Məhkəmə qərarları › İş №3(004)-4907/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-4907/2024

17.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-4907/2024 17.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Cavadzadə Rəşad Bəylər oğlu, AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə materiala baxaraq, MÜƏYYƏN ETDİM: AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi üzrə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi üzrə inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Yasamal Rayon Məhkəmənin icraatına artıq bir dəfə qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3- 4877/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, X2 barəsində İXP ******* saylı, xx.xx.2024-cü il tarixli protokol üzrə İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında işə inzibati xəta tərkibi olmadığından icraata xitam verilmişdir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 128-132-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi üzrə inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar