Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-50/2025 07.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Zəminə Səməd qızının katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə 9 dekabr 2024-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs (VÖEN **********) tərəfindən 29 noyabr 2024-cü ıl tarixdə Aksizli Mallar üzrə Baş Gömrük idarəsində **********3088, **********3087, **********3064, **********3075, **********3070, **********3083 və **********3086 sorğu nömrəli gömrük bəyannamələri ilə sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunda rəsmiləşdirilən Çindən gələn 7 ədəd 2024-cü il buraxılışlı, “Baic X7” markalı nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixdə 558AVR02/77AGS02 nömrəli daşıyıcı yük avtomobilinin üzərində 'Samur gömrük postundan keçərək ölkə ərazisinə daxil olmuşdur. Qısa idxal bəyannaməsində yük avtomobilinin nömrəsii düzgün göstərilməmişdir. Belə ki, qısa idxal bəyannaməsində 558AVR02/77AGS02 nömrəsi deyil, 05/50AHY05 qeyd olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndələri gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən, işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında Gömrük Xidmətinin “Vahid Avtomatlaşdırılmış idarəetmə Sistemi” informasiya resursundan əldə olunmuş çıxarışa əsasən 7 ədəd 2024- cü ıl buraxılışlı, “Baic X7” markalı nəqliyyat vasitəsi Samur gömrük postunu 16 oktyabr 2024-cü il tarixdə keçmişdir. Dövlət Gömrük Komitəsinin “Vahid Avtomatlaşdırılmış idarəetmə Sistemi" informasiya resursundan “qısa idxal/ixrac bəyannamələri” barədə çıxarışdan görünür ki, həmin nəqliyyat vasitələrinə dair xx.xx.2024-cü il tarixdə **********8528 sorğu nömrəli qısa idxal Biəs tərtib olunmuşdur. Lakin qısa idxal bəyannaməsində yük avtomobilinin nömrəsi göstərilməmişdir. Belə ki, qısa idxal bəyannaməsində 558AVR02/77AGS02 nömrəsi deyil, 05/50AHY05 qeyd olunmuşdur. Çünki həmin yük avtomobilində nasazlıq yaranmışdır, daşıyıcı şirkət xəbər etmədən minik avtomobilini başqa nəqliyyat vasitəsinə yükləmişdir. Ona görə avtomobili 558AVR02/77AGS02 nömrəli yük avtomobili ilə daxıl olmuşdur, “ideal Motors" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən nəqliyyat vasitəsi Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə Dövlət Gömmrük Komitəsinə təhrif olunmuş məlumatlar verilmişdir. İdxalatçı tərəfindən qısa idxal bəyannaməsində düzgün olmayan məlumat göstərildiyi üçün gömrük bəyannamələrinin 40-cı qrafasında da qeyd edilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Şəxs MMC-nin nümayəndəsi X1 izahatında göstərmişdir ki, Şəxs ünvanına Çindən 7 ədəd “Baic X7” markalı nəqliyyat vasitəsi idxal edilmişdir Nəqliyyat vasitəsi gömrük sərhəddini xx.xx.2024cü il tarixdə Samur gömrük postundan keçmişdir Həmin nəqliyyat vasitəsinə dair xx.xx.2024-cü il tarixdə **********8528 sorğu nömrəli qısa idxal bəyannaməsi tərtib olunmuşdur. Qısa idxal bəyannaməsində yük avtomobilinin nömrəsi 529AXX05/50AHY05 olaraq göstərilmişdir. Lakin həmin nəqliyyat vasitəsində nasazlıq yaranmışdır daşıyıcı şirkət xəbər etmədən minik avtomobilini başqa nəqliyyat vasitəsinə yükləmişdir. Ona görə minik avtomobili 558AVR02/77AGS02 nömrəli yük avtomobili ilə daxil olmuşdur. Bu səbəbdən qısa idxal bəyannaməsində nəqliyyat vasitəsinin nömrəsi düzgün göstərilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 485.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs (VÖEN **********) tərəfindən 29 noyabr 2024-cü ıl tarixdə Aksizli Mallar üzrə Baş Gömrük idarəsində **********3088, **********3087, **********3064, **********3075, **********3070, **********3083 və **********3086 sorğu nömrəli gömrük bəyannamələri ilə sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunda rəsmiləşdirilən Çindən gələn 7 ədəd 2024-cü il buraxılışlı, “Baic X7” markalı nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixdə 558AVR02/77AGS02 nömrəli daşıyıcı yük avtomobilinin üzərində 'Samur gömrük postundan keçərək ölkə ərazisinə daxil olmuşdur. Qısa idxal bəyannaməsində yük avtomobilinin nömrəsii düzgün göstərilməmişdir. Belə ki, qısa idxal bəyannaməsində 558AVR02/77AGS02 nömrəsi deyil, 05/50AHY05 qeyd olunmuşdur. Bununla da “İdeal Motors" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən nəqliyyat vasitəsi Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə Dövlət Gömrük Komitəsinə təhrif olunmuş məlumatlar verilmişdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC (VÖEN **********) inzibati xəta haqqında 9 dekabr 2024-cü il tarixli, EP ******* saylı protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 250 (iki yüz əlli) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-50/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-50/2025
07.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver