Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4905/2022 07.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Murad Akif oğlu Məmmədovun sədrliyi, X7 iclas katibliyi, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi Nümayəndə, X1 qanuni nümayəndəsi X2 nümayəndəsi və vəkili “LCG” Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, X1 qanuni nümayəndəsi X2 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 qanuni nümayəndəsi X5 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Bakı şəhəri RMBİ Baş inspektoru M.Bədəllinin 10524984 nömrəli xx.xx.2022-ci il tarixli Qərarına əsasən Rusiya Federasiya vətəndaşı X8 AR İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətn üzrə "AR İXM”) 575.1-ci maddəsinə uyğun olaraq 300 (üç yüz) manat məbləğində cərimə edilmişdir. Aşağıdakı əsaslara sörə həmin qərarı əsassız və qanunsuz hesab edir. X8 Azərbaycan Respublikasına xx.xx.2022-ci il tarixdə gəlmiş və xx.xx.2022-ci ildə çıxmışdır. N.Alieva AR Dövlət Miqrasiya Xidmətinin rəsmi dövlət saytı üzərindən müvəqqəti qeydiyyata durmaq üçün bütün prosedurlardan xx.xx.2022-ci il tarixdə keçmiş, lakin sistem təsdiq versə belə qeydiyyatda problem yaşanmışdır. Belə ki, ASAN xidmətinə müraciət edərkən qeydiyyatın baş tutmadığını və elektron qaydada müraciət etdikdən sonra zənk etməklə təsdiq edilməsini nəzərinə çatdırmışlar. Halbuki, AR Miqrasiya Məcəlləsinin 21.4-cü maddəsinə əsasən ərizə daxil olduqdan sonra müvafiq icra hakimiyyəti orqanı dərhal əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barədə məlumatları X10 Sisteminə daxil etməklə onları olduğu yer üzrə qeydiyyata alır və bu barədə 1 iş günü ərzində müraciət edən şəxsə məlumat verir. Odur ki, əgər rəsmi sayt üzərindən aparılan qeydiyyatda problem yaşanırsa buna görə nə üçün şəxs cavab verməlidir. Yalnız bundan sonra X8 yenidən xx.xx.2022-ci il tarixdə ASAN xidmət üzərindən qeydiyyata alııımışdr. Digər tərəfdən əgər xx.xx.2006-cı il təvəllüdlü N.Alieva “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” AR Qanununun 11-ci və AR Miqrasiya Məcəlləsinin 21-ci maddələrinə əsasən 15 gün ərzində qeydiyyata alınmasada belə onun inzibati məsuliyyətə cəlb edilməsi mümkün deyil. Belə ki, AR İXM-nin 16.1-ci maddəsinə əsasən inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Yəni, N.Alieva qanunun tələblərinə əsasən xx.xx.2022-ci il tarixindən gec olmayaraq qeydiyyata alınmadığına görə inzibati xəta onun tərəfindən artıq xx.xx.2022-ci il tarixdə törədilmişdir. Lakin həmin tarixdə onun 16 yaşı tamam olmadığından o, inzibati məsuliyyətə cəlb edilə bilməzdi. Ümumiyyətlə isə AR İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən hallardan önəmlisi də inzibati xətanın yetkinlik yaşma çatmayanlar tərəfindən törədilməsidir. Bundan əlavə inzibati orqan tərəfindən on altı yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşma çatmayanın törətdiyi inzibati xəta haqqında iş yetkinlik yaşma çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya tərəfindən Azərbaycan Respublikasının 2002-ci il 31 may tarixli 336-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yetkinlik yaşma çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə” ilə müəyyən edilmiş qaydada pozulmuşdur (AR İXM 16.2-ci mad.). “Dövlət rüsumu haqqında” Qanunun 9.1.12-ci maddəsinə əsasən inzibati hiiqnq münasibətlərindən əmələ gələn işlər üzrə vətəndaşlar dövlət rüsumunıın ödənilməsindən azad olunurlar. Bundan əlavə AR İXM-nin 431.5-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan verilən şikayətdən dövlət rüsumu tutulmur. AR İXM-nin 63.1ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya zərər çəkmiş şəxs yetkinlik yaşma çatmadıqda, yaxud fəaliyyət qabiliyyəti olmadıqda və ya məhdud fəaliyyət qabiliyyətli olduqda, həmin şəxslərin mənafeyini onların qanuni nümayəndələri təmsil edir. Odur ki, X4 anası X6 təmsil edir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsi və inzibati iş üzrə icraata xitam verilməsini xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən X1 qanuni nümayəndəsi X2 nümayəndəsi və vəkili Vəkil şikayət ərizəsinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi Nümayəndə şikayət ərizəsində göstərilənlərlə razılaşmayaraq, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 27 avqust 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, Alieva Nargiz barəsində xx.xx.2022-ci il tarixdə inzibati tənbeh haqqında qərar qəbul olunanda onun artıq 16 yaşı tamam olmuşdur. Məhz buna görə o, hesab edir ki, İXM-nin 16.1-ci maddəsinin pozuntusuna Dövlət Migrasiya Xidməti tərəfindən yol verilməyib. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında iş üzrə qərara əsasən X8 575.1.1-ci maddəsi ilə təqsirli bilinib ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmamaqla 300 manat məbləğində cərimə edilmişdir. Qərara əsasən X8 xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikasında qeydiyyatsız yaşamışdır. Bu barədə xx.xx.2022-ci il tarixdə ******* saylı inzibati xəta haqqında protokol tərtib edlmişdir. Şikayətçi şikayətində qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlil məhkəməyə təqdim olunmamışdır. Həmçinin müəyyən edilir ki, sanksiya həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İXM-in yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protolla şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar isə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 qanuni nümayəndəsi X2 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən:Murad Məmmədov
Məhkəmə qərarları › İş №3(004)-4905/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4905/2022
07.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver