Məhkəmə qərarları › İş №3(004)-4987/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4987/2025

23.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4987/2025 23.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PŞ-nin polis sahə inspektoru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1996-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci polis şöbəsinin polis sahə inspektoru X2 tərəfindən tərtib 23 iyul 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci polis şöbəsinin polis sahə inspektoru tərəfindən tərtib edilmiş 23 iyul 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və əlavə edimiş sənədlərdən görünür ki, 22 iyul 2025ci il tarixdə Bakı şəhəri Yasamal RPİ-nin CAŞ-nin və NMB-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz daşıması və istifadə edilməsində şübhəli bilinən Şəxs Bakı şəhəri Nəsimi rayonu ərazisində olduğu yer müəyyən edilərək həmin tarixdə saat 14:00-da ünvan 3 ünvanın yaxınlığında saxlanılaraq Yasamal RPİ-nin inzibati binasına gətirilmişdir. Şəxsi axtarış zamanı Şəxs üzərindən bir ədəd şəffaf selofan bükümdə təmiz çəkisi 0,064 qram psixatrop maddə olan metamfetamin aşkar edilmişdir. Bundan əlavə X8 aparılmış və Şəxs narkotik vasitə olan marixuannadan istifadə etməsi müəyyən edilmişdir. Bununla da, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı (qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci polis şöbəsinin polis sahə inspektoru X5 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs barəsində İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında göstərmişdir ki, narkotik vasitələrin istifadəçisi deyildir. Yalnız bir dəfə on gün əvvəl Buzovna qəsəbəsində olan toy məclislərindən birində narkotik vasitə olan marixuanadan istifadə etmişdir. Onun üzərində narkotik vasitə olmamışdır. Polis əməkdaşları ona narkotik vasitə verərək, ondan həmin narkotik vasitənin onun özünə məxsus olmasını etiraf etməsini tələb etmişlər və söz vermişlər ki, o cərimələnərək azad olunacaqdır. Bundan sonra o polis əməkdaşlarının bu tələbini yerinə yetirmişdir. Qeyd olunanları nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Bundan əlavə Şəxs verilmiş suala cavab olaraq bildirdi ki, barəsində tərtib edilmiş protokol və iş materialları ilə tanış olmuş, heç bir fiziki təzyiqə və zorakılığa məruz qalmamışdır. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialları nəzərdən keçirib, proses iştirakçılarını dinləyərək və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 23 iyul 2025-ci il tarixli qərarına əsasən vətəndaş Şəxs üzərindən psixotrop maddə aşkar edilməsi faktı əsasında toplanmış materialda cinayət xarakterli xüsusatlar müəyyən edilmədiyindən material üzrə cinayət işinin başlanması rədd edilməli, qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə vətəndaş Şəxs Azərbaycan Respublikası İXM-nin 206- cı maddəsinin tələblərinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilməsindən ötrü qəbul olunmuş qərarın surəti Yasamal RPİ-nin 27-ci PŞ-nə göndərilməlidir. Şəxsi axtarış və götürmə aparılması haqqında 22 iyul 2025-ci il tarixli qərardan görünür ki, Şəxs əynindəki qara rəngli cins şortun sağ yan cibindən bir ədəd şəffaf selofana bükülmüş maddəni çıxarıb təqdim edərək içərisindəki maddənin psixotrop maddə metamfetamin olduğunu, 21 iyul 2025-ci il tarixdə Savetski deyilən ərazidən tanımadığı şəxsdən istifadəsi üçün 50 manat pul ödəyərək aldığını bildirdi. Bundan başqa sağ cibindən bir ədəd 100. Manatlıq əskinaz və bir ədəd özünə məxsus avtomobilin açarını təqdim etdi. Şortunun sol cibindən isə bir ədəd iphone 16 markalı içərisində ***- ***-**-** nömrəli mobil telefon, üzərində Parlament yazısı olan bir qutu siqaret və bir ədəd yaşıl rəngli alışqan təqdim etdi.Baxış keçirildikdən sonra Əkbərliyə məxsus pul, avtomobil açarı, siqaret qutusu və alışqan özünə qaytarıldı. X4 təqdim etdiyi bir ədəd şəffaf selofana bükülmüş bükülüyə baxış keçirilən zaman içərisində ağ rəngli, kristal şəklində olan, spesifik qoxuya malik psixotrop maddə metamfetaminə bənzər maddə olması aşkar edildi. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 23 iyul 2025-ci il tarixli qərarına əsasən vətəndaş Şəxs aşkar olunmuş təmiz çəkisi 0,06 qram psixatrop maddə olan metamfetamin yerli komissiya tərəfindən məhv edilməs ilə əlaqədar Yasamal RPİ-nin saxlanc hissəsinə təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəməekspertizası mərkəzinin 23 iyul 2025-ci il tarixli 6/2533 nöməli rəyinə əsasən tədqiqata təqdim edilmiş bir ədəd zərfdə olan bir ədəd bükümdə təmiz çəkisi 0.064 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Tədiqatdan sonra qalıq qalmış 0.034 qram psixotrop maddə metamfetamin geri qaytarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi Ambulator X1 aparılması haqqında 23 iyul 2025-ci il tarixli 4385 nömrəli rəyinə əsasən Şəxs götürülmüş sidik nümunəsində THC (+) aşkar olunmuşdur. Müayinə zamanı Şəxs Kannabinoidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Şəxs poğlu narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 22 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 18:30-da inzibati qaydada tutulmuşdur. İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə iş materiallarını nəzərdən keçirdib tərəfləri dinləyərək belə qənaətə gəlir ki, Şəxs narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmiş və psixotrop maddə metamfetamin daşımışdır. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, inzibati xətanın xarakterini, şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halı və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi qanuni və əsaslı olmaqla inzibati tənbehin məqsədini təmin edir. Məhkəmə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi ambulator X1nın 23 iyul 2025-ci il tarixli 4385 nömrəli rəyini nəzərə alaraq, Şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, Şəxs həbsetməsinin əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan yəni, 22 iyul 2025-ci il saat 14:00-dən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Yasamal RPİ-nin saxlancına təhvil verilmiş qalıq çəkisi 0.034 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri İXM-in 55.2-ci maddəsinin tələblərinə əsasən dövlət hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 01 (bir) ay 15 (on beş) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Həbsetmənin əvvəli 22 iyul 2025-ci il saat 14:00-dan hesablansın. Maddi sübut kimi tanınaraq Yasamal RPİ-nin saxlancına təhvil verilmiş qalıq çəkisi 0.034 qram psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Şöbəsinə həvalə edilsin. Şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Yasamal rayon məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar