Məhkəmə qərarları › İş №3(004)-4970/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4970/2025

01.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4970/2025 01.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Mirzəyev Çingiz Rövşən oğlunun katibliyi, Barəsində qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli, 16/1-103466 saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli, 16/1-103466 saylı inzibati xəta haqqında iş üzrə qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin qərarın ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 şikayət ərizəsini onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixli EQ seriyalı, 275İ4987 nömrəli qəıferla 80 manat məbləğində cərimə edilmişəm, həmin İnzibati xəta haqqında qərar mənim DİN informasiya sistemində yerləşən şəxsi kabinetində yerləşdirilmişdir. Qərarda onun xx.xx.2025-ci il tarixində saat 10:59-da Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində "HONDA ACCORD HİBRİD" markalı, ** VZ *** dövlət qeydiyyat nişanlı minik avtomobilə İXM-nin 346.4 maddəsi ilə inzibati xəta törətməyim qeyd edilmişdir. Halbuki həmin vaxt qeyd edilən yol hərəkət qaydası pozuntusu törədməmişdir. Belə ki, qayda pozuntusu DİN informasiya sistemində yerləşən kamera vasitəsi ilə qeydə alınmış, lakin həmin avadanlıq (kamera) vasitəsi ilə qanunla müəyyən edilmiş qaydada qeydiyyata alınmamışdır. Şikayət ərizəsinə əlavə etdiyi video görüntülərdən və fotoşəkillərdən görüldüyü kimi o, yolun hərəkət hissəsinin birinci cərgəsində avtomobilimi tərk etmədən həmin ərazi üzrə avtomobillərin parklanma yerinin qarşısında yanımdakı tanışımı düşürdükdən sonra dərhal (1 dəq vaxt intervalında) ərazini tərk etmişəm. Göründüyü kimi qeyd edilən inzibati xəta haqqında qərar qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmış avadanlıq tərəfindən qeydə alınmış görüntü əsasında yəni mötəbər hesab edilməyən sübut əsasında qəbul edilmiş, tərəfimdən isə İXM-nin 346.4-cü maddəsində göstərilən xəta törədilməmişdir. Həmin qərardan Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinə şikayət etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli 3(004)-2897/2025 nömrəli qərarı iiə şikayətim qismən təmin olunmuş, X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair DİN Baş Dövlət Yol Polisi İdarəsi Mərkəzi İnformasiya Sistemi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 27514987 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və iş yenidən baxılması üçün DİN Baş Dövlət Yol Polisi İdarəsinə qaytarılmışdir. Həmin tarixdən uzun müddət keçinəsinə baxmayaraq inzibati xəta haqqında protokola baxılması üçün hər hansı bir bildiriş ona təqdim olunmamışdır. Bir neçə dəfə müraciət edərək, məhkəmə qərarının icra olunmasını tələb etsə də Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarının məqsədli şəkildə süründürməçiliyə yol verərək vəzifə səlahiyyətləridən sui-istifadə edərək məsələni qəsdən uzatmaqla qanunsuz hərəkətlərini etmişlər. DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən eyni inzibati xəta haqqında protokolu əsasında o İXM-in 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 80 manat məbləğində cərimə edilmişdir. Qərarın sürətini xx.xx.2025-ci il tarixdə poçt vasitəsi ilə almışdır. Ən əsası isə inzibati araşdırma aparılarkən onun iştirakı olmadan (izahatı alınmadan, tərtib edilmiş protokolla razı olub-olmadığım müəyyən edilmədən qərar qəbul edilmişdir. Xüsusən nəzərə alınmalıdır ki, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx.xx.2025- ci il tarixli qərarında hazırkı şikayət etdiyi Baş Dövlət Yol Polisi İdarəsinin qərarına münasibət bildirilmişdir, həmin nöqsanlar aradan qaldırılmadan heç bir araşdırma aparmadan, əldə edilmiş sübutlarla onu tanış etmədən, onun iştirakı olmadan, inzibati xəta haqqında protokola baxılmasının vaxtı və yeri barədə ona vaxtında məlumat vermədən, onu ayrı-ayrı prosessual hərəkətlər barədə xəbərdar etmədən, onu işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırmadan, öz müdafiəsini hazırlamağa və vaxtında gəlməsinə imkan yaratmaq üçün bildirişi ona müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış vermədən yenidən qərar qəbul edilmişdir ki, bununla da lüzumsuz yazışmalara yol verilməsinə şərait yaradılmışdır. Onun tərəfindən İXM-in 346.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi ilə bağlı İXM-in tələblərinə uyğun olaraq yeni protokol tərtib olunmamış və həmin protokol (mötəbər sübutlara əldə olunmaqla) əsasında İXM-in tələbləri pozulmaqla qərar qəbul olunmuşdur. Görəsən Baş Dövlət Yol Polisi İdarəsi mənim xəbərim olmadan nə və hansı araşdırmanı aparmışdır ki, barəmdə eyni “İnzibati tənbeh vermə haqqında” qərarı qəbul etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 şikayəti müdafiə edərək Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli, 16/1-103466 saylı inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş qərarından şikayət verilmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməməsinin üzürlü səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2025ci il tarixli, 16/1-103466 saylı inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, xx.xx.2025-ci il tarixdə «Honda» markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsində nəzərdə tutulan inzibati xətaya yol verilməsi faktı üzrə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitənin Baş Dövlət Yol Polisi İdarəsinir^-mərkəzi informasiya sisteminə ötürülmüş məlumatı əsasında Məcələnin 122.1 -ci maddəsidə uyğun qaydada vətəndaş X2 barəsində EQ 27514987 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılmışdır. Vətəndaş E.Xəlilov, barəsində çıxarılmış elektron qərardan Yasamal Rayon Məhkəməsinə şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmiş və xx.xx.2025-ci il tarixdə məhkəmədə işə baxılaraq çıxarılmış EQ 27514987 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi və həmin inzibati xəta haqqında işin yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməsi barədə qərar qəbul olunmuşdur. İnzibati xəta haqqında işə yenidən baxılarkən xətanın aşkarlanmasında və elektron qərarın çıxarılmasında hər hansı qanun pozuntusu halı müəyyən edilməmişdir. Belə ki, törədilmiş yol hərəkəti qayda pozuntusu üzrə görüntülərinə keçirilən baxış zamanı «Honda» markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin yolun hərəkət hissəsinin kənarında ikinci cərgədə dayandığı təsdiqini tapmışdır. Ona görə də X2 yenidən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4 maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək 80 manat məbləğində cərimə edilmişdir. Həmin qərardan görünür ki, inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən zaman barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan E.Xəlilovun iştirakı təmin edilməmiş, onun izahatı alınmadan, dəlilləri araşdırılmadan yenidən barəsində qərar qəbul edilməklə cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərə məhkəmə iclasında baxış keçirilən zaman “Honda” markalı **-VZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasını və ya durmasını müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinə əsasən, Yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə səksən manat məbləğində cərimə edilir. Məhkəmə hesab edir ki, iş materialları araşdırılarkən qərar qəbul etmiş orqan tərəfindən bir sıra halların şikayət etmiş şəxsin iştirakı ilə yenidən araşdırılaraq müvafiq qərar qəbul edilməsi zərurəti yaranmışdır. Belə ki, Azərbaycan Respublikası DİN BDYPİnin xx.xx.2025-ci il tarixli, 16/1-103466 saylı inzibati xəta haqqında iş üzrə qərar məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin sənədlərdə X2 tərəfindən törədilməsi iddia edilən Azərbaycan Respublikası İXM-nin 346.4-cü maddəsinin dispotozitiv şərtlərini sübut edən hallar tam əks etdirilməmiş, protokolu tərtib etmiş Azərbaycan Respublikası DİN BDYPİ-nin nümayəndəsi təkzibedici sübutları, hadisəni əks etdirən foto və video materialları məhkəməyə təqdim etməmişdir. Beləliklə də, həmin hadisənin baş vermə şəraiti qeyri-müəyyən olduğundan şikayət üçün əsas olmuş halların məhkəmə prosesində araşdırılması mümkün olmamışdır. Odur ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş yenidən araşdırılmalı və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin xətanı törətməsinə dair hər hansı sübut olduğu halda göstərilməklə, X1 iştirakı ilə yenidən əsaslı qərar qəbul olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 125.2.3.-cü maddəsinin tələblərinə görə inzibati xəta haqqında elektron protokol və ya inzibati xəta haqqında iş üzrə qərar ona əlavə edilmiş materiallarla birlikdə kağız daşıyıcıda çap olunaraq səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xətanın törədildiyi vaxtdan 2 gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi, işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, işə baxılarkən müəyyən edilmiş hallar, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü, inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd, iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi, qərardan şikayət verilməsi müddəti və qaydası göstərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.3-cü maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, X1 şikayət ərizəsi qismən təmin edilməli, Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli, 16/1-103466 saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilməli və iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN BDYPİ-nə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 125, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X2 barəsində İXM-nin 346.4-cü maddəsi ilə Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli, 16/1-103466 saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin və iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN BDYPİ-nə göndərilsin. Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli, 16/1-103466 saylı inzibati xəta haqqında iş üzrə qərar əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mərkəzi İnformasiya sistemində X1 barəsində yerləşdirilmiş inzibati cərimə silinsin. Həmin inzibati xəta haqqında işə Azərbaycan Respublikası DİN BDYPİ-də yenidən baxılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar