Məhkəmə qərarları › İş №3(004)-4937/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4937/2023

29.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4937/2023 29.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X3 iclas katibliyi ilə, X1 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin MN ******* saylı xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi və inzibati icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi şikayətində və məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, aşkar olunmuş pozuntular xx.xx.2023-cü il tarixinədək aradan qaldırılmalı və bu barədə Agentliyin Bakı Regional Bölməsinə məlumat verilməlidir. İnzibati xəta əlamətləri aşkar olunduğundan inzibati xəta haqqında işə dair zəruri tədbirlərin görülməsi təmin edilsin. Fiziki şəxs X4 məxsus Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani 14a ünvanında fəaliyyət göstərən ictimai iaşə müəssisəsində işlərin görülməsi, xidmətlərin göstərilməsi qadağan edilməsi və tibbi arayışları olmayan işçilərin kənarlaşdırılması ilə bağlı qəbul edilmiş xx.xx.2023-cü il tarixli, “YPK/0004-23” nömrəli məhdudlaşdırılma tədbirlərin tətbiqi barədə qərar qüvvədə saxlanılsın. Qərar tərəfə rəsmi qaydada təqdim olunduğu gündən qüvvəyə minir. Hesab edir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agehtliyi Bakı Regional Bölməsi tərəfindən 08 avqust 2023-cü il tarixdə qəbul edilmiş 00103356 saylı qərar ədalətsiz və qanunsuzdur, ona görə də məhkəmə qaydasında ləğv edilməlidir. Belə ki, qərarda göstərilmişdir ki, guya cari ilin yanvar ayında qərarı qəbul etmiş təşkilat tərəfindən yoxlama aparılaraq aşkar olunmuş nöqsanların aradan qaldırılması barədə onlara xəbərdarlıq edilmişdir. Bildirir ki, bu mülahizə tamamilə yanlışdır, belə bir hal baş verməmiş, mövcud nöqsanlar barəsində onlara heç bir xəbərdarlıq edilməmişdir. 08 avqust 2023-cü il tarixində bir neçə nəfər səliqəli geyimli şəxs obyektlərinə gələrək özlərini Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agehtliyi Bakı Regional Bölməsinin əməkdaşları kimi təqdim etmiş bütün iaşə obyektlərinə baxış (reyd) keçirdiklərini bildirmiş və özlərində müəyyən qeydlər apararaq çıxıb getmişlər. Bundan bir neçə gün sonra barəsində şikayət etdiyi inzibati xətanı törətməkdə təqsirli bilinərək cərimə olunmağı haqqında qərar ona təqdim olunmuşdur. Bildirir ki, mübahisələndırdiyi qərarda göstərilən “YPK/004-23” saylı 27 yanvar 2023-cü ıl tarixli qərarın qəbul edilməsindən xəbəri olmamış, inzibati xəta tətbiq edən orqan tərəfindən ona heç bir xəbərdarlıq edilməmiş və inzibati icraatda iştirakı təmin olunmamışdır. Həmin qərarların mövcudluğundan yalnız inzibati xətanı törətməkdə təqsirli bilinərək cərimə olunmağı barədə qərar ona təqdim edildikdən sonra xəbəri olmuşdur. Bu səbəbdən də qanunvericilikdə nəzərdə tutulan, xeyrinə olan halları təsdiq edən sübutları inzibati orqana təqdim edə bilməmişdir. Odur ki, Azərbaycan Respublikasının İnzbati Xətalar Məcəlləsinin 544.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 4.000 manat məbləğində cərimə edilməsi barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agehtliyi Bakı Regional Bölməsi tərəfindən 08 avqust 2023-cü il tarixdə qəbul edilmiş 00103356 saylı qərarın ləğv olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Qərarından şikayət verilən orqanın nümayəndəsi X8 bildirdi ki, şikayət əsassızdır, ona görə də şikayətin rədd edilməsini xahiş etmişdir. Həmçinin bildirdi ki, X6 məxsus ünvan 2 ünvanında olan ictimai iaşə müəssisəsində yoxlama keçirilmişdir. Bu barədə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, YPK/0657-23 saylı akt məhkəməyə təqdim edilir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin MN ******* saylı xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarının qüvvədə saxlanılmasını və X5 şikayətinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin MN ******* saylı xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərara əsasən X7 İXM-in 544.2-ci maddəsi ilə (istehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməməyə görə) təqsirli bilinərək 4000 (dörd min) manat cərimə edilmişdir. Qərara əsasən X7 xx.xx.2023-cü il tarixli məhdudlaşdırıcı tədbirlər tətbiq edilməsi barədə qərarda göstərilən nöqsanlar aradan qaldırılmadan fəaliyyətini davam etdirmişdir. Həmin qərar xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında iş üzrə protokol əsasında qəbul edilmişdir. Belə ki, iş materiallarına əsasən müəyyən edilir ki, X6 məxsus ictimai iaşə obyektində xx.xx.2023-cü il tarixdə baxış keçirilmişdir. Həmin baxış nəticəsində aşkar edilmiş nöqsanlara görə xx.xx.2023-cü il tarixli qərarla məhdudlaşdırıcı tədbirlər tətbiq edilmişdir. Sonradan AQTA tərəfindən “Yoxlamanın nəticələri üzrə” xx.xx.2023-cü il tarixli qərarına əsasən müəyyən edilir ki, X6 məxsus ünvan 2 ünvanında olan ictimai iaşə müəssisəsində yoxlama keçirilmişdir. Yoxlama nəticəsində müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixli tətbiq edilmiş məhdudlaşdırıcı tədbirlər tətbiq edilməsi barədə qərardakı nöqsanlar aradan qaldırılmadan fəaliyyətini davam etdirmişdir. Həmin yoxlama nəticəsində aşkar olunmuş pozuntular xx.xx.2023-cü il tarixinədək aradan qaldırılmalı və bu barədə Agentliyin Bakı regional bölməsinə məlumat verilməlidir. İnzibati xəta əlamətləri aşkar olunduğundan inzibati xəta haqqında işə dair zəruri tədbirlərin görülməsi təmin edilsin. Fiziki şəxs X4 məxsus Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani 14a ünvanında fəaliyyət göstərən ictimai iaşə müəssisəsində işlərin görülməsi, xidmətlərin göstərilməsi qadağan edilməsi və tibbi arayışları olmayan işçilərin kənarlaşdırılması ilə bağlı qəbul edilmiş xx.xx.2023-cü il tarixli, “YPK/0004-23” nömrəli Məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qüvvədə saxlanılsın. Həmin göstəriş yerinə yetirilmədiyi üçün hazırkı inzibati tənbehvermə haqqında qərar qəbul edilmişdir. Beləliklə də şikayətçinin göstərdiyi şəraitdə onun hərəkətlərində təqsirli bilindiyi İXM-nin həmin maddəsinin tərkibi vardır. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin müəyyən edilir ki, sanksiya həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İXM-in yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protolla şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin MN ******* saylı xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar