Məhkəmə qərarları › İş №3(004)-4970/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4970/2023

05.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4970/2023 05.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi , Bakı şəhər DYPİ-nin etibarnamə üzrə nümayəndəsi X3, X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 Bakı şəhər DYPİ-nin TP ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: X4 Bakı şəhər DYPİ-nin TP ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət ərizəsi ilə müraciət edərək həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X4 Bakı şəhər DYPİ-nin onun barəsində tərtib etdiyi inzibati xəta haqqında iş üzrə qərarından şikayət vermiş, Yasamal Rayon Məhkəməsinin 3(004)- 4257/2023 saylı qərarı ilə Bakı şəhər DYPİ-nin onun barəsində tərtib etdiyi inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilərək yenidən baxılması üçün Bakı şəhər DYPİ-nə göndərilmişdir. Bakı şəhər DYPİ tərəfindən iş araşdırılaraq X4 barəsində yenidən inzibati tənbeh vermə haqqında qərar çıxarılmışdır. Məhkəmə iclasında iştirak edən şikayətçi X4 şikayəti müdafiə edərək bildirmişdir ki, o hər gün eyni yoldan istifadə edir və dairədə avtomobil axını dayanmadığından həmin dairəni qaydaları pozmadan keçmək mümkün deyil. Məhkəmə iclasında qərarından şikayət verilmiş Bakı şəhər BPİ-nin DYPİ-nin səlahiyyətli nümayəndəsi X5 şikayət verilən qərarın əsaslı və qanuni olduğunu, şikayətin təmin olunmamasını xahiş etmişdir. Eyni zamanda hadisənin baş verməsini özündə əks etdirən videogörüntünü məhkəməyə təqdim edərək iş materiallarına əlavə olunmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhər DYPİ-nin TP ******* saylı, xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X4 xx.xx.2023-cü il tarixdə, saat 16:03 radələrində idarə etdiyi “Mercedes Benz E220 Bluetec” minik markalı, ** UV *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi Bakı, b.d.y.p dairə Kənar Dairəvi, 4, GPS: 40.3649335,49.7957254 ərazisində nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydasını pozmasına görə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol üzrə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 80 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş (yol polisinin nümayəndəsi tərəfindən təqdim edilmiş) bir ədəd DVD diskə məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, “Mercedes Benz E220 Bluetec” minik markalı, ** UV *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin yolayrıcını keçmə qaydasını pozması öz təsdiqini tapmışdır. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsində qeyd edilmişdir ki, eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayrıcında, ikinci dərəcəli yolla hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü, baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə, onların sonrakı hərəkət istiqamətindən asılı olmayaraq, yol verməlidir. Yolayrıcında baş yol istiqamətini dəyişirsə, baş yolla hərəkət edən sürücülər öz aralarında eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcını keçmək qaydalarını əsas tutmalıdırlar. İkinci dərəcəli yollarla hərəkət edən sürücülər də öz aralarında bu qaydaları əsas tutmalıdırlar.Eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında relssiz nəqliyyat vasitəsinin sürücüsü sağdan yaxınlaşan nəqliyyat vasitələrinə yol verməlidir. Tramvay sürücüləri də öz aralarında bu qaydanı əsas tutmalıdırlar. Belə yolayrıclarında tramvay, onun hərəkət istiqamətindən asılı olmayaraq, relssiz nəqliyyat vasitələri qarşısında üstünlüyə malikdir. Relssiz nəqliyyat vasitəsinin sürücüsü sola və ya geriyə dönərkən eyni əhəmiyyətli yolda qarşı tərəfdən düzünə və ya sağa hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir. Tramvay sürücüləri də öz aralarında bu qaydanı əsas tutmalıdırlar.Əgər sürücü yolun örtüyünün olub-olmadığını təyin edə bilmirsə (sutkanın qaranlıq vaxtı, palçıq, qar və s. nəticəsində), üstünlük nişanları isə yoxdursa, o, belə hesab etməlidir ki, ikinci dərəcəli yoldadır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə inzibati məsuliyyət yaradır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, X4 xx.xx.2023-cü il tarixdə, saat 16:03 radələrində idarə etdiyi “Mercedes Benz E220 Bluetec” minik markalı, ** UV *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi Bakı, b.d.y.p dairə Kənar Dairəvi, 4, GPS: 40.3649335,49.7957254 ərazisində nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydasını pozmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Həmin inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə hesab edir ki, X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapdığından şikayətin dəlilləri əsassızdır və Bakı şəhər DYPİnin TP ******* saylı, xx.xx.2023-cü il tarixli protokol əsasında qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarı qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 Bakı şəhər DYPİ-nin TP ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar