Məhkəmə qərarları › İş №3(004)-490/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-490/2021

04.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-490/2021 04.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Tağıyev Müslüm Fariz oğlunun katibliyi, Yasamal rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4, X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxxx 1988-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal rayon İcra və probasiya şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal rayon İcra və probasiya şöbəsinin icra məmuru Anar Əyyubov tərəfindən tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(004)-3362/2020 nömrəli icra sənədinə əsasən cavabdeh Şəxs xx xxxxxx 2014-cü il təvəllüdlü X6 və xx xxx 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər birinə görə 170 (bir yüz yetmiş), cəmi 340 manat sabit pul məbləğində aliment cavabdeh Şəxs tutularaq X2 xeyrinə ödənilməsi qət edilmişdir. Şəxs icra sənədini icra etməyərək, hal-hazıradək cəmi 2200 manat aliment borcu yaranmışdır. O, icra sənədini icra etməkdən üzrsüz səbəbdən boyun qaçırmışdır. Göstərilənlərə əsasən, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci (Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Şəxs protokolla tanış olaraq imzalamışdır. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Yasamal rayon İcra və probasiya şöbəsinin icra məmuru X8 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(004)-3362/2020 nömrəli icra sənədinə əsasən cavabdeh Şəxs xx xxxxxx 2014-cü il təvəllüdlü X6 və xx xxx 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər birinə görə 170 (bir yüz yetmiş), cəmi 340 manat sabit pul məbləğində aliment cavabdeh Şəxs tutularaq X2 xeyrinə ödənilməsi qət edilmişdir. Şəxs icra sənədini icra etməyərək, halhazıradək cəmi 2200 manat aliment borcu yaranmışdır. Borclu Şəxs alimenti tam şəkildə ödəməmə səbəbi kimi işsiz olması ilə əlaqələndirmişdir. Şəxs borcun könüllü icrası ilə bağlı və icra sənədi icra edilmədiyi təqdirdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada inzibati və cinayət məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Görülmüş məcburi icra tədbirlərinə baxmayaraq borclu Şəxs tərəfindən yaranmış borc hazıradək tam şəkildə ödənilmədiyindən barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göstərilənlərə əsasən, barəsində inzibati protokol tərtib edilmiş Şəxs barəsində qanuna uyğun tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, o, məhkəmə qərarına hörmətlə yanaşır, zərərçəkmiş şəxsə olan borcunu etiraf etməklə ödəməkdən imtina etməmişdir, lakin maddi vəziyyəti ilə bağlı olaraq icra sənədi üzrə aliment borcunu barəsində protokol tərtib edilənədək ödəyə bilməmişdir. Şəxs məhkəmədən göstərilən halların nəzərə alınmasını və barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Əlavə olaraq qeyd etmişdir ki, iki ay ərzində hər ay 100 manat olmaqla ümumilikdə 200 manat miqdarında aliment ödənişi etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X5 izahatında göstərdi ki, Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(004)-3362/2020 saylı icra sənədinə əsasən Şəxs onun xeyrinə hər ay hər uşağın saxlanması üçün 170 manat cəmi 340 manat aliment tutularaq verilməlidir. Borclu tərəfindən borcun tam şəkildə ödənilməsi halhazıradək mümkün olmamasına baxmayaraq o, borclu Şəxs möhlət verilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Əlavə olaraq qeyd etmişdir ki, Şəxs tərəfindən hər ay 100 manat olmaqla ümumilikdə 200 manat miqdarında aliment ödənişi etmişdir. Məhkəmə icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, həmçinin iş materiallarını araşdıraraq, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, C.M.Məmmədovun barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(004)-3362/2020 nömrəli icra sənədinə əsasən cavabdeh Şəxs xx xxxxxx 2014-cü il təvəllüdlü X6 və xx xxx 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər birinə görə 170 (bir yüz yetmiş), cəmi 340 manat sabit pul məbləğində aliment cavabdeh Şəxs tutularaq X2 xeyrinə ödənilməlidir. Alimentin tutulma müddəti xx.xx.2020-ci il tarixdən hesablanması qət edilmişdir. İş materiallarında olan zərər çəkmiş şəxs X2 məhkəməyə təqdim etdiyi xx xxxxxx 2021-ci il tarixli ərizəsindən görünür ki, Şəxs aliment borcunu ödəməsi üçün möhlət verilməsinə və iş üzrə icraata xitam verilməsinə etiraz etmir. İş materiallarında olan “icraata başlamaq haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, həmin tarixdə xx xxxxxx 2020-ci il tarixli 2(004)-3362/2020 saylı icra sənədinə əsasən icraata başlanılmışdır. İş materiallarında olan Yasamal rayon İcra və Probasiya şöbəsinin borclu Şəxs ünvanladığı tələbin könüllü icrası haqqında xx.xx.2020-ci il tarixli bildirişin surətindən görünür ki, Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(004)- 3362/2020 saylı icra sənədində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün Şəxs xəbardarlıq edilmişdir. Bundan əlavə xx.xx.2020-ci il tarixli bildirişin surətindən görünür ki, Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(004)-3362/2020 saylı icra sənədində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün Şəxs xəbardarlıq edilmişdir. Həmçinin icra sənədlərinin qərəzli icra edilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq məsuliyyətə cəlb oluna biləcəyi də onun nəzərinə çatdırılmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il təvəllüdlü X6 və xx xxx 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər birinə görə 170 (bir yüz yetmiş), cəmi 340 manat sabit pul məbləğində aliment tutularaq X2 xeyrinə ödənilməsi qət edilmişdir. Həmin icra sənədi əsasında xx xxxxxx 2020-ci il tarixdə Yasamal rayon İcra və probasiya şöbəsində icraata başlamaq haqqında qərar qəbul edilmiş və borcluya tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. İcra məmuru tərəfindən aparılmış icra tədbirləri zamanı ayrı-ayrı qurumlara verilmiş sorğulara əsasən borclunun hər hansı gəlirinin, mülkiyyətində hər hansı dəyərli əşyasının və ya əmlakının olmaması müəyyən edilmişdir. Borclu Şəxs müəyyən aylarda aliment borcu üzrə müəyyən ödənişlər etmişdir. Hazıradək onun 2200 manat borcu qaldığından icra məmuru tərəfindən barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında xx xxxxxx 2021-ci il tarixli protokola məhkəmə iclasında baxılarkən zərər çəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs borcun ödənilməsi ilə bağlı razılığa gəlinmişdir. Nəticədə müəyyən olunmuşdur ki, borclu və tələbkar arasında borcun ödənilməsi üçün möhlət verilməsi ilə bağlı razılıq əldə olunmuş, həmçinin borclu Şəxs əməlində icra sənədinin qərəzli olaraq yerinə yetirməməsi halı aşkar edilməmişdir. Odur ki, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Təsvir olunanlardan görünür ki, məhkəmə araşdırması zamanı borclu Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, şəxsin əməlində inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət yoxdur. Yəni, borcun tam ödənilməməsinə Şəxs psixi münasibəti qərəzli olmamış, o, əvvəllər maddi vəziyyətinin ağırlığı səbəbindən borcu ödəyə bilməmiş, lakin bu müddət ərzində daim zərərçəkmiş şəxslə razılıq əldə etməyə çalışmış və yekunda belə bir razılıq əldə olunmuşdur. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 43, 106- 112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs oğlunun hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi aşkar edilmədiyindən, barəsində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Yasamal Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8 tərəfindən tərtib olunmuş xx xxxxxx 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim : Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar