Məhkəmə qərarları › İş №3(004)-4918/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4918/2024

11.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4918/2024 11.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi, X4 iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Repsublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin böyük dövlət vergi müfəttişi X6 iştirakı ilə Hüquqi şəxs "xxxx" MMC-nin direktoru X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən "xxxx" MMC-nin direktoru X5 barəsində tərtib edilmiş 22 avqust 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 16:00-da ünvan 1 ünvanda X5 tərəfindən daxili nəzarət proqramı tam tətbiq edilməmişdir. Məsul şəxs təyin edilməmiş və bu barədə MMX-yə məlumat verilməmişdir. Bununla da "xxxx" MMC-nin direktoru X5 Azərbaycan Respublikası İXM-nin 598.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X9 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 16:00-da ünvan 1 ünvanda X5 tərəfindən daxili nəzarət proqramı tam tətbiq edilməmişdir. Məsul şəxs təyin edilməmiş və bu barədə MMX-yə məlumat verilməmişdir. Bununla da "xxxx" MMC-nin direktoru X5 Azərbaycan Respublikası İXM-nin 598.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMCnin direktoru X3 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsini göndərməmişdir. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin böyük dövlət vergi müfəttişi X9 tərəfindən tərtib edilmiş 22 avqust 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 16:00-da ünvan 1 ünvanda X5 tərəfindən daxili nəzarət proqramı tam tətbiq edilməmişdir. Məsul şəxs təyin edilməmiş və bu barədə MMX-yə məlumat verilməmişdir. Bununla da "xxxx" MMC-nin direktoru X5 Azərbaycan Respublikası İXM-nin 598.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; Nəzarət olunan subyektin səyyar yoxlanılmasına dair xx.xx.2024-cü il tarixli, **********261400 nömrəli aktdan görünür ki, yoxlama ilə müəyyən olunmuşdur ki, "xxxx" MMC tərəfindən 2021-ci, 2022-ci, 2023-cü, 2024-cü illər üzrə “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunun tələbləri pozularaq məsul şəxs təyin edilməsi barədə qərarın bir surəti Maliyyə Monitorinqi Xidmətinə təqdim olunmamışdır. «Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında» yeni Qanun 01 fevral 2023-cü il tarixdən qüvvəyə minmiş və “öhdəlik daşıyan şəxslərin daxili nəzarət proqramının cavab verməli olduğu minimum Tələblər”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin №3-21-28/3-6-6/2023 qərarı 21 fevral 2023-cü il tarixdə təsdiq edilmiş və həmin tarixdən qüvvəyə minmişdir. Müəyyən olunmuşdur ki, "xxxx" MMC tərəfindən «Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında» Azərbaycan Respublikasının Qanununun və “öhdəlik daşıyan şəxslərin daxili nəzarət proqramının cavab verməli olduğu minimum Tələblər”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Maliyyə monitorinqi Xidmətinin 21 fevral 2023-cü il tarixli №3-21- 28/3-6-6/2023 Qərarının tələbləri pozulmuşdur. Belə ki, “Öhdəlik daşıyan şəxslərin daxili nəzarət proqramının cavab verməli olduğu minimum Tələblər”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin 21 fevral 2023-cü il tarixli №3-21- 28/3-6-6/2023 Qərarının 3.2.1-ci bəndinə əsasən öhdəlik daşıyan şəxslərdə rəhbərlik və ya struktur bölmələrinin rəhbərliyi (olduğu təqdirdə) səviyyəsində məsul şəxs və məsul şəxs olmadıqda onu əvəz edən şəxsin təyin edilməsi və bu barədə məlumatın 3 (üç) iş günü ərzində MMX-yə və nəzarət orqanına verilməlidir. Göründüyü kimi "xxxx" MMC tərəfindən «Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında» Azərbaycan Respublikasının Qanununun və “öhdəlik daşıyan şəxslərin daxili nəzarət proqramının cavab verməli olduğu minimum Tələblər”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Maliyyə monitorinqi Xidmətinin 21 fevral 2023-cü il tarixli №3- 21-28/3-6-6/2023 Qərarının tələbləri pozulmuşdur. Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında xx.xx.2024-cü il tarixli **********699600 nömrəli protokoldan görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin böyük dövlət vergi müfəttişi X9 tərəfindən hüquqi şəxs "xxxx" MMC-yə məxsus izahat, nizamnamə, direktorun şəxsiyyət vəsiqəsinin surəti, direktorun təyin edilməsi barədə əmr, daxili qayda və 1401 prosedurlar, məsul şəxsin təyin edilməsi barədə əmr sənədlərin surəti götürülmüşdür; Səyyar vergi yoxlamasının keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli, **********185034 saylı qərardan görünür ki, Şəxs (VÖEN **********) üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən (vergidən yayınma və ya vergi qanunvericiliyinin pozulması risk(lər)inin məzmunu - Vergi orqanlarında mövcud uçot-baza məlumatlarına əsasən bəyan edilmiş iqtisadi məlumatların bazarda bərabər iqtisadi göstəriciyə malik olan, eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, istehsalı, işlərin görülməsi və xidmətlərin göstərilməsi fəaliyyətini göstərən analoji vergi ödəyiciləri ilə müqayisədə daha az olması; risk(lər)in təsviri - Vergi orqanlarında mövcud uçot-baza məlumatlarına əsasən 2023-cü ildə eyni, xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi fəaliyyətini göstərən digər analoji vergi ödəyicilərinin bəyan etdiyi mənfəət göstəriciləri ilə müqayisədə 2023-cü il üzrə mənfəət vergisi bəyannaməsinin zərərlə bəyan edilməsi.) vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində nəzarətin həyata keçirilməsi məqsədi ilə aşağıda göstərilən vergi dövrləri üzrə növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi qərara alınmışdır; Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən əldə olunmuş 09 iyul 2024-cü il tarixli, KY242124853 nömrəli çıxarışdan görünür ki, xx.xx.2021xx.xx.2024-cü il tarixlərdə "xxxx" MMC-də Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən növbədən kənar səyyar vergi yoxlamasının aparılması qərara alınmış və aparılmış yoxlama vahid məlumat reyestrində qeydiyyata alınmışdır; Bakı şəhəri Yasamal rayon məhkəməsinin 3(004)-4316/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, hüquqi şəxs "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-2133/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı şəhəri Yasamal rayon məhkəməsinin 3(004)-4316/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. "xxxx" MMC tərəfindən verilən 08 may 2023-cü il tarixli əmrdən görünür ki, "xxxx" MMC öz nizamnaməsi ilə müəyyən edilmiş sahibkarlıq fəaliyyətini həyata keçirən zaman cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq məqsədilə əmlakın cinayət yolu ilə əldə edilməsinə şübhə və ya belə şübhə üçün kifayət qədər əsaslar yaradan hallar, habelə əmlakın terrorçuluq, terror fəaliyyəti, terror təşkilatlan və ya terrorçuluğu maliyyələşdirən hər hansı şəxslə bağlı olmasına və ya bu şəxslər tərəfindən istifadə edilməsinə şübhə və ya belə şübhə üçün kifayət qədər əsaslar yaradan hallar müəyyən edərlərsə, bu barədə zəruri hesab edilən məlumatlara dair məktub və müvafiq sənədləri "xxxx" MMC adından maliyyə monitorinqi orqanına (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə) təqdim etməli olan məsul şəxs Cəmiyyətin direktoru X5 (FİN: 11TEHJ6) təyin edilmişdir. "xxxx" MMC-nin direktoru X2 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 19 iyul 2024-cü il tarixli verdiyi izahatdan görünür ki, daşınmaz əmlakın alqı-satqısı ilə əlaqədar, müştərinin pul vəsaitlərinin, qiymətli kağızlarının və ya digər əmlakının idarə olunması ilə əlaqədar, müştərinin bank, depo, poçt, ödəniş və pul hesablarının və ya qiymətli kağız hesablarının idarə olunması ilə əlaqədar, hüquqi şəxslərin yaradılması, onların fəaliyyətinin təmin və idarə edilməsi, bu məqsədlərlə pul vəsaitlərinin toplanılmasının təşkil olunması, habelə hüquqi şəxslərin alqı-satqısı ilə əlaqədar əməliyyatlardan heç birini tərəflərindən həyata keçirilmədiyini, hüquq sahəsi üzrə məsləhət xidmətinin göstərilməsini həyata keçirdiklərini, müraciət edən hüquqi şəxsə "Müştəri yoxlama sorğu anket forması” təqdim edildiyini (anket forması əlavə edilib), əlavə olaraq müraciət edən tərəfin dövlət qeydiyyat sənədləri, yekun təsisçilər haqqında məlumatların tələb edildiyini, yekun olaraq isə müraciət edən haqqında internet resursları vasitəsilə əlavə araşdırmanın aparıldığını, müraciət edən fiziki şəxsə "Müştəri yoxlama sorğu anket forması" təqdim edildiyini, fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənəd və pasportu istənildiyini, şübhəli hallar olduqda əlavə araşdırmalar aparıldığını, hüquqi şəxsdə qərar qəbul edən tərəfin və fiziki şəxsin fəaliyyət göstərməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edilmiş səlahiyyətinin olubolmaması, təqdim edilən məlumatların etibarlığı rəsmi dövlət mənbələrindən və bəzi hallarda müstəqil mənbələrdən təqdim edilən məlumatlar ilə yoxlanıldığını, hüquqi şəxsin təqdim etdiyi sənədlərin notarial təsdiqli və leqallaşdırılmış formada təqdim edilməsinin tələb edildiyini, yekun olaraq isə müraciət edən haqqında internet resursları vasitəsi ilə əlavə araşdırma aparıldığını, sənədlərin elektron formada və (və ya) yazılı kağız formasında saxlanıldığını, şirkət arxivində elektron formatda saxlama müddətinin 5 il, kağız formatda isə - 3 il müəyyən edildiyini, qanunvericiliklə müəyyən edilmiş formada maliyyə monitorinqi orqanının hazırkı tarixə qədər verdiyi bütün göstərişlər, göstərişin məzmununda və ya göstərişi təqdim edən vəzifəli şəxsin tələbinə uyğun olaraq müəyyən edilmiş formada icra olunduğunu, yazılı məktub formasında və ya orqanın tələbinə uyğun olaraq tələb edilən məlumatın maliyyə monitorinqi orqanının vəzifəli şəxsinin elektron poçt ünvanına göndərilməklə icra olunduğunu, qanunvericiliklə icra edilməsi qadağan edilmiş əməliyyatlara dair şirkətdə "X8"-nın təsdiq edildiyini, həmçinin buna məsul şəxs təyin edildiyini, icra edilməsi qanunvericiliklə qadağan edilmiş şübhəli hal yaranarsa, ilk öncə məsul şəxsə müraciət edildiyini, "X8"nda və qanunvericilikdə nəzərdə tutulmuş formada qeyd edilən əməliyyatın icrasından imtina edildiyini və ya qabaqcadan preventiv tədbirlərdən istifadə edildiyini, şirkətin xarici ölkədə filialı, nümayəndəliyi və törəmə hüquqi şəxsi olmadığını, ŞirkətX8nın təsdiq edildiyini, bu sahəyə məsul şəxsin təyin edildiyini, aidiyyəti şəxslərin təlimlərə cəlb edildiyini, onların arasında qanunvericiliyin tələblərinin təbliğatı yolu ilə maarifləndirilməsinin həyata keçirildiyini, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı fəaliyyət üzrə daxili qayda və prosedurların hazırlanıb təsdiq edildiyini, qayda və prosedurları izahata əlavə edəcəyini, müştərilərin yoxlanılması üçün sorğu anket forması və X8nın hazırlanıb təsdiq edildiyini, onları izahata əlavə edəcəyini, şirkətə daxil olan məlumatların müştəri ilə müqavilə öhdəlikləri icra edildikdən sonra arxivləşdirildiyini, şirkətin daxili qaydalarına uyğun olaraq sənədlərin 5 il müddətində saxlanıldığını, “X8"nın 7-ci maddəsinin “Məlumatların sənədləşməsi və məxfiliyin təmin edilməsi”nə həsr olunduğunu, şirkət əməkdaşlarının müxtəlif təlimlərə cəlb edildiyini, yeni daxil olan əməkdaşlara mütləq şəkildə tanışlıq keçirildiyini, “X8" ilə tanış olmalarının təmin edildiyini, cəmiyyət tərəfindən monitorinq olunmalı əməliyyatların aşkarlanması meyarlarının müəyyən edilməsi üçün “İndikator” ların müəyyən edildiyini və təsdiq edildiyini, onları izahata əlavə edəcəiyini, əməliyyatın həyata keçirilməsinin dayandırılması ilə əlaqədar meydana çıxa biləcək problemlərin həlli istiqamətində "X8”nda edilməli işlər haqqında detallı prosedur qaydanın müəyyən edildiyini, qaydalara əsasən hər hansı əməkdaş tərəfindən iş prosesi zamanı aparılmış təhlil nəticəsində müştərinin həyata keçirdiyi əməliyyata PL/TM əlamətlərini müəyyən etdikdə, dərhal məsul şəxsə yazılı bildiriş (kağız üzərində və ya elektron poçt ilə) vasitəsilə məlumat verildiyini, “X8’’nın 10-cu maddəsində “X11"nin fəaliyyət mexanizmi detallıqla təsvir edildiyini, “Müştəri anketi", “İşçi yoxlama forma”ları, “Maraqların toqquşmasının qarşısını almaq üçün bəyannamə forma"ları, “Xüsusi həssas əməliyyat növlərinin siyahısı”-nın hazırlandığını,(məsələn: Mərc və qumar oyunlarının təşkili və keçirilməsi, Nağd pulun intensiv dövriyyəsini nəzərdə tutan fəaliyyət və s.), qeyd edilən 2021-2024-cü illər üzrə “Özünüqiymətləndirmə sorğu cədvəli” doldurulduğunu və onlayn kargüzarlıq vasitəsilə müvafiq qaydada vergi orqanına göndərildiyini, şirkətin artıq uzun illərdir bu sahədə öz X8nı müəyyən etdiyini, həmçinin şirkətin öz müştəriləri ilə münasibətdə hər tərəfli və detallı yoxlama prosedurlarını həyata keçirdiyini, araşdırmalar zamanı KİV-də və ya müxtəlif açıq media resurslarında yayımlanmış materiallardan istifadə edildiyini bildirmişdir. "xxxx" MMC tərəfindən verilən 10 sentyabr 2024-cü il tarixli əmrdən görünür ki, X5 beynəlxalq əlaqələrin genişləndirilməsi ilə əlaqədar olaraq xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək X7 şəhərinə ezam edilmişdir. "xxxx" MMC-nin direktoru X5 tərəfindən verilmiş etirazdan görünür ki, Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsi tərəfindən "xxxx" MMC barəsində İXM-nin 598.7-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11,09.2024-cü il tarixli 3(004)-4316/2024 nömrəli qərarı (hakim Orxan Məmmədli) ilə hüquqi şəxs "xxxx" MMC-nin Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilmişdir. Daha sonra Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsi tərəfindən "xxxx" MMC-nin direktoru X5 barəsində İXM-nin 598.7-ci maddəsi ilə xx.xx.2024-cü il tarixdə tərtib edilmiş MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmiş və işə baxılması xx.xx.2024-cü il tarixə, saat 10:20-yə təyin edilmişdir (hakim Mirsadiq Seyidov). Əvvəla məhkəmənin diqqətinə bir zəruri məsələni çatdırmaq istəyirik ki, Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsi "xxxx" MMC-nin direktoru X5 barəsində İXM-nin 598.7-ci maddəsi ilə xx.xx.2024-cü il tarixdə tərtib etdiyi MN ******* nömrəli inzibati xəta haqqında protokolu baxılması üçün xx.xx.2024-cü il tarixdə məhkəməyə göndərməkdə haqlı olmamışdır. Belə ki, Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 103.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Göründüyü kimi xx.xx.2024-cü ildə tərtib edilmiş inzibati xəta haqqında protokol 48 saatadək (2 günə) deyil, təxminən 26 gündən sonra baxılması üçün məhkəməyə göndərilmişdir. Belə olan halda Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsi xx.xx.2024-cü il tarixdə tərtib etdiyi MN ******* nömrəli inzibati xəta haqqında protokolu 48 saatadək göndərmək hüququ olmuş, lakin, protokol 26 gündən sonra məhkəməyə göndərildiyindən Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsi bu hüququ itirmişdir. Bu səbəbdən hesab edirlər ki, xx.xx.2024-cü il tarixdə tərtib edilmiş MN ******* nömrəli inzibati xəta haqqında protokol onu tərtib edən şəxsə (orqana) geri qaytarılmalı, əks təqdirdə qeyd edilən əsasla icraata xitam verilməlidir. Əvvəla göründüyü kimi qanunvericilikdə vəzifəli şəxslər o halda inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar ki, onlar öz vəzifələrinin yerinə yetirməsinlər və ya lazımınca yerinə yetirməsinlər. Digər tərəfdən qanunvericilikdə hüquqi şəxslər (MMC-lər) o halda inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar ki, İXM-nin 18.2-ci maddəsində sadalanan şəxslər (o cümlədən MMC-nin direktoru) tərəfindən həmin hüquqi şəxslərin xeyrinə və ya onun maraqlarının qorunması üçün inzibati xəta törədilmiş olsun. Lakin, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(004)-4316/2024 nömrəli qərarından da görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsi tərəfindən "xxxx" MMC barəsində İXM-nin 598.7-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə "xxxx" MMC-nin inzibati xətanı törətməsinə dair təqsirliliyi sübuta yetirilməmiş və həmin inzibati xəta üzrə işə xitam verilmişdir. Qeyd edildiyi kimi hüquqi şəxslərin inzibati məsuliyyətinə cəlb olunması üçün əsas hesab edilən hal İXM-nin 18.2-ci maddəsində sadalanan şəxslərin (o cümlədən MMC-nin direktorunun) həmin hüquqi şəxslərin xeyrinə və ya onun maraqlarının qorunması üçün inzibati xəta törətmələri olmalıdır. Sözügedən hüquqi şəxsin ("xxxx" MMC-nin) də İXM-nin 598.7-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən, dolayısı ilə buna əsas olacaq MMC-nin direktoru N.Şahverdiyevin həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün də hər hansı inzibati xəta törətmədiyi anlamına gəlir. Qeyd edilənlərə əsasən hüquqi şəxs "xxxx" MMC-nin direktoru X2 Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsində təqsirliliyi sübuta yetmir və direktor N.Şahverdiyev inzibati məsuliyyətə cəlb edilə bilməz. Buna baxmayaraq aşağıda qeyd edilənlərə əsasən də "xxxx" MMC-nin direktoru X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirliliyi olmadığından hazırki iş üzrə icraata xitam verilməlidir. İnzibati xəta haqqında protokolu və iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq görürük ki, hüquqi şəxs “Varidat Group" MMC-nin direktoru X5 tərəfindən cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulması və bununla da, sonuncu tərəfindən İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. İlk növbədə qeyd etməyi zəruri hesab edirik ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin “Nəzarət olunan subyektin səyyar yoxlanılmasına dair” xx.xx.2024-cü il tarixli, **********261400 nömrəli aktından. "xxxx" MMC-nin Nizamnaməsindən və işdə olan digər hüquqmüəyyənedici sənədlərdən göründüyü kimi, X2 faktiki olaraq “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsində nəzərədə tutulmuş hansı növ fəaliyyəti ilə məşğul olması müəyyən edilməmişdir. Lakin iş materiallarından da məlum olduğu kimi "xxxx" MMC-nin və X1 Qanunun 3.1.2-ci maddəsində dairəsi konkret göstərilən daşınmaz əmlakın alqı-satqısı; müştərinin pul vəsaitlərinin, qiymətli kağızlarının və ya digər əmlakının idarə olunması; müştərinin bank, depo, poçt, ödəniş və pul hesablarının idarə olunması; hüquqi şəxslərin yaradılması, onların fəaliyyətinin təmin və idarə edilməsi, bu məqsədlərlə pul vəsaitlərinin toplanmasının təşkili, habelə hüquqi şəxslərin səhmlərinin və ya paylarının alqı-satqısı əməliyyatlarını yerinə yetirməmişdir, həmçinin bu əməliyyatların aparılmasında iştirak etməmişdir. Qeyd edirik ki, iş materiallarına "xxxx" MMC-nin və X2 yuxarıda sadalanan əməliyyatların aparılmasında iştirak etməsini təsdiq edən hər hansı sübut əlavə edilməmişdir. Beləliklə, səlahiyyətli orqan tərəfindən kifayət qədər araşdırılma aparılmadan "xxxx" MMC-nin direktoru X5 tərəfindən cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulması qənaətinə gəlinməsini, inzibati xəta törətmiş şəxsin öz təqsirsizliyini sübut etməyə borclu olmamasını, bu sübutetmənin bilavasitə inzibati orqanın üzərinə düşməsini və səlahiyyətli orqan tərəfindən həmin sübutların məhkəməyə təqdim olunmamasını, işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə nəticəyə gəlirik ki, "xxxx" MMC-nin direktoru X2 Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilməlidir. Buna baxmayaraq hesab etsək ki, "xxxx" MMC-nin direktoru X5 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsi ilə inzibati xəta törədilmişdir, lakin belə olan halda da inzibati xətanın törədildiyi gündən ən geci bir il keçdiiyindən iş üzrə icraata xitam verilməlidir. Belə ki, "xxxx" MMC-nin 10 nömrəli xx.xx.2023-cü il tarixli cəmiyyətin fəaliyyətində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində məsul şəxsin təyin edilməsi barədə əmrdən görünür ki, "xxxx" MMC öz nizamnaməsi ilə müəyyən edilmiş sahibkarlıq fəaliyyətini həyata keçirən zaman cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq məqsədilə əmlakın cinayət yolu ilə əldə edilməsinə şübhə və ya belə şübhə üçün kifayət qədər əsaslar yaradan hallar, habelə əmlakın terrorçuluq, terror fəaliyyəti, terror təşkilatları və ya terrorçuluğu maliyyələşdirən hər hansı şəxslə bağlı olmasına və ya bu şəxslər tərəfindən istifadə edilməsinə şübhə və ya belə şübhə üçün kifayət qədər əsaslar yaradan hallar müəyyən edərlərsə, bu barədə zəruri hesab edilən məlumatlara dair məktub və müvafiq sənədləri "xxxx" MMC adından maliyyə monitorinqi orqanına (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə) təqdim etməli olan məsul şəxs Cəmiyyətin direktoru X5 təyin edilmişdir. Əmr imzalandığı andan qüvvəyə minir. Göründüyü kimi inzibati xəta haqqında protokolu tərtib edən şəxsin də özünün inzibati xətanın törədilməsinə əsas olmuş və istinad etdiyi Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin 21 fevral 2023-cü il tarixli 3-21-28/3-6-6/2023 nömrəli qərarı ilə təsdiq etdiyi “Öhdəlik daşıyan şəxslərin daxili nəzarət proqramının cavab verməli olduğu minimum Tələblər”in 3.2.1 -ci bəndinə əsasən öhdəlik daşıyan şəxslərdə rəhbərlik və ya struktur bölmələrinin rəhbərliyi (olduğu təqdirdə) səviyyəsində məsul şəxs və məsul şəxs olmadıqda onu əvəz edən şəxsin təyin edilməsi və MMX-nin informasiya sistemində qeydiyyatdan keçirilməsi və nəzarət orqanına 3 (üç) iş günü ərzində verilməsi qaydası müəyyən edildiyini və sözügedən məsul şəxsin təyin edilməsi barədə məlumatın verilmə müddətinin sonu xx.xx.2023-cü il tarixi olduğunu nəzərə alsaq, hüquqi şəxs "xxxx" MMC və X5 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsi ilə inzibati xətanın törədildiyi gündən ən geci bir il keçmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 18.5. 114-115, 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmədən, "xxxx" MMC-nin direktoru X5 barəsində AR İXM- nin 598 7-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmələrinə dair iş üzrə icraata təqsirlilik sübuta yetirilmədiyindən və eyni zamanda inzibati xətanın törədildiyi gündən ən geci bir il keçdiyindən xitam verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 598.1-ci maddəsinə əsasən cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına, yəni: 598.1.1. maliyyə institutları tərəfindən müştəri uyğunluğu tədbirlərinə, məlumat və sənədlərin saxlanılmasına və üçüncü şəxslərə güvənməyə dair tələblərə riayət olunmamasına, hər bir müştəriyə və əməliyyata görə; 598.1.2. maliyyə institutları tərəfindən daxili nəzarət proqramının tətbiq edilməməsinə, yaxud tam tətbiq edilməməsinə görə; 598.1.3. maliyyə monitorinqi orqanının cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində verdiyi yazılı göstərişlərin maliyyə institutları tərəfindən vaxtında və ya tam icra edilməməsinə, hər bir yazılı göstərişə görə; 598.1.4. maliyyə institutları tərəfindən nəzarət orqanlarının fəaliyyətinə maneələrin yaradılmasına, o cümlədən sorğulara cavab verilməməsinə, tələb olunan məlumat və sənədlərin təqdim edilməməsinə, yanlış məlumat və sənədlərin verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə; 598.1.5. maliyyə institutları tərəfindən siyasi nüfuzlu şəxslər ilə bağlı tələblərə əməl edilməməsinə, hər bir siyasi nüfuzlu şəxsə və əməliyyata görə; 598.1.6. maliyyə institutları tərəfindən yeni texnologiyaların tətbiq edilməsinə dair tələblərin pozulmasına görə - vəzifəli şəxslər iki min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir; 598.4-cü maddəsinə əsasən maliyyə institutları tərəfindən monitorinq olunmalı əməliyyatlara dair məlumat və sənədlərin təqdim edilməsi ilə bağlı “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərin pozulmasına, hər bir əməliyyata görə - vəzifəli şəxslər iki min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir; 598.7-ci maddəsinə əsasən, Bu Məcəllənin 598.1-ci və 598.4-cü maddələrində nəzərdə tutulmuş xətaların qeyri-maliyyə institutları və peşə sahibləri tərəfindən törədilməsinə görə -vəzifəli şəxslər səkkiz yüz manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin, inzibati xəta haqqında protokolu və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, "xxxx" MMC-nin direktoru X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə inzibati xəta haqqında protokolu və iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, hüquqi şəxs "xxxx" MMC-nin direktoru X5 tərəfindən cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulması və bununla da, sonuncu tərəfindən İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.7-ci maddəsinə əsasən öhdəlik daşıyan şəxslər - cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq məqsədilə bu Qanunda nəzərdə tutulmuş tədbirləri həyata keçirmək öhdəliyi olan maliyyə institutları, eləcə də qeyri-maliyyə institutları və peşə sahibləridir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun tələbləri qeyri-maliyyə institutları və peşə sahiblərinə münasibətdə aşağıdakı hallarda tətbiq olunur: rieltorlar daşınmaz əmlakın alqı-satqısı üzrə əməliyyatlar apardıqda; notariuslar, vəkillər, hüquq, mühasibat və vergi məsləhəti xidmətləri göstərən müstəqil şəxslər aşağıdakı əməliyyatları apardıqda və ya bu cür əməliyyatların aparılmasında iştirak etdikdə: daşınmaz əmlakın alqı-satqısı; müştərinin pul vəsaitlərinin, qiymətli kağızlarının və ya digər əmlakının idarə olunması; müştərinin bank, depo, poçt, ödəniş və pul hesablarının idarə olunması; hüquqi şəxslərin yaradılması, onların fəaliyyətinin təmin və idarə edilməsi, bu məqsədlərlə pul vəsaitlərinin toplanmasının təşkili, habelə hüquqi şəxslərin səhmlərinin və ya paylarının alqı-satqısı. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Nəzarət olunan subyektin səyyar yoxlanılmasına dair” xx.xx.2024cü il tarixli, **********261400 nömrəli aktından, "xxxx" MMC-nin Nizamnaməsindən və işdə olan digər hüquqmüəyyənedici sənədlərdən göründüyü kimi, "xxxx" MMC-nin direktoru X2 faktiki olaraq “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsində nəzərdə tutulmuş hansı növ fəaliyyəti ilə məşğul olması müəyyən edilməmişdir. Yuxarıda qeyd edildiyi kimi, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində həmin Qanunun tətbiq edildiyi peşə sahibləri müəyyən edilmişdir. Belə ki, Qanunun 3.1.2-ci maddəsinə əsasən notariuslar, vəkillər, hüquq, mühasibat və vergi məsləhəti xidmətləri göstərən müstəqil şəxslər daşınmaz əmlakın alqı-satqısı; müştərinin pul vəsaitlərinin, qiymətli kağızlarının və ya digər əmlakının idarə olunması; müştərinin bank, depo, poçt, ödəniş və pul hesablarının idarə olunması; hüquqi şəxslərin yaradılması, onların fəaliyyətinin təmin və idarə edilməsi, bu məqsədlərlə pul vəsaitlərinin toplanmasının təşkili, habelə hüquqi şəxslərin səhmlərinin və ya paylarının alqı-satqısı əməliyyatlarını apardıqda və ya bu cür əməliyyatların aparılmasında iştirak etdikdə qanunun tələbləri bu şəxslər üçün məcburidir. Lakin iş materiallarından və tərəfin çıxışlarından məlum olduğu kimi "xxxx" direktoru X1 Qanunun 3.1.2-ci maddəsində dairəsi konkret göstərilən daşınmaz əmlakın alqısatqısı; müştərinin pul vəsaitlərinin, qiymətli kağızlarının və ya digər əmlakının idarə olunması; müştərinin bank, depo, poçt, ödəniş və pul hesablarının idarə olunması; hüquqi şəxslərin yaradılması, onların fəaliyyətinin təmin və idarə edilməsi, bu məqsədlərlə pul vəsaitlərinin toplanmasının təşkili, habelə hüquqi şəxslərin səhmlərinin və ya paylarının alqı-satqısı əməliyyatlarını yerinə yetirməmişdir, həmçinin bu əməliyyatların aparılmasında iştirak etməmişdir. Məhkəmə qeyd edir ki, iş materiallarına "xxxx" MMC-nin direktoru X2 yuxarıda sadalanan əməliyyatların aparılmasında iştirak etməsini təsdiq edən hər hansı sübut əlavə edilməmişdir, protokolu tərtib etmiş X9 da bunu təsdiq edəcək hər hansı bir sübutlarının olmadığını məhkəmə iclasında qeyd etmişdir. Beləliklə, məhkəmə səlahiyyətli orqan tərəfindən kifayət qədər araşdırılma aparılmadan "xxxx" MMC-nin direktoru X5 tərəfindən cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulması qənaətinə gəlinməsini, inzibati xəta törətmiş şəxsin öz təqsirsizliyini sübut etməyə borclu olmamasını, bu sübutetmənin bilavasitə inzibati orqanın üzərinə düşməsini və səlahiyyətli orqan tərəfindən həmin sübutların məhkəməyə təqdim olunmamasını, həmçinin iş materiallarında olan Bakı şəhəri Yasamal rayon məhkəməsinin 3(004)-4316/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə hüquqi şəxs "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyindən xitam verildiyini və Bakı Apellyasiya Məhkəməsinin 3(103)-2133/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı şəhəri Yasamal rayon məhkəməsinin 3(004)-4316/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanıldığını, hazırki məhkəməyə təqdim edilmiş protokolun da eyni məzmunlu olduğunu, işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə nəticəyə gəlir ki, hüquqi şəxs "xxxx" MMC-nin direktoru X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs "xxxx" MMC-nin direktoru X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyindən AR İXM-nin 53.2-ci maddəsi ilə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar