Məhkəmə qərarları › İş №3(004)-5012/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-5012/2022

26.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-5012/2022 26.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlu, X1 Bakı Nəqliyyat Agentliyinin BNA0292049 saylı, BNA0247015 saylı, BNA0423274 saylı, BNA0565677 saylı, BNA0830257 saylı, BNA0922897 saylı, BNA1062156 saylı, BNA1216893 saylı, BNA1326483 saylı, BNA1414280 saylı, BNA1436205 saylı, BNA1516214 saylı və BNA1639891 saylı inzibati tənbeh vermə haqqında qərarlarından şikayətinə baxaraq MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Nəqliyyat Agentliyinin BNA0292049 saylı, BNA0247015 saylı, BNA0423274 saylı, BNA0565677 saylı, BNA0830257 saylı, BNA0922897 saylı, BNA1062156 saylı, BNA1216893 saylı, BNA1326483 saylı, BNA1414280 saylı, BNA1436205 saylı, BNA1516214 saylı və BNA1639891 saylı inzibati tənbeh vermə haqqında qərarlarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, şikayət ərizəsini və ona əlavə olunmuş materialları nəzərdə keçirib, hesab edir ki, şikayət ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. İş materiallarından müəyyən edilir ki, müxtəlif vaxtlarda törədilmiş inzibati xətalara görə X1 barəsində ayrı-ayrı inzibati xəta haqqında protokollar tərtib edilmiş və həmin protokollar əsasında ayrı-ayrı inzibati tənbeh vermə haqqında qərarlar qəbul edilmişdir. Məhkəmə işin hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, fərqli vaxtlarda törədilmiş müxtəlif inzibati xətalara görə X1 barəsində tərtib edilmiş protokollar əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarlardan şikayətə bir icraatda baxıla bilməz. Belə ki, şəxs barəsində hər bir inzibati xətaya görə ayrıca inzibati xəta haqqında protokol tərtib edilərək ayrıca inzibati tənbeh vermə haqqında qərarlar qəbul edilmiş, yəni ayrı-ayrı inzibati xəta haqqında icraat başlanılmış və aparılmışdır. Belə olan halda isə hər icraat üzrə qəbul edilmiş qərardan yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə ayrı-ayrılıqda şikayət verilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, müxtəlif vaxtlarda törədilmiş inzibati xətalara görə X1 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarlardan şikayətinə bir icraatda baxılması qeyri-mümkün olduğundan şikayət geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Bakı Nəqliyyat Agentliyinin BNA0292049 saylı, BNA0247015 saylı, BNA0423274 saylı, BNA0565677 saylı, BNA0830257 saylı, BNA0922897 saylı, BNA1062156 saylı, BNA1216893 saylı, BNA1326483 saylı, BNA1414280 saylı, BNA1436205 saylı, BNA1516214 saylı və BNA1639891 saylı inzibati tənbeh vermə haqqında qərarlarından şikayəti geri qaytarılsın. Hakim: Murad Məmmədov İş № 3(004)-5012/2022 Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkətlər barədə PROTOKOL xx.xx.2022-ci il Bakı şəhəri Hakim Məmmədov Murad Akif oğlu, X1 Bakı Nəqliyyat Agentliyinin BNA0292049 saylı, BNA0247015 saylı, BNA0423274 saylı, BNA0565677 saylı, BNA0830257 saylı, BNA0922897 saylı, BNA1062156 saylı, BNA1216893 saylı, BNA1326483 saylı, BNA1414280 saylı, BNA1436205 saylı, BNA1516214 saylı və BNA1639891 saylı inzibati tənbeh vermə haqqında qərarlarından şikayətinə baxaraq, məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdi. Hakim: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar