Məhkəmə qərarları › İş №3(004)-4919/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4919/2024

30.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4919/2024 30.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Erol Kazımlının, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1979-cu ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, "xxxx" MMCnin rəhbəri, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, A.Mustafayev küçəsi, ev 11A qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16(004)-396/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC tərəfindən ünvan 1 ünvanında yerləşən 16 kv.m sahəsi olan 1 otaqlı mənzildə söküntü işlərinin aparılmasının qadağan edilməsi ilə bağlı icra sənədində göstərilən tələbi icra etməmişdir. Borclu "xxxx" MMC-nin rəhbəri Şəxs borclu "xxxx" MMC-nın həmin qərarının icrasına məsul şəxs olan vəzifəli şəxs olaraq icra vərəqəsində göstərilən tələbləri icra etmir və icra sənədlərinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Beləliklə də borclu icra sənədlərini üzürsüz səbəbdən icra etməmişdir. Bununla Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Yasamal rayon İcra Şöbəsinin icra məmuru tərəfindən xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən Yasamal rayon İcra Şöbəsinin icra məmuru Erol Kazımlı məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixdə MN № ******* saylı inzibati xəta haqqında protokol və protokola əlavə tərtib edilmişdir ondan ötəri ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16(004)- 396/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən ərizəçi Zərərçəkmiş şəxs yaşadığı fərdi evdə hər hansı söküntü işlərinin aparılması "xxxx" MMC-yə qadağan edilmişdir. Beləliklə tikintiyə və söküntü aparmaq "xxxx" MMC-yə qadağan edildiyi halda onlar məhkəmə qərardadları ilə xəbərdarlığa baxmayaraq tikintiyə davam etmiş, tələbkarların evini sökmüşlər. Bundan əlavə qeyd edilməlidir ki, dəfələrlə şəxs barədə tədbirlər görülmüş, məhkəmə qərarları mövcuddur, lakin buna baxmayaraq, şəxsin barəsində tənbeh verilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarının olmasına baxmayaraq yenidən qanunsuz olaraq söküntü işlərini davam etmişdir. İnzibati xəta xx.xx.2024-cü il tarixdə, məhkəmə qərarı qanuni qüvvəsini aldıqda sonra törədilmiş və müvafiq aktla rəsmiləşdirilmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, məhkəmə bu cür söküntünü aparmağa qadaqan edib, lakin onlar öz işlərini yene davam edirlər. Şəkillər məhkəməyə təqdim olunur. Görsənir ki, onların evi artıq tam sökülmüşdür. Tərəf onun məhkəmədə olmasından və evdə olmamasından suiistifadə edib, nətəcədə evi tam olaraq sökülmüşdür. Ona görə də ciddi tədbir görülməsini xahiş etdi. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16(004)- 396/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC tərəfindən ünvan 1 ünvanında yerləşən 16 kv.m sahəsi olan 1 otaqlı mənzildə söküntü işlərinin aparılmasının "xxxx" MMC-yə qadağan edilməsi barədə icra sənədində göstərilən tələbləri icra etməmişdir. İş materiallarında olan fotoşəkillərə əsasən həmin ünvanda söküntü işləri aparılmışdır. İcra məmuru tərəfindən xx.xx.2023-cü il tarixli qərarla icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya 10 günlük müddət verilmişdir, bu barədə borclu bir neçə dəfə məlumatlandırılmış, həmçinin izahat verərək icra sənədi barəsində xəbərdar olduğunu bildirmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli aktın sürətindən görünür ki, Zərərçəkmiş şəxs ünvanına baxış keçirilmiş, onun mənzilinə kənar müdaxilə olunaraq, qapı sındırılmış və ev tamamilə sökülmüşdür. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Bununla da "xxxx" MMC-nin rəhbəri Şəxs vəzifəli şəxs kimi həmin inzibati xətanı törətməsi, onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən protokol, icra vərəqəsi, bildiriş, yuxarıda istinad edilən sübut növləri ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1162/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarında görünür ki, "xxxx" MMC-nin rəhbəri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 1200 (bir min iki yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs əməlində məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs tərəfindən eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini məsuliyyəti ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının İXM-nin 33.1.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən, inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən halların olmamasını və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətaya görə sanksiyada nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar