Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5023/2022 05.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə, Hüquqi ünvanı ünvan 1amal rayonu, Ə.Ələsgərov küçəsi, 90K ünvanında obyekti yerləşən Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsi tərəfindən Şəxs MMC barəsində İXM-in 428.7.1-ci maddəsi ilə xx.xx.2022-ci il tarixdə, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötəri ki, həmin hüquqi şəxs tərəfindən ünvan 2 ünvanında xx.xx.2022-ci il tarixində saat 17:40-da “Bon Appetit” adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı aşkar edilmişdir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi X2 məhkəmə iclasında bildirmişdir ki, onlara bildiriş gec gəlmişdir, bu səbəbdən də yayım haqqını gec ödəmişlər. Hazırda yayım haqqı ödənilmişdir, işə xitam verilməsini xahiş etdi. Protokol tərtib etmiş səlahiyyətli orqanın (vəzifəli şəxsin) nümayəndəsi X3 məhkəmə iclasında bildirmişdir ki, Şəxs MMC-yə məxsus “Bon Appetit” adlı obyektin üzərində açıq məkanda yerləşdirilmiş reklamlara görə yayım haqqı ödənilmədiyi üçün protokol tərtib edilmişdir. Hazırda yayım haqqının bir qismi ödənilmişdir. Ona görə də MMC barəsində ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-in 428.7.1-ci maddəsinə əsasən açıq məkanda reklam haqqında qanunvericiliyin pozulması, yəni müvafiq icazə, texniki şərtlər pasportu və icazə müqaviləsi olmadan, həmçinin onların tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsi inzibati xəta kimi müəyyən edilmişdir. İş materiallarında olan Şəxs MMC-nin Bakı şəhəri Reklam İdarəsinə ünvanladığı 19 aprel 2022-ci il tarixli açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi barədə ərizəyə əsasən xx.xx.2022-ci il tarixdən 12 ay müddətinə reklam yerləşdirilməsi üçün icazə verilməsini xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Reklam İdarəsinin 29 aprel 2022-ci il tarixli dövlət rüsumu ödənişi üçün bildirişinə əsasən Şəxs MMC-yə 284,19 manat dövlət rüsumu hesablanmışdır. İş materiallarında olan Bakı şəhəri Reklam İdarəsinin yayım haqqının ödənişi üçün hesabfakturaya əsasən Şəxs MMC tərəfindən 3422,53 manat pul ödənilməlidir. İş materiallarında olan Şəxs MMC-nin Bakı şəhəri Reklam İdarəsinə ünvanladığı 21 oktyabr 2022-ci il tarixli məktubuna əsasən Bakı şəhəri üzrə «Bon Appetit» mağazalar şəbəkəsinin reklamlarının qeydiyyatı üzrə Şəxs MMC-yə verilmiş **********0001 nömrəli hesab faktura üzrə dövlət rüsumu və 6 (altı) aylıq yayım haqqı məbləği (ödənişlərin nüsxəsi məktuba əlavə olunur) tərəflərindən tam olaraq ödənilmişdir. xx.xx.2022-ci il tarixdən obyektlərini təhvil verdiklərinə görə həmin icarənin dayandırılmasına köməklik göstərilməsini xahiş etmişlər. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş qəbzinə əsasən Şəxs MMC tərəfindən "xxxx" ASC-nin hesabına 286 manat pul ödənilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş qəbzinə əsasən Şəxs MMC tərəfindən "xxxx" ASC-nin hesabına 1712 manat pul ödənilmişdir. Bununla da təqdim edilmiş sübutlarla şəxsin inzibati məsuliyyəti istisna edilir. Belə olduğu təqdirdə İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-5023/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5023/2022
05.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver