-cü il tarixdən 11 mart 2024-cü il tarixədək olan müddət ərzində usta-malyar işlərinin görülməsinə cəlb edilmişdirlər. Məhkəmə iclasında iştirak edən inzibati icraat aparan orqanın nümayəndəsi Nümayəndə1 inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı müdafiə edərək bildirmişdir ki, X5 xx.xx.2023-cü il tarixdən 2024-cü il yanvar ayınadək olan müddət ərzində, Şahid3 xx.xx.2024-cü il tarixdən 11 mart 2024-cü il tarixədək olan müddət ərzində usta-malyar, Şahid1 Nurulla oğlunu isə 21 noyabr 2023-cü il tarixdən 11 mart 2024-cü il tarixədək olan müddət ərzində usta-malyar işlərinin görülməsinə cəlb etmiş, bununla da “X2” MMC Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Sorğularla müəyyən edilmişdir ki, adı çəkilən şəxslərlə əmək müqaviləsi bağlanmamışdır. Odur ki, hüquqi şəxs barəsində tənbeh tətbiq edilməsini və qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi Askar Musayev məhkəmə iclasında İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında 11 sentyabr 2024-cü il tarixli qərara etiraz edərək bildirdi ki, niyə prokurorluq onlarla danışıq aparmayıb. Hazırda məhkəmədə iştirak edirlər. Çünku şirkətə bu barədə məlumat verilib. Əgər səlahiyyətli orqan vaxtında şirkətlə təmasa keçsə idi, onlar məhkəmə olmamış mübahisəni yoluna qoyardı. Heç bir işçi ilə qanun pozuntusuna yol verilməmişdir. Çünki adı çəkilən şəxslər yalnız rəsmi göstərilən müddətdə əmək müqaviləsinə əsasən çalışmışlar. İşə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi X6 bildirdi ki, "xxxx" MMC barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şahid3 izahatında göstərmişdir ki, onun pulunu yeyiblər. Şirkətin müdiri Orxan müəllim olmuşdur. Orada 1 aya yaxın işləmişdir. Təqribi mart ayı olardı. Əmək müqaviləsi bağlanmışdı. Malyar işinə baxırdı. Fevral ayında işləmişdir 25-26 gün. Marta kimi. Pulu ödənilməmişdi. Hazırda ödənilib. 1200 manat pul verdilər. Onları şikayətə məcbur edən də olmuşdu. Şəxsin adı Şahid1 olmuşdu. Şikayət verəndən sonra pulunu verdilər. Məhkəmə iclasında iştirak edən Şahid1 izahatında göstərmişdir ki, o, Nümayəndə2la iş danışırdı. Onların müəssisəsinə adam gətirirdi. Daha sonra işçilərin pulun verə bilmədi. Ümumi 3500 manat puldu. Onu divara dirədilər. Orxan da deyir, pul vermirəm, çünki iş tam təhvil verilməyib. Mart ayının sonunda işdən çıxmışdır. Əmək müqaviləmin olub-olmaması barədə məlumatı yoxdur. Əmək kartları köməkçinin əlində idi. Martda müqaviləsi olmuşdur, oktyabrda bilmir. İşə fevral ayının axırı girmişdir. Özü nəzarətçi kimi işləmişdir. Məhkəmə iş materiallarını və ona əlavə edilmiş sənədləri araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarında olan X1 Sisteminin (bundan sonra EPİS) məlumat bazası çıxarışından görünür ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü tarixədək olan müddətdə Şahid1 ilə «ALİOGLU CONSTRUCTİON COMPANY” MMC arasında hüquqi qüvvəyə minmiş əmək müqaviləsi mövcud deyildir. Araşdırma zamanı Şahid1 ilə «ALİOGLU CONSTRUCTİON COMPANY” MMC arasında 11 mart 2024-cü il tarixdə əmək müqaviləsi bağlanması müəyyən edilmişdir. İş materiallarında olan X1 Sisteminin (bundan sonra EPİS) məlumat bazası çıxarışından görünür ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddətdə Şahid3 ilə Şəxs MMC arasında hüquqi qüvvəyə minmiş əmək müqaviləsi mövcud deyildir. Araşdırma zamanı К.M.Cəfərov ilə «ALİOGLU CONSTRUCTİON COMPANY” MMC arasında 11 mart 2024-cü il tarixdə əmək müqaviləsi bağlanması müəyyən edilmişdir. İş materiallarında olan X1 Sisteminin (bundan sonra EPİS) məlumat bazası çıxarışından görünür ki, xx.xx.2023-cü il tarixdən 2024-cü ilin yanvar ayınadək olan müddətdə Şahid2 ilə Şəxs MMC arasında hüquqi qüvvəyə minmiş əmək müqaviləsi mövcud deyildir. İş materiallarında olan Şahid1 izahatından görünür ki, "ALİOGLU CONSTRUCTİON COMPANY” MMC-nin direktoru Nümayəndə2 göstərişi əsasında tikinti işlərinin görülməsi üçün Şahid2 və bir neçə şəxsi işlərin görülməsinə cəlb etmiş, 20 dekabr 2023-cü il tarixədək gördükləri işin müqabilində əmək haqlarının bir hissəsini nəğd formada alsa da, qalan hissəsini ala bilməmişlər. "ALİOGLU CONSTRUCTİON COMPANY” MMC-də 21 noyabr 2023-cü il tarixdən 2024-cü ilin mart ayınadək işlədiyi müddət ərzində onunla əmək müqaviləsi bağlanmamışdır. İş materiallarında olan Şahid2 izahatından görünür ki, tanışı Şahid1 təklifi əsasında 05 dekabr 2023-cü il tarixdən "ALİOGLU CONSTRUCTİON COMPANY” MMC-də fəhlə kimi işə başlamış, işlədiyi 1 ay müddət ərzində onunla qeyd olunan MMC arasında əmək müqaviləsi bağlanmamış, gördüyü işin qarşılığında 1000 manat pulu hazırki vaxtadək ödənilməmişdir. İş materiallarında olan Şahid3 izahatından görünür ki, o, 2024-cü ilin fevral ayının əvvəllərindən etibarən martın 14-nə qədər "xxxx" QSC-də usta kimi işləmişdir. Onu həmin şirkətlə əməkdaşlıq edən “Əlioğlu” şirkətinin direktoru Nümayəndə2 ilə tanışı Şahid1 tanış etmişdir. Son olaraq onun 1470 manat pulu hələ də ödənilməmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Şəxs MMC tərəfindən Şahid2 05 dekabr 2023-cü il tarixdən 2024-cü ilin yanvar ayınadək olan müddət ərzində, Şahid3 21 fevral 2024-cü il tarixdən 11 mart 2024-cü il tarixədək olan müddət ərzində, Şahid1 21 noyabr 2023-cü il tarixdən 11 mart 2024-cü il tarixədək olan müddət ərzində işlərinin görülməsinə əmək müqaviləsi bağlanmadan işə cəlb edilmişdir. Bununla bağlı Azərbaycan Respublikası Baş Prokurorluğu Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən Şəxs MMC-nin əməlində inzibati xətanın əlamətlərinin olması müəyyən edildiyindən sonuncunun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə qərar tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, hüquqi şəxs hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması qərara alınmışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinə əsasən əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin məcəllənin 44.1-ci maddəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır. Həmin məcəllənin 44.2-ci maddəsinə əsasən tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir. Həmin məcəllənin 44.3-ci maddəsinə əsasən müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Həmin məcəllənin 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materiallarında olan biri digərini tamamlayan sübutlar ilə öz təsdiqini tapmışdır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs MMC-nin əməlində məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs MMC-nin əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi nəzərə alınmaqla həmin Məcəllənin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək, 20.000 (iyirmi min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №3(004)-4886/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4886/2024
14.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver