Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4961/2023 03.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədov Murad Akif oğlunun sədrliyi, X1 iclas katibliyi ilə Hüquqi ünvanı ünvan 1ecom» MMC-nin (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Hüquqi şəxs olan "xxxx" MMC-nin ünvanına 90CY520/42ZA593 nömrəli nəqliyyat vasitəsi ilə “Beko” LLC trərəfindən göndərilən yükə dair xx.xx.2023-cü il tarixində **********9997 sorğu nömrəli qısa idxal bəyannaməsi təqdim edilmişdir. Qısa idxal bəyannaməsinə qoşma edilmiş yükə dair bütün sənədlər də malı qəbul edəcək şirkət kimi "xxxx" MMC göstərilsə də, CMR-də səhvən "xxxx" LLC göstərilmişdir. Nəticədə yükə dair **********06997 nömrəli barkod "xxxx" LLC-nin adına açılmışdır. Eyni məzmunlu ərizə ilə "xxxx" MMC tərəfindən də Bakı Baş Gömrük İdarəsinə müraciət edilmiş və **********06997 nömrəli barkodla gələn yüklərin "xxxx" MMC-yə məxsus olduğu qeyd edilmişdir. Nəticədə, "xxxx"” MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsinin tərkib əlamətlərinin olduğu müəyyən edilmişdir. Bununla da "xxxx" MMC İXM-in 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində xx.xx.2023-ci il tarixli, 00100-02294/23 saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsə (hüquqi şəxsə)və protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, İXM-in 485.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. "xxxx" MMC-nin həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, 00100-02294/23 saylı inzibati xəta haqqında protokolla, 3-33-/3-1- 02405/2023 saylı xx.xx.2023-cü il tarixli raport, **********9997 sorğu nömrəli gömrük bəyannaməsi, **********7608 sorğu nömrəli qısa idxal bəyannaməsi, “VAİS” informasiya resursundan çıxarışla və işdə olan digər sənədlərlə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114,128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə təqsirli bilinərək, 250 (iki yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Murad Məmmədov AZƏRBAYCAN RESPUBLİKASİ BAKİ ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ AZ 1138, Bakı şəhəri, Mikayıl Müşviq küçəsi 1H Tel: (012) 510-74-99, Faks: (012) 537- 22-76 www.yasamalcourt.gov.az Elektron ünvan İş № 3(004)-4961/2023 03 oktyabr 2023-cü il Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs: "xxxx" MMC Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi ev 138, məhəllə 1023 İnzibati xəta haqqında protokol tərtib etmiş orqan: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi Ünvan: Bakı şəhəri, Salyan şossesi, 14-cü km Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 oktyabr 2023-ci il tarixli, 3(004)- 4961/2023 saylı qərarının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: 01 vərəq, 01 nüsxə. Hakim: Murad Məmmədov
Məhkəmə qərarları › İş №3(004)-4961/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4961/2023
03.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver