Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4977/2023 05.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Qərarından şikayət verilmiş Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin nümayəndəsi yol-patrul xidməti inspektoru, polis serjantı X5 X1 və iştirakı ilə, X1 Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin xx.xx.2023-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X3 Yasamal Rayon Dövlət Yol Polisi şöbəsinin xx.xx.2023-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X3 şikayətini onunla əsaslandırmışdır ki, Yasamal DYPŞ-nin Polis polkovnik X2 onun barəsində İXM-nin 342.3 maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün inzibati akt tərtib etmişdir. İdarə etdiyi Bentley markalı 10SD003 d/g nişanlı avtomobili Yasamal Rayon Dövlət Yol Polisi xx.xx.2023 tarixdə saxlanılmış və ona bildirilmişdir ki, hımin avtomobildə səs sistemində (Qluşitel) əlavə avadanlıq var. X9 avtomobilinin Servisdə rəsmi zəmanətdə olduğunu, heç bir əlavə avadanlıq quraşdırılmadığını bildirməsinə baxmayaraq Yasamal DYPŞ-nin Polis Polkovnik X2 heç bir müayinə keçirtmədən protokol tərtib etmişdir. X9 şikayətini Bentley servisdən yetərincə sənəd sübut əldə etməklə əsaslandırmışdır ki, avtomobilində heç bir nöqsan yoxdur. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş qərarından şikayət verilmiş orqan və şikayətçi məhkəmə iclasına gəlməmiş və ya nümayəndələrini göndərməmiş və bunun səbəbi barədə heç bir məlumat verməmişdirlər. Məhkəmə işə qərarından şikayət verilmiş orqanın nümayəndəsinin və şikayətçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Yasamal Rayon Dövlət Yol Polisi şöbəsinin xx.xx.2023-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, X9 xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Yasamal rayonu ərazisində Bentley markalı 10SD003 d/q nişanlı nəqliyyat vasitəsini idarə edərkən mühərrikin səs gücünün artırılması məqsədi ilə nəqliyyat vasitəsinin işlənmiş qazları xaric etmə sisteminə normativ tələblər pozulmaqla avadanlığın dəyişdirilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.3-cü maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş “Bentley Servis” tərəfindən tərtib olunmuş xx.xx.2023cü il tarixli 707 nömrəli avtomobilin texniki baxışı haqqında arayışlardan görünür ki, avtomobildə əlavə avadanlıq olmadığı müəyyən olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması qanunla müəyyən olunmuş qaydada sübut olunmur. Ona görə də, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.3 -cü maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə olunmasına dair Bakı şəhər Yasamal Rayon Dövlət Yol Polisi şöbəsinin xx.xx.2023-cü il tarixli TP seriyalı ******* nömrəli qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, qərara aldı: X1 Yasamal Rayon Dövlət Yol Polisi şöbəsinin xx.xx.2023-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-4977/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4977/2023
05.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver