Məhkəmə qərarları › İş №3(004)-5010/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5010/2022

26.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5010/2022 26.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X8 iclas katibliyi ilə xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 84, mənzil 115də qeydiyyatda olan Şəxs Şıxlı oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Yasamal Rayon İcra Şöbəsi (icra məmuru Sahib Allahverdiyev) tərəfindən Şəxs Şıxlı oğlu barəsində İXM-in 528.1-ci maddəsi ilə xx.xx.2022-ci il tarixdə MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötəri ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-308/21 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs Şıxlı oğlundan bir ədəd İtaliya istehsallı 750 əyarlı, çəkisi 10 qram olan 2615 (iki min altı yüz on beş) manat dəyərində brilyant qaşları olan üzük, bir ədəd İtaliya istehsallı 750 əyarlı çəkisi 10 qram olan tək qaşlı 2710 (iki min yeddi yüz on) manat dəyərində brilyant üzük, bir cüt İtaliya istehsallı 750 əyarlı çəkisi 15 qram olan 4630 (dörd min altı yüz otuz) manat dəyərində tək qaş brilyant sırğa, bir ədəd İtaliya istehsallı 750 əyarlı ümumi çəkisi 60 qram olan 16300 (on altı min üç yüz) manat dəyərində qızıl brilyant qaşlı qolbaq, brilyant qaşlı 750 əyarlı boyunbağı ilə birlikdə (komplekt) və ya qızıl-zinyət əşyalarının dəyəri olaraq 26255 (iyirmi altı min iki yüz əlli beş) manat məbləğində pul alınaraq iddiaçı X13 verilməlidir. Həmin qətnamədə göstərilən əşyalardan 2710 manatlıq və 4630 manatlıq qızılların dəyəri boclu tərəfindən tələbkara ödənilib. Lakin yerdə qalan 2615 manatlıq və 16300 manatlıq qızıllarla bağlı icra hərəkətləri davam etdirilir. 2615 manatlıq və 16300 manatlıq qızıllar borclu tərəfindən tələbkara təqdim edilir, lakin tələbkar həmin əşyalardan birinin qırıq olması, digərinin isə həmin qızıl əşyası deyil, dəyəri aşağı olan başqa qızıl əşyası olmasını bildirərək, qəbul etməkdən imtina etməsi səbəbi ilə icra sənədi icra edilməmişdir. Bununla da icra məmuru hesab etmişdir ki, borclu icra vərəqəsində göstərilən tələbləri icra etmir və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Beləliklə də borclu icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Protokol tərtib etmiş Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Sahib Allahverdiyev məhkəməyə verdiyi izahatında bildirdi ki, Yasamal Rayon İcra Şöbəsi (icra məmuru Sahib Allahverdiyev) tərəfindən Şəxs Şıxlı oğlu barəsində İXM-in 528.1-ci maddəsi ilə xx.xx.2022-ci il tarixdə MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötəri ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-308/21 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs Şıxlı oğlundan bir ədəd İtaliya istehsallı 750 əyarlı, çəkisi 10 qram olan 2615 (iki min altı yüz on beş) manat dəyərində brilyant qaşları olan üzük, bir ədəd İtaliya istehsallı 750 əyarlı çəkisi 10 qram olan tək qaşlı 2710 (iki min yeddi yüz on) manat dəyərində brilyant üzük, bir cüt İtaliya istehsallı 750 əyarlı çəkisi 15 qram olan 4630 (dörd min altı yüz otuz) manat dəyərində tək qaş brilyant sırğa, bir ədəd İtaliya istehsallı 750 əyarlı ümumi çəkisi 60 qram olan 16300 (on altı min üç yüz) manat dəyərində qızıl brilyant qaşlı qolbaq, brilyant qaşlı 750 əyarlı boyunbağı ilə birlikdə (komplekt) və ya qızıl-zinyət əşyalarının dəyəri olaraq 26255 (iyirmi altı min iki yüz əlli beş) manat məbləğində pul alınaraq iddiaçı X13 verilməlidir. Həmin qətnamədə göstərilən əşyalardan 2710 manatlıq və 4630 manatlıq qızılların dəyəri boclu tərəfindən tələbkara ödənilib. Lakin yerdə qalan 2615 manatlıq və 16300 manatlıq qızıllarla bağlı icra hərəkətləri davam etdirilir. 2615 manatlıq və 16300 manatlıq qızıllar borclu tərəfindən tələbkara təqdim edilir, lakin tələbkar həmin əşyalardan birinin qırıq olmasını bildirir, digərinin isə həmin qızıl əşyası deyil, dəyəri aşağı olan başqa qızıl əşyası olmasını bildirərək, qəbul etməkdən imtina etmişdir. Bu səbəbdən də icra işi üzrə ekspertiza təyin edilmiş, ekspert rəy vermişdir ki, qızıllar eyni qızıllardır. Tələbkar tərəf bununla bağlı icra sənidinin icra edilməməsindən, qətnamədə göstərilən qızılların və ya onun dəyərinin borcludan alınıb tələbkara verilməməsini əsas gətirərək icra məmurunun hərəkətsizliyindən məhkəməyə şikayət vermiş, lakin Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmişdir. Həmin qərardadda da göstərilmişdir ki, borclu təryindən hazırda tələbkara təqdim edilən qızıllar qətnamədə göstərilən qızıllardır, buna görə də tələbkarın həmin qızılları qəbul etməməsi əsassızdır. Bununla belə tələbkar şikayətlər etdiyindən, borclu barəsində hazırkı işlə bağlı protokol tərtib edilib məhkəməyə verilmişdir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan Şəxs Şıxlı oğlu məhkəmə iclasında bildirdi ki, qətnamədən göstərilən 2 ədəd qızılın pulu verilmişdir. Yerdə qalan dəyəri 2615 manatlıq və 16300 manatlıq qızıllar isə tələbkara təqdim edilir, lakin həmin qızılları götürməkdən imtina edir. Qızıllar eyni qızıllardır, bu barədə ekspert rəyi də vardır. Qətnamədə də yazılıb ki, qızıllar olmadıqda onun pulu verilməlidir. Qızıllar mövcud olduğu üçün, o həmin qızılları icraçıya təqdim edir ki, tələbkara versin, lakin tələbkar bəhanə edib götürmür, buna görə də qətnamənin bu vaxtadək icra edilməməsində onun heç bir təqsiri yoxdur. İşə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən tələbkarın nümayəndəsi (atası) X5 məhkəməyə verdiyi izahatında bildirdi ki, icra məmuru və borclu yalan danışır. Legal Prime ekspert rəyini də saxtalaşdırıblar. Halbuki X7 xx.xx.2022-ci il tarixli rəyi ilə təsdiq edilir ki, qızıllar həmin qızıllar deyildir və dəyəri çox aşağıdır, qızılın biri isə qırıqdır, yararsızdır. Borclu 2710 manatlıq və 4630 manatlıq qızılların dəyərini ödəmiş, lakin digər qızıllar və ya onun dəyərini ödəməmişdir.Hazırkı vaxtadək qətnamədə göstərilən qızıllardan 2615 manatlıq və 16300 manatlıq qızılları təqdim etmir, onun dəyərini təqdim etmir. 16300 manatlıq qızıl qırıq qızıldır, 2615 manatlıq qızılın əvəzinə təqdim edilən qızıl isə, həmin qızıl deyir, dəyəri aşağı olan başqa əşyadır. Ona görə də ciddi tədbir görülməsini xahiş etdi. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsaslar vardır. Belə ki, şəxsin İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinməsinə və barəsində inzibati xəta haqqında protokol tərtib edilməsinə səbəbə olmuş məhkəmə qərarı Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-308/21 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədardır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-308/21 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs Şıxlı oğlundan bir ədəd İtaliya istehsallı 750 əyarlı, çəkisi 10 qram olan 2615 (iki min altı yüz on beş) manat dəyərində brilyant qaşları olan üzük, bir ədəd İtaliya istehsallı 750 əyarlı çəkisi 10 qram olan tək qaşlı 2710 (iki min yeddi yüz on) manat dəyərində brilyant üzük, bir cüt İtaliya istehsallı 750 əyarlı çəkisi 15 qram olan 4630 (dörd min altı yüz otuz) manat dəyərində tək qaş brilyant sırğa, bir ədəd İtaliya istehsallı 750 əyarlı ümumi çəkisi 60 qram olan 16300 (on altı min üç yüz) manat dəyərində qızıl brilyant qaşlı qolbaq, brilyant qaşlı 750 əyarlı boyunbağı ilə birlikdə (komplekt) və ya qızıl-zinyət əşyalarının dəyəri olaraq 26255 (iyirmi altı min iki yüz əlli beş) manat məbləğində pul alınaraq iddiaçı X13 verilməlidir. Həmin icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2021-ci il tarixli qərarla icraata başlanılmış, qərara əsasən tələbin könüllü icrası barədə borcluya 10 günlük müddət verilmişdir. Həmin icra sənədi barədə, icraata başlama barədə, könüllü icra müddəti barədə borcluya xx.xx.2021-ci il tarixli bildiriş göndərilmişdir. İşin mübahisəsiz halı kimi müəyyən edilir ki, hazırkı iş üzrə şəxsin təqsirli bilindiyi və barəsində İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş protokola əsasən təqsirləndirilməsinin səbəbi göstərilən icra sənədində qeyd edilən 2615 manatlıq və 16300 manatlıq qızılların qaytarılmaması və ya dəyərinin ödənilməməsi ilə bağlıdır. Tələbkar həmin qızılları qəbul etmir, qəbul etməməsinin səbəbi kimi qızıllardan 16300 manatlıq qızıl əşyasının qırıq olması, 2615 manatlıq qızılın isə həmin qızıl deyil başqa dəyəri aşağı olan qızıl olması ilə əlaqələndirir. Bununla bağlı X6 xx.xx.2022-ci il tarixli, 76 saylı rəyinə istinad edir. Lakin bununla bağlı məhkəmədə müəyyən edildi ki, həmin qızılların tələbkar tərəfindən qəbul edilməməsi əsassızdır, bu barədə məhkəmə qərardadı mövcuddur. Həmçinin həmin qərardadda tələbkarın istinad etdiyi X6 xx.xx.2022-ci il tarixli rəyinə də qiymət verilmişdir. Belə ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-368/22 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən tələbkar X9 nümayəndəsi X2 Yasamal Rayon İcra Şöbəsinin icra məmuru X3 hərəkətlərindən şikayəti təmin edilməmişdir. Qərardadda qeyd olunmuşdur ki, iş materiallarında olan 24 iyun 2022-ci il tarixli 76 nömrəli X7 rəyində qeyd edilmişdir ki, 1 ədəd 750 əyarlı, ağ qızıldan hazırlanmış, çəkisi 36 qram olan, üzərində 89 ədəd kiçik ölçülü brilliant qaşlarla hazırlanmış istifadəyə yarasız vəziyyətdə olan kolye və bir ədəd üzərində 32 ədəd kiçik ölçülü brilliant qaşlarla hazırlanmış qolbaqdan ibarət dəst-3600 manat; 1 ədəd 583 əyarlı, ağ qızıldan hazırlanmış, çəkisi 4.32 qram olan çoxsaylı kiçik ölçülü qaşlarla hazırlanmış üzük - 345 manat olmaqla ümumi orta bazar qiyməti təxminən 3945 manatdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, xx.xx.2021-ci il tarixli, 2(004)-308/2021 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs bir ədəd İtaliya istehsallı 750 əyarlı, çəkisi 10 qram olan 2615 manat dəyərində brilyant qaşları olan üzük, bir ədəd İtaliya istehsallı 750 əyarlı çəkisi 10 qram olan tək qaşlı 2710 manat dəyərində brilyant üzük, bir cüt İtaliya istehsallı 750 əyarlı çəkisi 15 qram olan 4630 manat dəyərində tək qaş brilyant sırğa, bir ədəd İtaliya istehsallı 750 əyarlı ümumi çəkisi 60 qram olan 16300 manat dəyərində qızıl brilyant qaşlı qolbaq, brilyant qaşlı 750 əyarlı boyunbağı ilə birlikdə (komplekt) və ya qızıl-zinyət əşyalarının dəyəri olaraq 26255 manat məbləğində pulu iddiaçı X13 verməlidir. İcra mərhələsində təyin edilmiş 15 sentyabr 2021-ci il tarixli, LP- 155/2021 saylı "xxxx" MMC tərəfindən təqdim edilmiş Mütəxəssis rəyində qeyd edilmişdir ki, siyahıda qeyd olunan brilliant qaşlı üzük və komplekt (qolbaq və boyunbağı) icra vərəqəsində qeyd olunan əşyalarla təqdim olunmuş fotoşəkillərdə olan əşyalarla eynidir. Lakin üzük (tək qaşlı) və sırğa (tək qaşlı) isə məhkəmə baxışı keçirilərkən şəkillər təqdim olunmadığından eyni olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Bu baxımdan icra vərəqəsində nəzərdə tutulan bir ədəd İtaliya istehsallı 750 əyarlı çəkisi 10 qram olan tək qaşlı 2710 manat dəyərində brilyant üzük, bir cüt İtaliya istehsallı 750 əyarlı çəkisi 15 qram olan 4630 manat dəyərində tək qaş brilyant sırğanın eyniliyini müəyyən etmək mümkün olmadığından icra mərhələsində borclu tələbkara həmin qızıl zinət əşyalarının dəyərini yəni 7340 manatı ödəmişdir. Lakin mütəxəssis rəyi ilə qətnamə ilə verilməsi nəzərdə tutulan qızıl zinət əşyaları ilə borclunun tələbkara təqdim etdiyi qızıl zinət əşyalarının eynilik təşkil etdiyi müəyyən olunmuşdur. Hal-hazırda tələbkar X9 nümayəndəsi X1 Rayon İcra Şöbəsinin icra məmuru Sahib Allahverdiyevin hərəkətlərindən şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Sahib Allahverdiyevin qanunsuz, özbaşına hərəkətlərinin qarşısının alınmasına və qəbul edilmiş qətnamənin tam və dürüst icra olunmasına dair məsələyə baxılmasını xahiş etmişdir. Belə ki, tələbkar qətnamə ilə ona təqdim edilməli olan bir ədəd İtaliya istehsallı 750 əyarlı, çəkisi 10 qram olan 2615 manat dəyərində brilyant qaşları olan üzük və bir ədəd İtaliya istehsallı 750 əyarlı ümumi çəkisi 60 qram olan 16300 manat dəyərində komplekt (qızıl brilyant qaşlı qolbaq, brilyant qaşlı 750 əyarlı boyunbağı ilə birlikdə (komplekt)) ilə icra mərhələsində ona təqdim olunan qızıl zinət əşyalarının eyni olmadığına istinad edərək həmin qızıl zinət əşyalarının qəbul edilməsindən imtina etmişdir. İcra mərhələsində təyin edilmiş 15 sentyabr 2021-ci il tarixli, LP-155/2021 saylı "xxxx" MMC tərəfindən təqdim edilmiş Mütəxəssis rəyində göstərilmişdir ki, siyahıda qeyd olunan brilliant qaşlı üzük və komplekt (qolbaq və boyunbağı) icra vərəqəsində qeyd olunan əşyalarla təqdim olunmuş fotoşəkillərdə olan əşyalarla eynidir. Bundan əlavə məhkəmə qeyd etmişdir ki, mübahisə ilə bağlı mülki işə məhkəmədə baxılan zaman məhz "xxxx" MMC ekspertiza mərkəzinin rəyinə əsasən mübahisə predmeti olan qızıl zinət əşyalarının dəyəri müəyyən edilmişdir. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Sahib Allahverdiyevin məhz bu fakta istinad edərək icra mərhələsində qızıl zinət əşyalarının eyni olub-olmamasını müəyyən etmək üçün həmin Ekspertiza mərkəzinə müraciət etmişdir. Bu baxımdan tələbkarın həmin qızıl zinət əşyalarının qəbulundan imtinası tamamilə əsassızdır. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 8(103)-287/22 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən tələbkar X14 tərəfindən verilmiş şikayət təmin edilməmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-368/22 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, qüvvədə olan məhkəmə qərardadına əsasən tələbkar tərəfindən icra sənədində göstərilən qızıl-zinyət əşyaları tələbkara təqdim edilir, lakin tələbkar tərəfindən həmin əşyalar qəbul edilmir. Tələbkarın həmin əşyaları qəbul etməməkdən imtinasının tamamilə əsassız olması qərardadda qeyd edilmişdir. Həmin məhkəmə qərardad proyudisial əhəmiyyətə malikdir, həmin qərardadda müəyyən edilmiş faktların yenidən sübut olunmasına ehtiyac yoxdur, həmin qərardadda müəyyən edilmiş halların qanunsuz və ya əsassız olmasını israr etmək yolverilməzdir. Həmin qərardadda göstərilənlər nəzərə alınaraq, hazırkı iş üzrə müəyyən edilir ki, icra sənədində göstərilən və protokolun tərtib edilməsinə səbəb olan 2615 manatlıq və 16300 manatlıq qızıl zinyət əşlaranın qaytarılması hissəsində icra sənədinin hazırkı vaxtadək tam icra olunmamasında borclunun təqsiri yoxdur. Tələbkar həmin əşyaları qəbul etmədiyi üçün, icra sənədi icra edilmir. Tələbkarın həmin əşyaların qəbulundan imtinasının əsassız olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Şəxsin əməlində inzibati xətanın elementlərindən olan obyektiv və subyektiv cəhətlər yoxdur. Belə bir vəziyyətdə şəxsin inzibati xətanın törədilməsində qəsdinin və ya ehtiyatsızlığının nədən ibarət olmasına dair də sübut təqdim edilməmişdir. Ümumiyyətlə bunları təsdiq edən sübut toplamamışdır. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X15 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmənin bu qənaəti həmçinin İXM-nin aşağıdakı normaları ilə də təsdiq edilir. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-nin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi həmin Məcəllədən ibarətdir. İXM-nin 1.3-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. İXM-in İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmədə müəyyən edilmiş yuxarıda qeyd edilən işin halları və sadalanan normalara əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə və protokolda təqsirli bilindiyi İXM-in maddəsi üzrə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, protokolda göstərilən İXM-in maddəsi üzrə inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Bu barədə sübutlar kifayət etmir. Şübhələr və ziddiyyətli məqamlar şəxsin xeyrinə həll etməlidir. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXMin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd edilənlərə əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Qeyd olunanlara əsasən inzibati xəta haqqında işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Şıxlı oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar