Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4988/2023 10.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Hacıyev Sərməst Faiq oğlunun katibliyi ilə, X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ekologiya Yol Patrul Xidmətinin 17 sentyabr 2023-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ekologiya Yol Patrul Xidmətinin 17 sentyabr 2023-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdı ki, 17 sentyabr 2023-cü il tarixdə Bakı şəhərində, avtomobili ilə hərəkət edərkən saat 14:00 radələrində 99YP681 ona qanunsuz olaraq saxla əmri vermişdir. Qanunsuz olduğunu ona görə deyir ki, heç-bir reyd olmadığı halda, qayda pozmadığı halda və özümü şübhəli aparmadığı halda ona saxla əmri vermişdir. O bir mədəni və qanunlarla yaşayan vətəndaş kimi dərhəl avtomobilini saxlamışdır. İnspektor yaxınlaşıb saxlama səbəbini bildirmədən, üzərində audiovideo yazan qara qutunun işləyib işləməməsini bildirmədən onun sənədlərini tələb etmişdir. Həmin bu inspektor 85.1 maddənin tələbinin bütün punktlarını pozub. Sonra qanunsuz olaraq inspektor ondan tələb etmişdir ki, avtomobilindən çıxıb və qanunsuz olaraq bildirmişdir ki, onun avtomobilinin səsboğucu qurğusu dəyişdirilib. O polis əməkdaşına bildirmişdir ki, heç-bir qanunvericilik pozulmayıb və avtomobilinin üstündə zavod istehsalı olan səsboğucular quraşdırılıb. Bundan sonra inspektor onu öz avtomobilinə dəvət etmiş və demişdir ki, bu konstruksiya dəyişikliyidir 342.3 maddəsinə əsasən və 500-800 azn cəriməsi var. Yəni bu polis, yerində heç-bir akt tərtib etmədən, növbətçi zabiti dəvət etmədən, öz başına göznən baxıb qərar vermişdir ki, konstruksiya dəyişikliyi var. Avtomobilini cərimə meydançasına gətirmiş və orada heç-bir təhvil-təslim aktı tərtib etmədən, onu oradan uzaqlaşdırmışlar. Üstəlik avtomobilinin açarlarınıda sənədlərinidə qanunsuz olaraq özlərində saxlamışlar. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ekologiya Yol Patrul Xidmətinin tərtib etdiyi 17 sentyabr 2023-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və başlanmış icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X2 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, şikayətini müdafiə edir və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ekologiya Yol Patrul Xidmətinin tərtib etdiyi 17 sentyabr 2023-cü il tarixli TP seriyalı ******* nömrəli tənbeh vermə haqqında qərarın ləğv edilməsini və başlanmış icraata xitam verilməsini xahiş edir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, ona məxsus olan “Toyota Camry” markalı **-TK-*** dövlət qeydiyyat nişanlı avtomobilin səs boğucu sistemində olan deyişikliyi o etməmişdir, həmin avtomobili mövcud vəziyyətdə alaraq qanuna müvafiq olaraq Azərbaycan Respublikasıda rəsmləşdirilmiş, lakin bu zaman ona bununla bağlı irad bildirilməmişdir. İnzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ekologiya Yol Patrul Xidmətinin 17 sentyabr 2023-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış fiziki şəxs X4 “Toyota Camry” markalı **-TK-*** dövlət qeydiyyat nişanlı avtomobillə 17 sentyabr 2023-cü il tarixdə saat 14:06-da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2 və 342.5-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, 150 (bir yüz əlli) manat miqdarında cərimə edilmişdir. “Toyota Azərbaycan” şirkətinin rəsmi internet səhifəsindən çıxarışdan görünür ki, “Toyota Camry” markalı avtomobildə bir səsboğucu nəzərdə tutulmuşdur. Videomaterialdan görünür ki, “Toyota Camry” markalı **-TK-*** dövlət qeydiyyat nişanlı avtomobilin qazanından iki ədəd boru xaric olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinə əsasən Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni: normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə-yüz əlli manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 342.5-ci maddəsinə əsasən Xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə - əlli manat məbləğində cərimə edilir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ekologiya Yol Patrul Xidmətinin 17 sentyabr 2023-cü il tarixli TP seriyalı ******* nömrəli il tarixli inzibati xəta haqqında qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-4988/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4988/2023
10.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver