Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4964/2023 20.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə, xx.xx.1968-ci ildə Şamaxı şəhəri, Çalov kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Qobustan rayonu, Cəyirli Ərazi Dairəsi, Çelov kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə Yasamal rayon Polis İdarəsi 29-cu Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə saat 23:00 radələrində ünvan 2 ünvanın qarşısında X3 aralarında şəxsi münasibətlərin pozulması nəticəsində baş vermiş münaqişə zamanı döyərək, dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmidir. Bununla da Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 29-cu Polis Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında inzibati xəta törətməməsini bildirərək, göstərdi ki, Aytən və bacısı Aynur onun qonşularıdır həm də qohumlarıdır. xx.xx.2023-cü il tarixdə saat 23:00-da Aytən onların evinə gələrək oğlu Turalı çağırmış, lakin o, Turalın yatdığını bildirmiş, bu zaman Ayten Turalın maşını qapının ağzından çəkməsini istəmiş, o, isə Ayteni itələyərək evdən çıxarmaq istəmiş, bu zaman istəmədən ona xəsarət yetirmişdir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxs X4 məhkəməyə verdiyi izahatında göstərdi ki, o, xx.xx.2023-cü il tarixdə saat 23:00 radələrində ünvan 2 ünvanda qonşusu Turalın qapısını döymüş, qapını Turalın yoldaşı açmış, o, Turalın gəlməsini və avtomobilini qapının ağzından çəkməsini istəmiş, bu zaman yoldaşı onun yatdığını bildirmiş, lakin sonradan Tural gəlmiş və kobud sürətdə maşını çəkməyəcəyini bildirmiş, daha sonra onu vurmaq istəmiş, lakin yoldaşı buna imkan verməmişdir. Bundan sonra anası Tahirə onun qoluna dırnaqları ilə xəsarət yetirmiş, oğlu isə onu hədələmişdir. Protokol tərtib etmiş Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 29-cu Polis Şöbəsinin sahə inspektoru Yusif Hətəmov məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 23:00 radələrində ünvan 2 ünvanın qarşısında X3 aralarında şəxsi münasibətlərin pozulması nəticəsində baş vermiş münaqişə zamanı döyərək, dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmidir. Şikayət əsasında həmin iş üzrə xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərarla materiallar şəxsin inzibati məsuliyyət məsələsinin həlli üçün ona verilmişdir. O da həmin materiallar əsasında hazırkı protokolu tərtib etmişdir. Şəxs həmin əməli törətməsi Yasamal RPİ 29-cu polis bölməsinin təhqiqatçısı Anar Allahyarovun xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərarı ilə də təsdiq edilir. Daha sonra xx.xx.2023-cü il tarixdə inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında qərar qəbul edilmişdir. xx.xx.2023-cü il tarixdə həmin iş üzrə icraatın başlanılması və inzibati araşdırmanın aparılması haqqında qərardad qəbul edilmişdir. Həmin qərardadla Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati icraat açılması üçün materiallar aidiyyəti üzrə göndərilmişdir. Həmin qərarda istinad edilmiş məhkəmə-tibb ekspertizasının 316 nömrəli rəyində X2 bədən səthində aşkar edilmiş xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir. İXM-in 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmək inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən protokol, “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərarla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətaya görə sanksiyada nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini ədalətli hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-4964/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4964/2023
20.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver