Məhkəmə qərarları › İş №3(004)-5/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5/2021

09.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5/2021 09.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X2 iclas katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “Şəxs“ MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, “Şəxs“ MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “Şəxs“ MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş xx xxxxxxx 2020-ci il tarixli, AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Protokoldan görünür ki, “Şəxs“ MMC-nin mülkiyyətində (istifadəsində) olan “Mercedes Benz E 200” (minik) markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatları səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Bununla da, “Şəxs“ MMC-nin barəsində Azərbaycan Respublikasının İXMnin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. İlkin olaraq işə baxılıb Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 3(004)-2732/2020 saylı qərarı ilə “Şəxs“ MMC Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 300 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri təyin edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “Şəxs“ MMC tərəfindən sözügedən qərardan verilmiş apellyasiya şikayəti əsasında işə Bakı Apellyasiya Məhkəməsində yenidən baxılmış və həmin Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli, 3(103)-2205/2020 nömrəli qərarına əsasən şikayət qismən təmin edilib birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün Yasamal Rayon Məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin qərarından görünür ki, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi əsası olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “Şəxs“ MMC tərəfindən Yasamal RPİ-nin DYPŞ-nin müvafiq sorğusuna qanunla müəyyən edilmiş müddət ərzində rəsmi qaydada verilmiş cavab məktubunun məhkəmə iclasında təqdim etməsi olmuşdur. Hazırki məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin, yəni Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X3 izahatında göstərmişdir ki, hüquqlarını təmsil etdiyi Cəmiyyətin mülkiyyətində olan “Mercedes Benz E 200” (minik) markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən sürücü barəsində məlumatın verilməsi haqqında Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-si tərəfindən verilmiş xəbərnaməli məktub xx xxxxxx 2020-ci il tarixində rəsmi qaydada hüquqi ünvana çatdırılmışdır. Cəmiyyət tərəfindən 2 gün müddətində həmin sorğunun cavablandırılması təmin edilmişdir. Belə ki, Cəmiyyətin rəhbərliyi tərəfindən imzalanmış cavab məktubu xx xxxxxx 2020-ci il tarixdə birbaşa olaraq Yasamal RPİ-nin DYPŞ-nin dəftərxanasına təqdim edilmiş, cavab məktubunun idarəyə daxil olması isə dəftərxanada vurulmuş möhürlə təsdiqlənmişdir. X3 göstərilənləri nəzərə alaraq Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildirişlər göndərilmişdir. Lakin, protokol tərtib etmiş qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və tərəfindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsasən işə protokol tərtib etmiş qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, “Şəxs“ MMC-nin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetirilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin “Şəxs“ MMC-yə ünvanladığı məktubdan görünür ki, xx xxxx 2020-ci il tarixdə saat 16:32-də onun mülkiyyətində olan “Mercedes Benz E 200” (minik) markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən fiziki şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Qeyd olunan məktubla avtomobili idarə etmiş sürücü barədə Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nə məlumat verilməsi xahiş edilmiş, eyni zamanda həmin məlumatların 5 gün müddətində verilməməsinə görə hüquqi şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə tədbir görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, sorğu xx.xx.2020-ci il tarixdə ünvan sahibinə çatdırılmış və “İsmayılov” soyadlı şəxs tərəfindən imza olunmaqla qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən Cəmiyyətin etibarnamə üzrə nümayəndəsi X3 xəbərnamədəki imzanın ona məxsus olduğunu və sorğunun onun özü tərəfindən qəbul edildiyini bildirmişdir. Məhkəmə tərəfindən “xxxx” MMC-yə ünvanlanmış sorğuya daxil olmuş xx xxxxxxx 2020-ci il tarixli PƏŞ-2-11-1-17/4 nömrəli cavab məktubundan müəyyən edilir ki, müvafiq sorğu “Şəxs“ MMC-yə rəsmi qaydada çatdırılmışdır. İş materiallarında olan Şəxs MMC-nin Yasamal RPİ-nə ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli 01/174 nömrəli məktubundan isə müəyyən edilir ki, DYPŞ-nin müvafiq sorğusuna əsasən Cəmiyyət mülkiyyətindəki nəqliyyat vasitələrinin istifadəçiləri olan sürücülər barədə, o cümlədən **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sürücü barədə məlumatları səlahiyyətli quruma xx xxxxxx 2020-ci il tarixdə təqdim etmiş və qeyd olunan xüsusat DYPŞ-nin möhürü ilə təsdiqlənmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Şəxs MMC-nin mülkiyyətində (istifadəsində) olan “Mercedes Benz E 200” (minik) markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünün Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti üzrə qərar qəbul edilməsi üçün həmin sürücü barədə məlumat əldə etmək məqsədi ilə Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-si tərəfindən Cəmiyyətə sorğu göndərilmiş və həmin sorğu xx xxxxxx 2020-ci il tarixdə Cəmiyyətin məsul şəxsi tərəfindən rəsmi qaydada qəbul edilmiş və qeyd edilən sorğuya qanunvericiliklə müəyyən edilmiş qaydada 5 gün müddətində cavablandırılması təmin edilmişdir. Belə ki, səlahiyyətli orqanın sorğusuna cavab Cəmiyyət tərəfindən rəsmi qaydada daxil olduğu tarixdən sonrakı iki gün ərzində, yəni xx xxxxxx 2020-ci il tarixdə Yasamal RPİ-nin DYPŞ-nə çatdırılmışdır. Bundan başqa Cəmiyyətin məhkəmə iclasında iştirak edən etibarnamə üzrə nümayəndəsi tərəfindən 07 avqust 2020-ci il tarixli cavab məktubunun sorğu vermiş səlahiyyətli quruma çatdırılmasına dair sübutu məhkəməyə təqdim edilmişdir. Bununla da, məhkəmə tərəfindən müəyyən edildi ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri yoxdur. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.0.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş Şəxs MMC-yə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) və ona istinad edilən inzibati xətanın tərkib əlamətləri mövcud deyildir. Ona görə də, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 347-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “Şəxs“ MMC barəsində xx xxxxxxx 2020-ci il tarixli, AP seriyalı ******* nömrəli protokol əsasında Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar