Məhkəmə qərarları › İş №3(004)-4887/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4887/2024

13.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4887/2024 13.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X5 Seyidovun sədrliyi, İlham Əmrah oğlu Nəcəflinin katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru X3, Zərərçəkmiş şəxs (tələbkar) - X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxx 1979-cu ildə Yevlax rayonu, Qoyunbinəsi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Yevlax rayonu, Qoyunbinəsi kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-1-ci maddəsi ilə Bakı şəhəri Yasamal rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon İcra Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-1-ci maddəsi ilə MN ******* saylı, 13 sentyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən Şəxs Yevlax Rayon Məhkəməsinin 2(039)- 544/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən 9500 manat pul Şəxs tutularaq X2 ödənilməlidir. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-606/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən 5122 manat pul X6 ödənilməlidir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru X7 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Yevlax Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli, 2(039)-544/2020 saylı icra vərəqəsinə əsasən 9500 manat pul Şəxs alınaraq X2 ödənilməsi qət edilmişdir. Lakin borclu icra sənədini icra etməklə onların qanuni tələblərini icra etməmişdir. Həmçinin tələbkarlar borcun tam şəkildə ödənilməsini tələb edir. Qeyd edilənləri nəzərə alaraq şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, hazırda heç yerdə işləmir, həmçinin məşğulluqda qeydiyyatdadır. X11 ilə razılığa gəlmişdir. xx.xx.2024-cü il tarixində 3000 manat ödəniş edəcəkdir. Odur ki, göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X4 məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, şəkər xəstəsidir. Əməliyyat olmağı üçün pul lazımdır. Şəxs ona olan borcundan 3000 manatı xx.xx.2024-cü il tarixində ödəyəcəyi barədə söz vermişdir. O da öz növbəsində buna etiraz etmir və onun barəsində iç üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Yevlax Rayon Məhkəməsinin 02 mart 2020-ci il tarixli, 2(039)-544/2020 saylı icra vərəqəsinə əsasən 25660 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 166,98 manat pulun cavabdeh Şəxs 9500 manat məbləğində pulun tutularaq iddiaçı X2 verilməsi qət edilmişdir. “İcraata başlamaq haqqında” 15 iyul 2020-ci il tarixli qərarın surətindən görünür ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-544/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış, qərar və tələbin könüllü icrası barədə bildiriş Şəxs tərəfindən xx.xx.2021-ci il tarixdə imzalanmaqla rəsmi qaydada qəbul edilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 02 iyun 2022-ci il tarixli, 8(004)-338/2022 saylı qərarından görünür ki, Şəxs məcburi qaydada Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinə gətirilməsi qərara alınmışdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 19 iyul 2022-ci il tarixli, 8(004)-480/2022 saylı qərarından görünür ki, Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 12 mart 2024-cü il tarixli, 3(004)- 1413/2024 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 08 gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilmişdir. Şəxs tərəfindən sonuncu dəfə verilmiş və iş materiallarına əlavə edilmiş 12 mart 2024cü il tarixli izahatında o, icra sənədindən xəbərdar olduğunu, daimi iş yerinin olmadığı üçün icra sənədi üzrə tələbi bugünədək tam şəkildə icra edə bilmədiyini, icra sənədi üzrə bugünədək 3500 manat ödəniş etdiyini, Bakı şəhərində olmadığı üçün icra icra məmurunun çağırışlarına gələ bilmədiyini, bu ilin sonunadək icra sənədi üzrə tələbi tam şəkildə icra edəcəyini, adına rəsmiləşdirilmiş daşınar və ya daşınmaz əmlakı, həmçinin aidiyyəti təşkilatlarda qiymətli kağızlar və ya əmanəti olmadığını bildirmişdir. X4 tərəfindən təqdim edilmiş 13 sentyabr 2024-cü il tarixli ərizədən görünür ki, o, Şəxs barəsində iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinə əsasən Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb, icra işini nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Bununla yanaşı, məhkəmə iclasında iştirak edən Şəxs borcunun müəyyən hissəsini zərərçəkmiş şəxsə ödəmiş və 3000 manat ödənişi də xx.xx.2024-cü il tarixdə ödənilməsi üçün zərərçəkmiş şəxslə razılıq əldə etmişdir. Göründüyü kimi, Şəxs əməlində üzürsüz səbəbdən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi halı olmamış, həmin borcun 3500 manat hissəsini zərərəçəkmiş şəxsə ödəmişdir ki, göstərilən bu hallar Şəxs üzürsüz səbəbdən və ya qərəzli olaraq borcunu ödəməkdən yayınmasını istisna edir. Bununla yanaşı, “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, şəxsin icra sənədini icra etməməsi o halda üzürsüz hal kimi qiymətləndirilə bilər ki, məhkəməyə təqdim edilmiş sənədlərlə şəxsin icra sənədini icra etməyə maddi imkanın olması və ya adına qətnaməni icra etməyə imkan verən əmlakının olduğu halda şəxsin həmin əmlak hesabına qəsdən icra sənədi üzrə ödənişi həyata keçirməməsi öz təsdiqini tapmış olsun. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən icra məmurunun, zərərçəkmiş şəxsin və barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatlarında göstərdikləri xüsusatlarla Şəxs məhkəmə qətnaməsini məhz üzürsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamışdır. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzürsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs bir müddətdir işsiz olması öz təsdiqini tapdığından və bununla da icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar