Məhkəmə qərarları › İş №3(004)-4984/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4984/2022

22.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4984/2022 22.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə xx.xx.1995-ci ildə Gəncə şəhərində anadan olmuş, subay, Gəncə şəhəri Kəpəz rayonu Üzeyir Hacıbəyli küçəsi ev 12, mənzil 40-da qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsi (sahə inspektoru Eldəniz Hüseynov) tərəfindən Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə xx.xx.2022-ci il tarixdə MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötəri ki, T.Tağıynev xx.xx.2022-ci il tarixdə Yasamal rayonu M.Muxtarov küçəsində zərərçəkmiş X2 300 manat dəyərində olan telefonunu dələduzluq yolu ilə ələ keçirmişdir. Məhkəmə iclasında Şəxs bildirdi ki, X3 əvvəllərdən tanıyır, dəfələrlə ona maddi və sair köməklik etmişdir. xx.xx.2022-ci il tarixdə pula ehtiyacı olduğu üçün iş axtarmaq adı ilə Məhərrəmov Soltanın yanına gəlmiş, Məhərrəmov Soltan onu işə düzəltmək istəmiş, evə zəng etmək adı ilə S.Məhərrəmovun telefonunu ondan istəmiş, S.Məhərrəmov da telefonu ona vermiş. Lakin telefonla danışa danışa oradan uzaqlaşmış, telefonu satıb pul əldə etmək istəmiş, ona görə də oradan uzaqlaşmışdır. S.Məhərrəmov telefona zənglər etsə də, telefonu söndürmüşdür. Məhkəmə iclasında zərər çəkmiş şəxs X4 bildirdi ki, Şəxs tanıyır, əvvəllər ona həm pul formasında, həm də iş formasında köməkliklər etmişdir. xx.xx.2022-ci il tarixdə Turan onun işlədiyi Yasamal rayonu M.Muxtarov küçəsindəki tikinti obyektinə gəlmiş, iş axtardığını bildirmişdir. O da Turana iş təklif etmişdir. Sonra Turan ondan ev ilə danışmaq adı ilə telefonunu istəmiş, o da telefonunu Turana vermişdir. Turan telefonla danışmış, sonra telefonu ona qaytarmışdır. Bundan sonra Turan ona yenə bildirmişdir ki, qohumu ilə danışmaq istəyir ki, uşaqları aparıb harasa qoymalıdır ki sabah işə çıxa bilsin, bu səəbəbdən telefonunu yenidən istəmiş, o da telefonunu Turana vermişdir. Turan telefonla danışa danışa qapıya tərəf getmişdir, o da hərdən Turana tərəf baxmışdır. Görmüşdür ki, Turanın bir ayağı qapıdan içəridə, digər ayyağı qapıdan çöldədir, çonra Turan qapıdan çölə çıxmışdır. O da Turanın dalıca durub getmişdir ki, Teleonla hara gedir, telefonu qaytarsın. O qapıya yaxınlaşanda görmüşdür ki Turan 20-30 metir irəlidə Nizami Metrosuna tərəf gedir, o da Turanın dalıca qaçmış və Turanı çağırmışdır ki, dayansın Telefonu versin, lakin Turan qaçıb getmiş, aralıqara girəərək oradan itmişdir. Həmçinin orada tikintidə gözətçi işləyən Zöhrab adlı şəxdə orada olmuşdur, Zöhrabla birlikdə Turanın dalıca düşmüşlər, oralarda sonra axtarmışlar, lakin tapa bilməmişlər. Bundan sonra digər telefonla Turandakı telefona bir neçə dəfə zəng etmişdir ki, turana desin ki, telefonu satmasın, qaytarsın, nə qədər pul istəsə verər, lakin bir neçə dəfə zəngdən sonra Turan telefonu söndürmüşdür. Bundan sonra telefonu mesağ yazmışdır ki, telefonu qaytarsın, telefon ona çox lazımdır, əhəmiyyətlidir. Lakin telefon sönülü olmuşdur. Səhəri günü Turanın qardaşına zəng edib bildirmişdir ki, telefonu qaytarsındar, orada işlə bağlı materiallar, ailə şəkilləri vardır, mərhum həyat yoldaşının səs yazıları vardır, telefon onun üçün əzizdir. Lakin telefonu qaytarılmadığı üçün polisə şikayət etmişdir. Sonradan Turanın həyat tərzi barədə maraqlananda bilmişdir ki, Turan belə işlərlə məşğuldur, ondan bundan pul alıb qaytarmır, ona buna atır, onun bunun qabağını kəsib pul alır, kirayə qaldığı evin yiyəsinin oğluna içi boş kartını verib ki maqazindən nəsə alsın, həmin oğlanın da telefonunu əlindən alıb satıb, bundan əlavə Turanın digər qanunsuz hərəkətləri də vardır. Bu səbəbdən də ən ciddi formada Turanın cəzalandırılmasını tələb edir. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin sahə rəisi Eldəniz Hüseynov bildirdi ki, qeyd edilən protokol təhqiqatçı tərəfindən qəbul edilmiş cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar əsasında tərtib etmişdir. İş materiallarında olan Yasamal RPİ 27-ci PB-nin təhqiqatçısı Nəsimi Seyidzadənin “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə məhkəməyə təqdim edilmiş protokol üzrə inzibati iş araşdırılarkən, tərəflərin izahatlarında bildirdikləri məlumatlarda Cinayət Məcəlləsinin 180-ci maddəsindəki soyğunçuluq, yəni özgənin əmlakını açıq talama əməlinin əlamətləri mövcud olur. Belə bir vəziyyətdə məhkəməyə təqdim edilmiş protokolda göstərilən əməllərdə cinayət əlamətlərinin olmasına dəlalət edir. İXM-nin 12.2-ci maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İXM-nin 85-ci maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə, materialları prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərir. İXM-nin 114.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmçinin iş materiallarındakı xx.xx.2022-ci il tarixli tutma protokoluna əsasən Şəxs həmin tarixdə saat 16:00 radələrində tutulmuşdur. İXM-in 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1 və ya 535-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. Göstərilənlərə əsasən şəxsin tutulduğu vaxtdan 48 saat keçmədiyi üçün, onun qərarla birlikdə Yasamal Rayon Prokuroruna və Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə təqdim edilməsi zərurəti yarandığından, tutulmadan azad edilməməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və iş üzrə materiallar Yasamal Rayon Prokuroruna və Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilsin. Qərarın surətinin və inzibati qaydada tutulmuş şəxs Şəxs Yasamal Rayon Prokuroruna və Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə təqdim etmək Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin sahə inspektoru Eldəniz Hüseynova həvalə edilir. Şəxs inzibati qaydada tutulmasının 48 saatının xx.xx.2022-ci il tarixdə saat 16:00 dəqiqədə bitəcəyi nəzərə alınsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar