Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-49/2023 17.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X2 iclas katibliyi ilə Hüquqi ünvanı ünvan 1 Korporasiyası "xxxx" ASC (VÖEN:**********) barəsində Azərbaycan Respublikası İXM-nin 499.1.4-cü maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən “Avro-Asiya” İnşaat Korporasiyası "xxxx" ASC barəsində İXM-in 499.1.4-cü maddəsi ilə xx.xx.2022ci il tarixdə, MN №00100-02660/22 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötəri ki, ünvan 2 ünvanında qeydiyyatda olan “X1 "xxxx" ASC tərəfindən **********3471 sorğu nömrəli xx.xx.2019-cu il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş 01 (bir) ədəd “Bauer MC 96” markalı özüqedən tırtıllı kran (sökülmüş halda) yükü xx.xx.2020-ci il tarixədək 01 (bir) il müddətinə müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməklə müvəqqəti olarag Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmışdir. Sonradan “X1 “Evrascon’’ ASC tərəfindən xx.xx.2021-ci il tarixdə təqdim edilmiş xx/xx/010121 qeydiyyat nömrəli ərizə əsasında sözügedən gömrük bəyannaməsində geyd edilən yükün müvəqqəti ixrac müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. İş materiallarına əlavə edilmiş Gömrük Xidmətinin “Vahid Avtomatlaşdırılmış idarəetmə Sistemi” (VAİS) informasiya resursundan çıxarışdan görünür ki, **********3471 sorğu nömrəli xx.xx.2019-cu il tarixli gömrük bəyannaməsi ilə müvəggəti ixrac gömrük proseduru altında yerləşdirilmiş 1 (bir) ədəd “Bauer MC 96” markalı özügedən tırtıllı kran (sökülmüş halda) yükünün müvəggəti ixrac müddətinin son tarixi xx.xx.2022-ci il müəyyən edilmişdir. Lakin, müvəqqəti ixrac müddətinin xx.xx.2022-ci il tarixində bitməsinə baxmayaraq **********3471 sorğu nömrəli xx.xx.2019-cu il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş 1 (bir) ədəd “Bauer MC 96" markalı özüqedən tırtıllı kran (sökülmüş halda) yükünün müvəqqəti ixrac müddəti bitməmiş “X1 "xxxx" ASC tərəfindən həmin malların Azərbaycan Respublikasının gömrük ərazisinə gaytarılması və ya digər gömrük prosedurunda rəsmiləşdirilməsi ilə bağlı gömrük orqanına müraciət edilməmişdir. Qeyd edilən faktla bağlı aparılan araşdırma zamanı məlum olmuşdur ki, **********3471 sorğu nömrəli xx.xx.2019-cu il tarixli gömrük bəyannaməsində qeyd edilən 1 (bir) ədəd “Bauer MC 96” markalı özügedən tırtıllı kran (sökülmüş halda) yükünün müvəqqəti ixrac müddəti xx.xx.2022-ci il tarixdə bitsə də, həmin malın ixrac gömrük prosedurunda rəsmiləşdirilməsi ilə bağlı “X1 "xxxx" ASC tərəfindən müvəqqəti ixrac müddəti bitdikdən 6 (altı) ay 10 (on) gün sonra, yəni xx.xx.2022-ci il tarixdə **********1960 sorğu nömrəli gömrük bəyannaməsi tərtib edilmiş və gömrük orqanına təqdim edilmişdir. “X1 "xxxx" ASC tərəfindən **********3471 sorğu nömrəli xx.xx.2019-cu il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş 1 (bir) ədəd “Bauer MC 96” markalı özüqedən tırtıllı kran (sökülmüş halda) yükünün xx.xx.2022-ci il tarixli **********1960 sorğu nömrəli ixrac gömrük bəyannaməsinə əsasən ümumi dəyəri 306000,00 (üç yüz altı min) manat təşkil edir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi X4 məhkəmə iclasında bildirdi ki, obyektdə yoxlama aparılarkən, obyektə baxışa şərait yaradılmamışdır, həmçinin sənədlər təqdim edilməmişdir. Ona görə də protokol tərtib edilmişdir. Protokol tərtib etmiş səlahiyyətli orqanın (vəzifəli şəxs) nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsini göndərməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə tərəfi dinləyib, iş materiallarını nəzərdən keçirdərək, aşağıdakılara əsasən hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsaslar vardır. Belə ki, inzibati xəta haqqında protokoldan da görünür ki, “X1 "xxxx" ASC tərəfindən **********3471 sorğu nömrəli xx.xx.2019-cu il tarixli gömrük bəyannaməsi ilə 1 (bir) ədəd “Bauer MC 96” markalı özüqedən Tırtıllı kran, son tarix xx.xx.2022-ci il müəyyən edilməklə müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmişdir. Lakin həmin Tırtıllı kran qeyd edilən tarixədək Azərbaycan Respublikasının gömrük ərazisinə gaytarılması və ya digər gömrük prosedurunda rəsmiləşdirilməsi ilə bağlı gömrük orqanına müraciət edilməmişdir. Lakin iş materiallarında olan “Avro-Asiya” İnşaat Korporasiyası "xxxx" ASC ilə TOO “Энергомост LTD” arasında 31 mart 2021-ci il tarixli EAC-ASM-43/21 saylı alğı-satqı müqaviləsinə əsasən 1 (bir) ədəd “Bauer MC 96” markalı özüqedən tırtıllı kran TOO “Энергомост LTD”-yə 180.000 ABŞ dollarına (306.000 manat) satılmışdır. İş materiallarından və inzibati xəta haqqında protokoldan da görünür ki, məhz həmin 1 (bir) ədəd “Bauer MC 96” markalı özüqedən tırtıllı kran (sökülmüş halda) xx.xx.2022-ci il tarixli **********1960 sorğu nömrəli ixrac gömrük bəyannaməsinə əsasən Qazaxıstan Respublikasına ixrac edilmişdir. Malın dəyəri 180.000 ABŞ dolları (306.000 manat) təşkil etmişdir. Həmin gömrük bəyənnaməsinə əsasən qeyd edilən Tırtıllı Kranın ixracı ilə əlaqədar 743,40 manat gömrük ödənişləri hesablanmış və dövlət büdcəsinə ödənilmişdir. Həmçinin qeyd edilən gömrük bəyənnaməsində məhz “Avro-Asiya” İnşaat Korporasiyası "xxxx" ASC ilə TOO “Энергомост LTD” arasında 31 mart 2021-ci il tarixli EAC-ASM-43/21 saylı alğı-satqı müqaviləsinə istinad edilmişdir. Bununlada müəyyən edilir ki, müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş mallar digər gömrük proseduru altında, yəni digər ölkəyə ixrac edilmişdir. Belə olduğu təqdirdə artıq həmin mal qeyd edilən gömrük bəyənnaməsi tarixində, yəni xx.xx.2022-ci il tarixli **********1960 sorğu ixrac gömrük bəyannaməsinə əsasən ixrac edilmişdir. İnzibati xəta haqqında protokol isə xx.xx.2022-ci il tarixdə tərtib edilmişdir ki, MMC tərəfindən İXM-nin 499.1.4-cü maddəsindəki inzibati xətanı törətmişdir. Yəni İXM-nin 499.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə, yəni həmin İXM-nin 499.1.4-cü maddəsinə əsasən 03 aydan 01 ilədək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılması növündə inzibati xəta törədilmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, yükünün müvəggəti ixrac müddətinin son tarixi xx.xx.2022-ci il müəyyən edilmişdir. Lakin həmin yükün digər ixrac proseduruna keçirilməsi ilə bağlı alqı-satqı müqaviləsi xx.xx.2022-ci il tarixədək, xx.xx.2021-ci il tarixdə bağlanmışdır. İcrac gömrük bəyənnaməsində də bu məlumatlar qeyd edilmişdir. Həm də inzibati xəta haqqında protokol xx.xx.2022-ci il tarixdə tərtib edilsə də, mallar **********1960 sorğu nömrəli ixrac gömrük bəyannaməsinə əsasən xx.xx.2022-ci il tarixdə ixrac edildiyindən, bununla da xx.xx.2022-ci il tarixdə ixrac edilmiş mallar artıq həmin tarixdən sonra, o cümlədən inzibati xəta haqqında protookl tərtib edildiyi xx.xx.2022-ci il tarixdə də ölkəyə təkrar idxal edilə bilməzdi. Bu səbəbdən də müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş mallar digər gömrük proseduru altında yerləşdirildiyindən, həmçinin artıq mallar ixrac edildiyindən həmin malların təkrar idxal edilə bilmədiyindən, bu zaman İXM ilə qorunan “Gömrük qaydaları” ilə bağlı ictimai münasibətlərə qəsd mövcud olmur, aradan qaxmış olur, bununla da artıq inzibati məsuliyyət aradan qalxmış olur. Bununla da təqdim edilmiş sübutlarla şəxsin inzibati məsuliyyəti istisna edilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həqiqət isə yuxarıda sadalanan sənədlərlə müəyyən edilmiş kimidir. Yuxarıda sadalanan sənədlərin hüquqazidd olması, saxta olması, həmin sənədin sübut kimi qəbul edilməsini təkzib edən və ya şübhə altına alan hər hansı bir hal müəyyən edilmədiyindən, həmin sənədlərlə müəyyən edilir ki, hüquqi şəxsin əməlində qəsdən və ya ehtiyatsızlıq formasında təqsir mövcud deyildir. Formal cəhətdən mövcud olan əməldə şəxsin təqsirinin mütləq müəyyən edilməli olması Konstitusiya Məhkəməsinin də qərarlarında öz əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikası Konstiusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair” xx.xx.2020-ci il tarixli Qərarında qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsinin valyuta əməliyyatlarına nəzarətin effektivliyinin artırılması, beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması məqsədinə xidmət edən 430.4-cü maddəsi ilə də avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq malların idxal edilməməsi, işlərin görülməməsi və ya xidmətlərin göstərilməməsi halında ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati xəta kimi müəyyən edilərək həmin əməli təqsirli olaraq törədən şəxslər üçün inzibati hüquqi məsuliyyət müəyyən edilmişdir. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, qanunverici tərəflərə müqavilə azadlığı və onun şərtlərinin müəyyənləşdirilməsində sərbəstlik versə də, onlar tərəfindən bağlanılan müqavilə qanunla və digər hüquqi aktlarla müəyyənləşdirilmiş və tərəflər üçün məcburi olan imperativ xarakterli qaydalara uyğun olmalıdır. Bu zaman qanunverici həm tərəflərin, həm dövlətin və ictimai münasibətlərin ümumi maraqlarından çıxış etmiş olur. Bundan başqa, idxalda hesablaşmalarla bağlı müddət tələbinə əməl edilməməsi hələ özlüyündə inzibati tənbeh tədbirinin tətbiqi üçün kifayət edən əsas kimi çıxış etmir. Bununla bağlı Konstiusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətalara münasibətdə həmin Məcəllənin 38.1-ci maddəsinin inzibati məsuliyyətə cəlb etmə müddətləri baxımından şərh edilməsinə dair” 2019-cu il 19 dekabr tarixli Qərarında qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda həmçinin qeyd etmişdir ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. Göründüyü kimi Konstitusiya Məhkəməsinin qərarındada göstərilmişdir ki, valyuta məbləğinin xaricdən ölkəyə gətirilməsi ilə bağlı müəyyən edilmiş müddətlərə əməl edilməməsi özü-özlüyündə inzibati xəta tərkibi yaranması üçün kifayət etmir. Valyutanın geri qaytarılmaması səbəbi araşdırılmalı, şəxsin təqsiri müəyyən edilməlidir. Təqsirin əhəmiyyəti vardır. Təqsir yoxdursa, inzibati məsuliyyət yarana bilməz. Şəxsin əməlində inzibati xətanın elementlərindən olan obyektiv və subyektiv cəhətlər yoxdur. Belə bir vəziyyətdə şəxsin inzibati xətanın törədilməsində qəsdinin və ya ehtiyatsızlığının nədən ibarət olmasına dair də sübut təqdim edilməmişdir. Ümumiyyətlə bunları təsdiq edən sübut toplamamışdır. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X5 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmənin bu qənaəti həmçinin İXM-nin aşağıdakı normaları ilə də təsdiq edilir. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-nin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi həmin Məcəllədən ibarətdir. İXM-nin 1.3-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. İXM-in İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmədə müəyyən edilmiş yuxarıda qeyd edilən işin halları və sadalanan normalara əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə və protokolda təqsirli bilindiyi İXM-in maddəsi üzrə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, protokolda göstərilən İXM-in maddəsi üzrə inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Bu barədə sübutlar kifayət etmir. Şübhələr və ziddiyyətli məqamlar şəxsin xeyrinə həll etməlidir. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmçinin İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən inzibati xəta haqqında işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: “Avro-Asiya” İnşaat Korporasiyası "xxxx" ASC barəsində İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-49/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-49/2023
17.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver