Məhkəmə qərarları › İş №3(004)-4958/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4958/2024

25.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4958/2024 25.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X21 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X12, X3 iştirakları ilə X14 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X25 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X25 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, X21 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli MN ******* saylı İnzibati tənbeh vermə haqqında qərar qanunvericiliyin tələblərinə zidd olduğu üçün ləğv edilməlidir X21 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarda göstərilib ki, o, X8, X9 və X13 əmək müqaviləsi bağlamadan işlərə cəlb etmişdir. Qərarda qeyd olunanlara münasibət bildirərək qeyd etmişdir ki,vətəndaş X8 xx.xx.2024-cü il tarixində əmək müqaviləsi əsasında sürücü olaraq işə qəbul olunmuşdur. Həmin şəxsin əmək müqaviləsinə xx.xx.2024-cü il tarixindən Əmək Məcəlləsinin 69.3-cü bəndi ilə xitam verilmişdir. Sürücü işləmiş X4 əmək müqaviləsinə xitam vərildiyi gündən onunla aralarında yeniden hər-hansısa əmək münasibətləri olmayıb. Qarabağ iqtisadi zonasında subbpodratçısı olduqları layihələrdə sürücü kimi əmək fəaliyyəti ilə məşğul olub və xx.xx.2024-cü il tarixindən aralarında olan əmək münasibətlərinə son qoyulub. Digər vətəndaş X9 xx.xx.2024-cü il tarixində əmək müqaviləsi əsasında sürücü olaraq işə qəbul olunmuşdur. Həmin şəxsin əmək müqaviləsinə xx.xx.2024-cü il tarixindən Əmək Məcəlləsinin 69.3-cü bəndi ilə xitam verilmişdir. Sürücü işləmiş X6 əmək müqaviləsinə xitam verildiyi gündən onunla aralarında yenidən hər-hansısa əmək münasibətləri olmayıb. Qarabağ iqtisadi zonasında subbpodratçısı olduqları layihələrdə sürücü kimi əmək fəaliyyəti ilə məşğul olub və xx.xx.2024-cü il tarixindən aralarında olan əmək münasibətlərinə son qoyulub. Digər vətəndaş X16 08 07.2024-cü il tarixində əmək müqaviləsi əsasında sürücü olaraq işə qəbul olunmuşdur. Həmin şəxsin əmək müqaviləsinə xx.xx.2024-cü il tarixindən Əmək Məcəlləsinin 69.3-cü bəndi ilə xitam verilmişdir. Sürücü işləmiş X10 əmək müqaviləsinə xitam verildiyi gündən onunla aralarında yenidən hər-hansısa əmək münasibətləri olmayıb. Qarabağ iqtisadi zonasında subbpodratçısı olduqları layihələrdə sürücü kimi əmək fəaliyyəti ilə məşğul olub və xx.xx.2024-cü il tarixindən aralarında olan əmək münasibətlərinə son qoyulub. Əlavə olaraq bildirmişdir ki, DƏMX Bakı şəhər idarəsi tərəfindən ona ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-17-5/2-51528/2024 saylı bildirişində X9 ilə bağlı müraciət edilmişdir. Həmin şəxslə bağlı DƏMX-nə ətraflı məlumat vermiş və zəruri sənədləri təqdim etmişlər. DƏMX Bakı şəhəri idarəsində bildirmişlər ki, subbodratçısı olduqları layihələr üzrə işçilərin Qarabağ iqtisadi zonasına buraxılması üçün icazələr sifarişçi müəssisə AzVirt MMC tərəfindən həyata keçirilir və portala həmin müəssisə tərəfindən yerləşdirilir. Lakin DƏMX Bakı şəhər idarəsi heçbir araşdırma aparmadan, sübut təqdim etmədən onu inzibati xətanı törətməkdə təqsirli bilərək 3000 azn cərimələyiblər. Qərarda 3 şəxsin adı qeyd olunub. Lakin ona ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-17-5/2-51528/2024 saylı bildirişində yalnız X9 ilə bağlı məsələlərin araşdırıldığı göstərilib. Hesab edir ki, Bakı şəhər İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar tamamilə qanunsuzdur və ləğv edilməlidir. İnzibati Xatalar Məcəlləsinin 53.1-ci maddəsində təsbit olunduğu kimi, inzibati xəta halı olmadıqda ve 53.2 hər hansı ı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə inzibati iş üzrə icraat rədd edilir. Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsassız olduğundan ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X23 öz izahatında bildirmişdir ki, Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilmiş məlumatlara əsasən, işğaldan azad olunmuş ərazilərdə iş icazəsi almış X8, X9 və X16 əmək müqavilələri hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Göstərilənləri nəzərə alaraq şikayətin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Bakı şəhər idarəsinin rəis müavini X24 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilmiş işğaldan azad edilmiş ərazilərdə iş icazəsi almış X8, X9 və X16 əmək müqavilələri hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş, nəticədə X25 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və X14 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətdiyinə görə barəsində 3000 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh növü tətbiq edilməsi qərara alınmışdır; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən X17 ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-17- 5/2-51528/2024 nömrəli bildirişin surətindən görünür ki, “Azərbaycan Respubliokasının Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunmuş məlumatlar əsasında müəyyən edilmişdir ki, işğaldan azad edilmiş ərazilərə iş icazəsi aldığınız şəxsin adına (X6 (7DT1RVZ)) Nazirliyin “Əmək və məşğulluq" altsistemində qüvvədə olan əmək müqaviləsi aşkar edilməmiş, həmin şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müəyyən işlərin yerinə yetirilməsinə cəlb edilməsi ilə əlaqədar İnzibati xəta haqqında Protokolun tərtib olunmasında iştirak etməniz məqsədi ilə xx.xx.2024-cü il tarixdə saat 11:00-da X21 Xidmətinə (Bakı şəhəri, Binəqəd rayonu, Svetlana Məmmədova 107, tel: ***-***-**-**, daxili 6161 və ya video konfrans vasitəsi ilə (ƏMAS şəxsi kabinetinizə daxil edilmiş ZOOM platforması linki üzərindən) dəvət olunursunuz” məzmunda olmuşdur. "xxxx" MMC-nin baş direktoru Kamil Əliyev tərəfindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədova ünvanlanmış 25 iyul 2024-cü il tarixli, 918/24 nömrəli məktubdan görünür ki, "xxxx" MMC-nin rəhbərliyi Qarabağ ərazisində yol tikinti işlərinin aparılması ilə bağlı "xxxx" MMC-nin icazə üçün müraciət etdiyi şəxslərin müqavilə müddətlərinin bitməsi və öz xahişləri ilə işdən azad olmaları ilə əlaqədar olaraq təhlükəsizliyin təmin olunması məqsədi ilə tikinti ərazisinə buraxılmamasının təmin olunması xahiş edilmişdir. Əmək müqaviləsinin bağlanması ilə bağlı 7DT1RVZ001000 nömrəli əmək müqaviləsi bildirişindən görünür ki, X2 İlqar Ənvər oğlu tərəfindən xx.xx.2024-cü il tarixdə sürücü yük daşıma vəzifəsi üzrə işə qəbul edilmiş, işçinin aylıq əmək haqqının məbləği 345 manat təşkil etmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı 7DT1RVZ0010X0 nömrəli əmək müqaviləsi bildirişindən görünür ki, X9 ilə bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Əmək müqaviləsinin bağlanması ilə bağlı 528QK2G000600 nömrəli əmək müqaviləsi bildirişindən görünür ki, X1 İlqar Ənvər oğlu tərəfindən xx.xx.2024-cü il tarixdə sürücü vəzifəsi üzrə işə qəbul edilmiş, işçinin aylıq əmək haqqının məbləği 345 manat təşkil etmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı 528QK2G0006X0 nömrəli əmək müqaviləsi bildirişindən görünür ki, X8 ilə bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Əmək müqaviləsinin bağlanması ilə bağlı 0YEVA9T000500 nömrəli əmək müqaviləsi bildirişindən görünür ki, X5 İlqar Ənvər oğlu tərəfindən xx.xx.2024-cü il tarixdə sürücü yük daşıma vəzifəsi üzrə işə qəbul edilmiş, işçinin aylıq əmək haqqının məbləği 345 manat təşkil etmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı 0YEVA9T0005X0 nömrəli əmək müqaviləsi bildirişindən görünür ki, X16 ilə bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. X25 tərəfindən xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Bakı şəhər idarəsinə ünvanlanmış məktubdan görünür ki, “xx.xx.2024-cü il tarixində göndərilmiş 3-17-5/2- 51528/2024 № li məktubda qeyd olunmuş X9 ilə xx.xx.2024-cü il tarixində aramızda əmək müqaviləsi bağlanmış və xx.xx.2024 cü il tarixində xitam verilmişdir. Sözü geden işçi üçün işğaldan azad edilmiş ərazilərdə işləməsi üçün xx.xx.2024-cü il tarixində Azvirt MMC vasitəsi ilə icazə alınıb və xx.xx.2024-cü il tarixində icazə portalın ləğv edilməsi üçün rəsmi məktub yazılmışdır. Sözü gedən sənədlər əlavədə sizə göndərilib” məzmunlu olmuşdur. Şikayətçi şikayətində qeyd edir ki, İXM-nin 192.1-ci maddəsində göstərilən heç bir tələbi pozmamışdır. Şəxsin inzibati xəta törətməsini sübut etmək qərar qəbul etmiş səlahiyyətli orqanın (vəzifəli şəxsin) üzərinə düşdüyündən, Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(004)-4958/2024 saylı məktubu ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Bakı şəhər idarəsinə sorğu verilərək, inzibati xətanın mövcudluğunu təsdiq edən sübutları təyin olunmuş məhkəmə iclasının tarixinədək və ya məhkəmə iclasında məhkəməyə təqdim edilməsi xahiş olunsa da, həmin sübutlar məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi şəxs inzibati xəta törədilməsi ilə razılaşmamış, belə bir vəziyyətdə tərtib edilmiş protokol əsasında hər hansı bir digər sübut olmadan şəxs barədə inzibati tənbeh qərarı çıxarılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə səlahiyyətli orqanın qərarını yoxlayarkən, həmin qərarda qeyd edilən əməlin harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə törədilməsinin konkret hansı sübutla təsdiq edilməsini və məhz səlahiyyətli orqanın qərarında istinad etməli olduğu sübutlarla şəxs tərəfindən törədilib-törədilməməsini yoxlamalıdır. Qərarda konkret sübut göstərilmədiyi üçün, məhkəmə belə bir qərarın qanuniliyini yoxlaya bilməz. Səlahiyyətli orqanın qərar qəbul edərkən, şəxsin qərarda mövcud olmayan və istinad edilməmiş hər hansı bir qeyri-müəyyən sübutla inzibati xətaya səbəb olan əməli törədib-törətməməsini məhkəmə öz mülahizəsinə əsasən müəyyən edə bilməz. Bununla da məhkəmə hesab edir ki, qərarda konkret sübuta istinad edilmədiyindən, sübutsuz vəziyyətdə hadisənin törədilməsində şəxsi təqsirli bilib, sadəcə İXM-nin inzibati xəta kimi müəyyən edilmiş maddəsinin dispozisiyasına istinad edilərək şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Konkret əməl İXM-də inzibati xəta kimi müəyyən edilmişdirsə və şəxsin həmin əməlin törədilməsində təqsiri İXM-lə müəyyən edilmiş qaydada sübuta yetirildikdən sonra inzibati məsuliyyətə cəlb edilə bilər. Qərarda şəxsin ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan konkret hansı əməli (hərəkət və ya hərəkətsizlik) törətməsi göstərilməli, həmin əməlin hansı sübutlarla müəyyən edilməsi qeyd edilməli və həmin əməlin İXM-in hansı maddəsinin dispozisiyasında nəzərdə tutulmuş inzibati xəta olması qərarda öz əksini tapmalıdır. Səlahiyyətli orqan qərarını adı çəkilən şəxslərin “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına” giriş portalında işçi kimi icazə alınması ilə əsaslandırmışdır. Onu da qeyd etmək lazımdır ki, portaldan icazənin alınması əmək müqavəlisinin gələcəkdə bağlanması, əmək şəraiti şərtləri ilə tanış olmaq məqsədi ilə və ya gələcəkdə bağlanması nəzərdə tutulan əmək münasibətlərinin sonradan baş tutması və s. kimi hallarla əlaqəli ola bilər. Həmçinin iş materiallarında olan "xxxx" MMC-nin baş direktoru Kamil Əliyev tərəfindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədova ünvanlanmış 25 iyul 2024-cü il tarixli, 918/24 nömrəli məktubdan da göründüyü kimi "xxxx" MMC-nin rəhbərliyi Qarabağ ərazisində yol tikinti işlərinin aparılması ilə bağlı "xxxx" MMCnin icazə üçün müraciət etdiyi şəxslərin müqavilə müddətlərinin bitməsi və öz xahişləri ilə işdən azad olmaları ilə əlaqədar olaraq təhlükəsizliyin təmin olunması məqsədi ilə tikinti ərazisinə buraxılmamasının təmin olunmasını xahiş etmişdir. Yəni "xxxx" MMC həmin məktubda işçilərə icazənin onlar tərəfindən verildiyini birbaşa göstərmişdir. Həmçinin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı qərarda iş icazəsi alınmış işçilərin (X8, X9 və X16) məhz konkret nə vaxt əmək müqavilələri hüquqi qüvvəyə minmədən işə cəlb edildikləri göstərilməmiş, həmçinin xx.xx.2024-cü il tarixli 3- 17-5/2-51528/2024 saylı bildirişində yalnız X9 ilə bağlı məsələlərin araşdırıldığı göstərilmişdir. Məhkəmə bu dəlillərə münasibətdə qeyd edir ki, şəxslərə “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına” giriş portalında işçi kimi icazə alınması özü-özlüyündə X14 həmin şəxsləri faktiki olaraq əmək fəaliyyətinə cəlb etməsini deməyə əsas vermir. Lakin bunun əksinə fərdi sahibkarlıqla məşğul olan X25 qərarda göstərilən işçilərin əmək müqavilələrini və xitam əmrlərini məhkəməyə təqdim etmiş və həmin sənədlər məhkəmə baxışı zamanı tədqiq edilərkən müəyyən olunmuşdur ki, həmin şəxslər qanunverciliklə nəzərdə tutulmuş qaydada işlərə cəlb edilmiş və həmçinin işdən azad olunduqdan sonra X7 və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş portalının ləğvi üçün həmin icazəni almış "xxxx" MMC-yə təhlükəsizlik üçün müvafiq orqana müraciət etməsi ilə bağlı məktub ünvanlamışdır. Digər tərəfdən protokol tərtib etmiş səlahiyyətli orqan isə işçilərin əmək müqaviləsi olmadan X25 tərəfindən həqiqətən də işlərin yerinə yetirilməsinə cəlb edildiyini təsdiq edəcək heç bir subut məhkəməyə təqdim edə bilməmişdir. Sadalanan xüsusatlara əsasən, məhkəmə belə qənaətə gəlir ki, X25 tərəfindən inzibati xətanın törədilməsi sübuta yetirilmədiyi nəzərə alınmalı və şübhələr X14 xeyrinə həll edilməli, həmçinin şəxsin təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilmədiyi üçün inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslı olmadığından ləğv edilməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.5-1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X14 İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı qərar ləğv edilməli və X14 əməlində AR İXM-nin 192.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X14 şikayəti təmin edilsin. X14 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar